0
Friday 21 September 2012 - 21:49

Anti-İslam Amerika və anti-Amerika dünya

Story Code : 197389
Anti-İslam Amerika və anti-Amerika dünya
Qoşulmama Hərəkatının XVI sammiti Amerikanın İrana qarşı təlaşlarını artırması üçün bir bəhanə oldu. Amma bir neçə gün keçməmiş Ağ Evin atdığı daş özünə dəydi. Amerikada İslam peyğəmbərini təhqir edən filmin çəkilib yayılması müsəlman ölkələrində anti-Amerika alovunu şölələndirən qığılcıma çevrildi. Dünya müsəlmanları bu təxribata qarşı qəzəb və nifrətini ortaya qoydu.

ABŞ-ın səfirlikləri hədəfə alındı, Amerikanın bayraqları yerə endirilib, yandırıldı, bu bayraqların yerinə “La ilahə illəllah” yazılmış bayraqlar sancıldı.

Misir xalqının Qahirədə ABŞ səfirliyinə, liviyalıların Benqazidə ABŞ konsulluğuna hücumu dünyanı lərzəyə gətirdi. Benqazidə konsulluq raket hücumuna məruz qaldı, 4 diplomat, o cümlədən ABŞ səfiri Kristofer Stivens qətlə yetirildi.

Misirdəki kimi etiraz dalğalarının coşduğu Sudan, Yəmən, Tunisdə müsəlmanlar ayağa qalxdı. Etirazçılar ABŞ diplomatik korpuslarının ciddi şəkildə qorunmasına baxmayaraq, eynən misirlilər kimi şeytan yuvasını daşa basdılar, şüşələrini qırdılar, oda çəkdilər və ABŞ səfirlərinin ölkədən çıxarılmasını tələb etdilər. Etirazçılar Vaşinqtondan üzr istəməsini tələb etdilər. Səfirlərin qovulması, iqtisadi əlaqələrin kəsilməsi, ABŞ istehsalı olan malların satışdan çıxarılması, müsəlmanların məsumluğu filmini çəkənlərin mühakiməsi tələblər sırasında idi. Etirazlar o qədər şiddətli idi ki, aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmada ölənlər və yaralananlar oldu.

Bu ölkələrlə yanaşı, İran, Əfqanıstan, Mərakeş, Mavritaniya, İraq, Fələstin, Suriya İordaniya, Pakistan, Türkiyə və bəzi Qərb ölkələrində (Avstraliya, Belçika, Fransa, Hollandiya, Britaniya, İsveçrə, Avstriya) filmə qarşı aksiyalar keçirildi.

Bu çirkin filmdən ən çox bəhrələnən ABŞ-da Respublikaçılar partiyası və sionistlər oldu. Beynəlxalq etirazlar, məntəqədə anti-Amerika ruhiyyəsi yeganə problem deyildi. Hadisədən dərhal sonra respublikaçı Romni Obama üzərinə hücuma keçdi. O ABŞ diplomatik nümayəndəliklərinə hücumdan yararlanaraq Obamanın xarici siyasətini atəşə tutdu.

Romni elə bir vəziyyətdə Obamaya qarşı çıxdı ki, iki seçki mərkəzi arasında 11 sentyabr münasibəti ilə bir-birlərinə hücum etməməklə bağlı razılaşma əldə olunmuşdu. Amma 11 sentyabrın son saatlarında Romni hücuma keçdi. O bu hadisəni İranda Amerikaya məxsus casus yuvasının fəth olunması ilə müqayisə etdi və Karterlə Reyqanın adını çəkdi. O iddia edirdi ki, Karter dövründə inqilabın baş verməsi zəiflik idisə, bu gün də Orta Şərqdəki vəziyyət Obamanın zəifliyidir. Romni FoxNyus-a müsahibəsində deyir: “Obamanın İslam dünyasında siyasəti məğlubiyyətə uğrayıb, Liviyada terrorçular güclənib, ABŞ-la Misirin münasibətləri pozulub.”

Britaniyanın İndipendent qəzeti yazır: “ABŞ-da ictimai fikirə əsasən ABŞ səfirliklərinə hücum Obamanın zəif siyasəti ilə bağlıdır. Anti-Amerika etirazlarının güclənməsi Respublikaçılar üçün yaxşı fürsət oldu. Onlar mövcud vəziyyəti Obamanın xarici siyasətdəki uğursuzluğu ilə bağladılar.”

Vaşinqtonda konservatorların konfransında Romninin köməkçisi Pol Rayan deyib: “Yaxın Şərqdə baş verənlər göstərir ki, Obamanın xarici siyasəti fiaskoya uğrayıb.” O bu sözlərlə kifayətlənməyib və Obamanın siyasətlərindən dolayı İsrail kimi dəyərli müttəfiqlə münasibətlərin soyumasını önə çəkib.

ABŞ-ın pərişan xarici siyasət bazarından faydalanan təkcə Respublikaçılar olmayıb. İşğalçı İsrail başçıları son aylarda İran mövzusu ilə bağlı Ağ Evlə baş-başa gəlib. Onlar son hadisələrdən sui-istifadə edərək Obamanı İranın nüvə proqramına qarşı çıxmağa vadar etmək fikrindədirlər. Tel-Əviv istənilən bir yolla Tehranın nüvə proqramı qarşısında qırmızı xətt çəkmək istəyir.
Comment