0
Thursday 5 July 2012 - 12:45

Zalımı Qorxuya Salan İmam Məhdi (ə.f.)

Story Code : 176807
Zalımı Qorxuya Salan İmam Məhdi (ə.f.)
Zalımı Qorxuya Salan İmam Məhdi (ə.f.)
Islam times.org/az/ - Həqiqətən də bugün dünyada çox çirkin bir siyasət yürüdülməkdədir. Şeytan bir çox insanların qəlbinə və ağlına hakim kəsilərək insanlığa qarşı öz çirkin müharibəsini başlatmışdır.

Bugün bir neçə ölkəni çıxmaq şərti ilə dövlətlərə elə şəxslər hakimlik edirlər ki, onlar xalqın istəyi ilə yox, yalnız öz nəfslərinin və düşmənin diktəsi ilə hərəkət edirlər. Məqsədləri yalnız və yalnız xalqın malını mənimsəyərək özlərinə dəbdəbəli həyat quraraq yaşamaqdır.

Bu cür zalım insanlar xalqı qorxu və təhdid içərisində saxlayaraq öz hakimiyyətlərini davam etdirirlər. Bu insanlar o qədər zülm edirlər ki, heç bəlkə firon o qədər zülm etməyib. Əllərindəki vəzifə və məqamdan istifadə edərək istədiklərini edirlər. Elə hesab edirlər ki, vəzifə və məqam həmişə əllərində olacaq. Özlərini dünyanın, zamanın ağası hesab edirlər. Daha bilmirlər ki, bu dünyanın öz sahibi, bu zamanın öz ağası var. Bilmirlər ki, məzlumların intizarında olduqları yardımçısı və rəhbəri var.

Bəli, bütün dünya məzlumları o şəxsin initzarındadır. Kimdir o şəxs? O
əxs zalımın zülmünün qarşısını alaraq dünyaya ədalət bəxş edən, məzlumun haqqını lazımınca zalımdan alan, dünyanın sonuna bir gün qalmış olsa belə Allahın izni ilə zühur edərək zülm ilə dolmuş dünyanı ədalətlə dolduran İmam Məhdi Sahib-Əz-Zamandır.

Bugün düşmən və zalımları da qorxuya salan məhz İmam Məhdinin gəlişidir. İmam Məhdi gəlməklə bütün zalımların arzusunu gözündə qoymuş olacaq. Bu səbəbdəndir ki, hələ İmam Məhdi dünyaya gəlməmişdən öncə zalımlar onun dünyaya gəlişinin qarşısını almaq üçün min bir cinayətə əl atırdılar. Ancaq sən saydığını say, gör fələk nə sayır.

Allah öz höccətini qoruyacağına vəd verib. Bu səbəbdən də düşmənlər nə qədər çalışsalar da İmam Məhdinin dünyaya gəlişinin qarşısını ala bilmədilər.

Allah təala necə ki, Həzrəti Musanı Fironun evində qoruyub saxladı, İmam Məhdini də o cür qoruyub saxlayacaq. Çünki bu Allahın vədidir. Allah təala Qurani Kərimin Səff surəsinin 8-ci ayəsində buyurur: “Onlar Allahın nurunu öz ağızları ilə sön
ürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.”

Bəli, bugünün zalımları da əllərindən gələni etməklə İmam Məhdinin zühurunun qarşısını almaq istəyirlər. Zülmə məruz qalmış insanlar tarix boyu olub və olacaq. Zalım hakimlər hər zamanda özlərinin taxt-taclarını qorumaqdan ötrü belə zülmlərə əl atıblar.

Allah-Taala Quranda bu qədər tarixi faciələri və hadisələri yada salır ki, bəşər övladı bu hadisələrdən ibrət alıb heç bir cəmiyyətdə bir də belə bir hadisənin baş verməsinə imkan və şərait yaratmasınlar.

Həmd olsun Allaha ki, Allah İslamın düşmənlərini axmaqlardan qərar verib. Dünya bunların başını elə qatıb ki, bir tarixə nazər salıb əcdadlarının halının necə olduğuna bir baxmırlar. Sonda bunların da halı mütləq əcdadları kimi puç olacaq. Etdikləri əməllərə görə çox peşman olacaqlar.

Bugün dünyada baş verən bir çox inqilabların ilham mənbəyi də məhz İmam Məhdinin zühuruna olan intizardır. Məzlumların zalımlara qarşı dirənişinin də əsas səbəbi zühura olan etiqaddır. Bu səbəbdən də düşmən ç
alışır ki, İmam Məhdinin zühuruna olan intizarı təhrif etsin.

İntizar çəkmək o deməkdir ki, biz özümüzü O Həzrətin qulluğunda əsgər kimi durmağa hazır edək. Dünyanın bütün fəsad və güc mərkəzləri ilə mübarizə aparacaq belə bir böyük nicat verən şəxsin əsgəri olmaq üçün ilk növbədə gərək özümüzü paklayaraq, gözü açıq, oyaq və diqqətli olaq.

Biz elə düşünməməliyik ki, İmam Məhdi gəlib dünyanı özü ədalətlə dolduracaq deyə biz də öz vəzifələrimizi yerinə yetirməyək. Əksinə, biz O Həzrətin hədəfi yolunda çalışmalıyıq ki, Onun zühuru və gəlişinə özümüzü hazır edə bilək.

Bugün əgər biz dünyanın müxtəlif guşələrində zülm, ədalətsizlik və ayrıseçkiliyin şahidi oluruqsa, bunların hamısı İmam Məhdinin mübarizə aparmaq istədiyi işlərdir. Özünü O Həzrətin əsgəri hesab edən hər bir kəs bu mübarizəyə hazır olmalıdır.

İmam Məhdinin intizarında olanın ən böyük vəzifəsi mənəvi, əxlaqi, əməli cəhətdən özünü islah edib, dini və əqidəvi baxımdan iman əhli ilə əlaqə yaradıb, hegemon və zorakılarla özünü mübarizəyə hazır etməkdən ibarətdir.

Özünü dünyanın təhlükə, azğınlıq, yağlı tikə və rahatlığı qarşısında zəif göstərib, şəxsi mənafeləri təhlükəyə düşməsin deyə vəzifədən boyun qaçıran şəxslər özlərini necə İmam Məhdinin intizar çəkəni hesab edə bilər?

İmam Məhdinin höküməti sözün əsl mənasında xalqın hakimiyyəti olacaqdır. O Həzrət dünyada ədaləti tək başına deyil, məhz mömin və vəfadar insanların əli ilə bərpa edəcəkdir. Bu baxımdan bu müqəddəs hakimiyyət xalqın hakimiyyəti olacaqdır.

ISLAMTIMES - RƏHİM
Source : Islamtimes
Comment