0
Saturday 8 September 2012 - 18:54

Yeni Türkiyənin memarı Davudoğlunun görünən və görünməyən tərəfləri

Story Code : 193124
Əhməd Davudoğlu
Əhməd Davudoğlu
Türkiyənin hazırkı xarici işlər nazirinin bildirdiyi kimi soyuq müharibə illərində Türkiyə haşiyə bir dövlət kimi NATO tərkibində fəaliyyət göstərib. Türkiyə SSRİ ilə həmsərhəd olan yeganə NATO üzvü idi. Buna görə də Trümen doktrinasında kommunizmin cilovlanmasında xüsusi yer tuturdu. Qərbə tabeçilik və hərbi ittifaqda üzvlük Türkiyə başçıları üçün çox xoş idi. Onlar 44 il müddətində maliyyə və silah dəstəyi almaqla Avropanın cənub-şərqini kommunizmdən qorudular.

1990-cı illərin əvvəllərində Berlin divarları uçuruldu, Sovetlər Birliyi dağıldı. Samuel Hantinqton, Frensiz Fokoyama, Robert Kaplan soyuq müharibədən sonrakı dönəmi şərh etməyə başladılar. Onlar dünyanın yeni geosiyasi düzəni ilə bağlı şərh verirdilər. Davudoğlu da bu insanlarla yanaşı gələcək beynəlxalq rabitələrə münasibət bildirirdi. Əhməd Davudoğlu 1959-cu il 26 fevralda anadan olub. Əvvəlcə İstanbul oğlanlar litseyində təhsil alıb. 1983-cü ildə Boğaziçi universitetindən siyasət və iqtisadiyyat ixtisasları üzrə elmi dərəcə alıb. Doktorluq dərəcəsini də bu universitetdə əldə edib. Davudoğlu 1990-cı ildə Malaziya Beynəlxalq İslam Universitetinin elmi işçisi olub. 1993-cü ilədək bu universitetdə siyasi elmlər istitutunu yaradıb və ona rəhbərlik edib.

1990-1999-cu illərdə Mərmərə universitetində və Yaxın Şərq Araşdırmalar Mərkəzində tədrislə məşğul olub. 1998-2002-ci illərdə hərbi akademiyada çalışıb.

2002-ci ildə Türkiyə parlamentinə seçkilərdən sonra Davudoğlu Türkiyənin 58-ci dövlətində baş nazirin baş müşaviri vəzifəsini tutub. 59 və 60-cı dövlətlərdə fəaliyyətini davam etdirib.

Davudoğlu 1990-2004-cü illərdə İstanbul universitetində institut rəhbəri vəzifəsini tutub.

Professor Davudoğlu Türkiyə xarici siyasəti ilə bağlı türk və ingilis dillərində bir neçə kitab və məqalənin müəllifidir. Onun kitab və məqalələri yapon, portuqal, rus, ərəb, fars və alban dillərinə tərcümə olunub.

Davudoğlu 2009-cu il 1 may tarixində Türkiyənin 60-cı dövlətində xarici işlər naziri postunu tutub. Nazir ailəlidir, 4 övladı var. O türk dilindən əlavə ingilis, alman və ərəb dillərini kamil bilir.

Davudoğlunun kitabları arasında İslam dünyagörüşünün beynəlxalq siyasətə təsiri, İslam mədəniyyəti, strategiya, dünyadakı böhranlar mövzusunda əsərləri var. Onun siyasi baxışları “Strategiyanın dərinliyi” kitabında əks olunmuşdur. Hətta evi yanan zaman bu kitabın əlyazmalarını evdən çıxarmaq üçün həyatını təhlükəyə atmışdır. Ədalət və İnkişaf partiyasının hakimiyyətdə olduğu dövrdə Türkiyənin xarici siyasəti Davudoğlu adı ilə bağlıdır. O öz siyasi baxışlarını Türkiyə xarici siyasətində tətbiq edir. Məqsəd Türkiyənin diplomatik rolunu gücləndirməkdir. Bu siyasətdə ən uğursuz nöqtə Suriya böhranı olmuşdur. Türkiyənin daxilində ölkənin Suriya siyasəti ciddi tənqid olunub. Davudoğlunun 2001-ci ildə çap olunmuş strategiyanın dərinliyi kitabı Türkiyə xarici siyasətinin əsas mənbəsi sayılır. Bəziləri Davudoğlunun doktrinasını neoosmanizm adlandırır. Amma bu ad müəyyən qədər çaşdırıcıdır. Osmanizm 19-cu əsrdə milli-mədəni kimlik üzərində qurulmuş siyasi və liberal bir cərəyan olmuşdur. Bu söz sabiq Türkiyə prezidenti Turqut Ozalın zamanında da çox işlədilmişdir. Bu cərəyandan hansısa oxşarlıqları Davudoğlu doktrinasında tapmaq olar. Doğrudanmı Türkiyə siyasətçiləri yeni Osmanlı qurmaq istəyir? Davudoğlunun strateji düşüncələrində siyasi coğrafiya əsas nöqtələrdəndir. Amma yumşaq siyasət, münaqişələrin həlli də müəyyən yer alır. Davudoğlu iddia edir ki, Türkiyə tarixi və coğrafi mövqeyinə görə dərin strateji dayaq olub. Onun nəzərincə Türkiyə regionda aparıcı rolu ilə kifayətlənməməlidir. Beləcə Davudoğlu Türkiyənin beynəlxalq aləmdə söz sahibi olmasını nəzərdə tutur. Davudoğlunun xarici siyasətində əsas prinsiplərdən biri siyasi nüfuz əldə olunmasıdır. Onun nəzərincə Türkiyə Yaxın Şərq, Balkanlar, Qafqaz, Mərkəzi Asiya, Xəzər hövzəsi, Aralıq dənizi, Fars körfəzi, Qara dənizdə fəal siyasət aparmalıdır. O Türkiyənin bu çərçivədə nüfuz sahibi olduğunu düşünür. Davudoğlunun nəzərincə Türkiyə həm də İslam və Qərb arasında körpüdür. Bu mövzu Türkiyənin dünya üçün əhəmiyyətini artırır.

