0
Sunday 22 July 2012 - 15:40

Müsəlmanlar ölməyə hazırdı ?

Story Code : 181162
Müsəlmanlar ölməyə hazırdı ?
Müsəlmanlar ölməyə hazırdı ?
Islam times.org/az/- 1952-ci ilin iyulunda hərbi inqilabçılar Misirdə monarxı devirən zaman kral Fərrux ABŞ-ın dəstəyinə hələ də ümid edirdi. Paytaxt Qahirədəki siyasi dairələrdə onu zəif firon da adlandırırdılar. Ancaq Cumhuriyyəti Misiri Əl Ərəbiyyənin ilk prezidenti Məhəmməd Naqib çox çəkmədi ki, inqilabçı silahdaşları tərəfindən qəbul edilmədi, onun çoxpartiyalılıq və demokratik düşüncəsi milliyyətçi hərbçi Camal Əbdül Nasir tərəfindən qəbul edilmədi və növbəti çevrilişi faktiki olaraq Nasir özü etdi.

Nasiri ən çox populyarlaşdıran onun ərəb birliyi konsepsiyası idi. Bunun da arxasında Xruşovun təlimatları dururdu, nə qədər qəribə görünsə də bu elə idi, o zamanlar SSRİ-nin iddiası böyük idi, ABŞ-ı yaxın şərqdən uzaqlaşdırmaq istəyən Sovetlər bir çox cəhdlər etmişdi, ancaq hər dəfə də ərəblərin satqınlığına məruz qalaraq uduzurdu.

Nasir elə ilk gəlişindən ərəb birliyi və ərəb millətçiliyi ilə bağlı etdiyi çıxışlarda ərəb dövlətlərində rəğbət qazandı və bu da İsrail üçün təhlükə idi. Çünki Nasirin planlarından biri də yəhudiləri Ölü dənizində öldürmək idi. O bunu bir neçə dəfə hətta ABŞ diplomatları ilə görüşdə belə səsləndirmişdilər.

Bu da əsas oldu ki, ABŞ və Avropa ölkələri ikinci Holokostun baş verməməsi üçün İsrailə bütün mümkün köməkliyi etsin və etdilər də.

1967-ci ilin mayın sonunda səfərbərlik planlarını bilməsinə baxmayaraq Eşkol Levi hələ də inana bilmirdi ki, Nasir h&
uml;cum edəcək, ancaq buna baxmayaraq o zaman gənc hərbi diplomat Ariel Şaronu iyunun əvvəlində Misirə gizli danışıqlara göndərir və Qüdsə qayıdan Şaron Leviyə belə deyir : “müsəlmanlar ölməyə hazırdı”.

Ertəsi gün, iyunun 5-də səhər tezdən İsrail ordusu hücum əmri alır, havaya qalxan edskadriliya Nasirin bütün xəyalını cəhənnəm külünə döndərir.

Tarixçi Vulfun xatirələrindən Ariel Şaronun hücum əmrini şərtləndirən bu ifadəsi yadımda çoxdan qalıb. Tarixə baxsaq müsəlmanların həmişə hücuma məruz qaldığını və ya hücum edəndə də öz qardaşlarına hücum etməsini (məsələn İraqın İrana hücumu) görürük. Bu ifadə bu günlərdə bir də xatırıma düşdü.

O, da hicab məhbusu, İslam Partiyasının sədr müavini Vaqif Abdullayevin dəfn edildiyi gün iyulun 12-si idi. Dindarları müdafiə edən tanınmış və savadlı vəkil Anar Qasımlının sözlərinə görə ölümündən bir neçə gün əvvəl onkologiya institutunun həkim ekspertləri tərəfindən müayinə olunduqdan sonra həkimlərin diaqnozla bağlı fikirləri qəti olub : Posientdə leykimiya xəstəliyi sonuncu mərhələdədir. Yəni onun yaşamasına bir neçə saat qalıb. Bundan sonra vəkil CPM-nə uyğun olaraq məhbusun evə buraxılması üçün vəsadət qaldırıb, çünki qanunvericiliyə görə əgər məhbus ağır, müalicəsi olmayan xəstəliəy tutulubsa onun evə buraxılması mümkün haldır. Bu da onunla izah olunur ki, qa
unvericiliyin məntiqinə və mahiyyətinə görə vətəndaşın azadlıqdan məhrum edilməsi onun islah olunması niyyətini güdür, ancaq əgər vətəndaş sağalmaz xəstəliyə tutulubsa, onun islah olunmasından söhbət gedə bilməz çünki islah olunmaq sağlam vətəndaşlar üçün nəzərdə tutulur.

Həmin vətəndaşlar islah olunduqdan sonra cəmiyyətə qayıtmalıdır. Sağalmaz xəstəlik olduqda isə onun cəmiyyətə yox torpağın altına gedəcəyi məlumdur və bu da məhbusun azadlığa buraxılmasını zəruri edir.

Əgər sağalmaz xəstəliyi olan məhbus həbsdə saxlanılırsa deməli ona rəsmi şəkildə əzab, işgəncə verilir. Ancaq vəkilin vəsatətini heç kim eşitməyib, yəqin heç kim üçün bu təəcüblüdə deyil, çünki Azərbaycanda zülmün növəri çoxdur. Nəticədə iyulun 12-də Vaqif Abdullayev rəhmətə gedib.

Vaqif Abdullayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həbsdə də olanda da günü işgəncə ilə keçib. V.Abdullayev 12 saylı cəzaçəkmə müəssisəsində cəza haqsız yerə çəkirdi.

Orda başqa hicab məhbusları da cəza çəkirdi. Həmin cəzaçəkmə müəssisəsində hicab məhbuslarının namaz problemi vardı. Namaz qılan çox idi. Amma kim namaz qılmaq istəyirdisə, onu karserə basırdılar. Bu da işgəncənin başqa növüdür. Hüzürlə bağlı başsağlığı verənlər arasında DEVAMM sədri, hacı İlqar İbrahimoğlu da vardı.

Yeri gəlmişkən Ştrasserin siyahısında yer alan Müsavat və AXCP fəallarının bəziləri azadlığa öz ayağı ilə sağlam çıxdı ancaq Vaqif Abdullayev isə tabutda çıxdı.

Yenə də Ariel Şaronun “müsəlmanlar ölməyə hazırdı” ifadəsi yadıma düşəcəkdi ki, həmin gün, iyulun 12-də hicab məhbusu, AİP sədri, doktor Səmədovun həyat yoldaşı, qızı Zəhraxanımın ali dini rəhbər Seyyid Əli Xameneyiyə həsr etdiyi şeri Tehranda oxudu. Demək müsəlmanların hələ yaşamaq arzusunda olanları da var.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru

Source : İslamtimes
Comment