Davudoğlu Türkiyənin müvəffəqiyyəti üçün iki şərtin ödənməsini mühüm sayır. Birinci şərt Türkiyədə daxili sabitlik, ikinci şərt qonşu ölkələrlə rabitələrdir. Türkiyə öz daxilində kürd məsələsini həll etməlidir. Onlar eyni zamanda sekulyar cinahla islamçılar arasında körpü yaratmalıdır.

Davudoğlu hər iki problemi liberal üsulla həll etməyə çalışır. O kürdlərin bir azlıq olaraq hüquqlarının təzmin olunmasını nəzərdə tutur. Eyni zamanda bütün Türkiyə cəmiyyətində liberal baxışların hakim olmasını mühüm sayır. Türkiyə qarşısında duran əsas problemlərdən biri sekulyarizmdir. Davudoğlu bu problemi aradan qaldırmaq üçün yollar axtarışındadır.

Beynəlxalq müstəvidə Davudoğlunun fikri budur ki, bütün qonşularla sıfır problem prinsipinə əməl olunmalıdır. Son on ildə Türkiyə qonşularla münasibətləri normallaşdırmaq üçün çox təlaş göstərib. Türkiyə xarici siyasəti mövcud münaqişələri diplomatik yolla həll etməyi nəzərdə tutur.

Türkiyə məntəqədə lider dövlət olacaqmı? Davudoğlu bunu nəzərdə tutur. O bildirir ki, Türkiyə Yaxın Şərq hadisələrini rəhbər və xidmətçi ünvanında istiqamətləndirəcək.

Bununla belə Suriya və İraq hadisələri göstərir ki, ərəb baharı Davudoğlunun qışına çevrilə bilər. Türkiyənin ara-sıra İraqın daxili işlərinə qarışması davam edir. Türkiyə dövlətinə müxalif kürdlər isə İraqda mərkəzləşib. Davudoğlunun İraqa son səfəri, mərkəzi dövlətlə razılaşmadan Kürdüstanda görüş keçirməsi Nuri Maliki dövləti tərəfindən ciddi etirazla qarşılandı. Belə görünür ki, Türkiyə ilə cənub qonşusu arasında ciddi problemlər yaşanır.

Davudoğlu Suriyada Bəşar Əsədin hakimiyyətdən getməsini əsas şərt sayır. Bu oyunun təhlükəsi hər gün artmaqdadır. Qonşularla sıfır problem prinsipini irəli sürən Davudoğlu ən yaxın münasibətdə olduğu Suriya ilə ciddi qarşıdurmadadır. Türkiyə edə bilərdi ki, Suriya böhranında vasitəçilik rolunu öhdəyə alsın və hər iki halda – Bəşar Əsəd getsə də, qalsa da – Suriya ilə münasibətləri qorusun. Amma Davudoğlu Qərb və İsrailin hiylələrinə aldandı, Bəşar Əsədin asanlıqla səhnədən çıxacağını düşündü.

Suriya böhranına münasibət Türkiyənin İranla münasibətlərinə də təsir göstərdi. Beləcə qonşularla sıfır problem prinsipi həyata keçmədi. Şayiələr var ki, Davudoğlunun doktrinası müvəffəqiyyətsizliyə uğrasa Ərdoğan onu işdən uzaqlaşdıracaq. Bu həqiqətdirmi? Bu sualı zaman cavablandıracaq.

IslamTimes - Tərcümə şöbəsi
Comment