0
Tuesday 25 September 2012 - 22:43

Yaxın təhlükələr - 2

Story Code : 198633
Yaxın təhlükələr - 2
Ardı

Islam times.org/az/ - Ancaq bunu fikirayrılığı kimi qəbul etmək doğru olmaz, çünki Sultanəhmədov demir ki, biz sələfilər sufiləri düşmən bilmirik, deyir bizdən başqa da maraqlı qüvvələr var. Bu kontekstə portalımızın eksperti hacı Nəcəf bir məqama diqqətimi çəkdi. Şeyx Səid öldürülməzdən əvvəl Patimat xanımın holdinqinə aid olan dərgilərdən birində barışıq məqsədi ilə sələfilərə çıxış etmək üçün yer verilmişdi və sizcə sələfilərin ilk və bundan sonra həmin dönəmdəki son çıxışı nə oldu? ABŞ və ya sionistlərə qarşı mübarizə, ya barışıq? Yox, heç biri! Onların mövzusu “şiələr və onlar haqqındakı həqiqətlər” oldu. Nəşr etdirdikləri materiallarda açıq mətnlə şiələrin öldürülməsinin ən birinci vacib öhdəlik olduğunu bəyan edirdilər. Nə baş verdiyinin fərqini hiss edirsinizmi? Bir neçə ildir silahlı, qanlı münaqişə mövcuddur, adamlar, ruhani liderlər qətlə yetirilir, sonra barışıq naminə bir dialoq təklifinə sələfilərin ilk cavabı şiələrin öldürülməsi bir vacib şəri məsələ kimi ortaya qoyulur, özü də harada, Azərbaycanla həmsərhəd olan Dağıstanda!

İctimai siyasi gündəlik qəzetin təhlilçisi Zakir Məhəmmədovun fikrincə Patimat Həmzətovanın dialoq təklifi süquta uğradı. Burada əsas səbəb, sələfilərin ideoloji baxışı daha çox əhəmiyyət daşıyır. Yaxın günlərdə biz sələfi və sufilər arasında münaqişənin növbəti qızğın fazasının başlanğıcına şahidlik edə bilərik. Ola bilər bu münaqişə daha çox qanın axıdılması ilə müşahidə edilsin və heç şübhəsiz təxribatçılar da bu situasiyadan yararlana biləcəklər. Rusiya Elmlər Akademiyasının alimi Ənvər Qısırov verdiyi açıqlamada bildirib ki, Patimat Həmzətova hələ Sovet dönəmindən jurnalistikada fəaliyyət göstərən, sağlam vətəndaş mövqeyi sərgiləyən ictimai fəal olmaqla yanaşı həm də Dağıstan MRİ-in informsiya siyasətinə cavabdeh şəxs kimi də qəbul edilə bilər. Xanım Həmzətovanın konfessiyalararası dialqun baş tutması üçün göstərdiyi cəhdlərin nəticəsizliyi çox üzücüdür. Dağıstanın həftəlik “İndiki zaman” qəzetinin baş redaktoru Milrad Fətullayevin də nəzərə çatdırmaq istədiyi məqam elə portalımızın ekspertinin fikri ilə haradasa üst-üstə düşür. Milrad deyir ki, bu proseslərin ilk vacib məqamı bir neçə il əvvəl sələfilərin marqinal qrup olaraq nə sufilər tərəfindən, nə də hakimiyyət tərəfindən sayılmaması, hesaba alınmaması, indi isə onlarla dialoq aparılması, barşıq masasına dəvət edilməsi və hətta sufi ruhanilərinin həyatı hesabına belə olsa bu barışığa nail olması məsələsidir. Baş redaktor haqlı olaraq ictimaiyyəti dəvət edib deyir ki, bir diqqət edin biz haradan hara gəldik? Bir zamanlar Dağıstanda az qala hər kəs and içib şəhadət gətirə bilərdi ki, bu respublikada heç vaxt sələfilik olmayacaq, ancaq indi həm rəsmi qrumlar həm DMRİ, həm də sufi icması nəinki sələfilərin terrorunu müzakirə edir, pisləyir, ondan danışır, artıq sələfiləri elə bir qüvvə kimi qəbul edirlər ki, barışıq olmazsa, Dağıstanda başı bədəni üstündə qalan bir qeyri sələfi tapılmayacaq. Daha drammatik olanı da hadisələrin gedişinin elə belə nəticədən xəbər verir. Bütün Şimali Qafqaz üçün xarakterik olan bir xüsusiyyət Dağıstan sələfiləri üçün də səciyyəsi onunla izah olunur ki, burada da sələfilər öz aralarında bilərəkdən, razılıq əsasında iki qrupa bölünərək meşə və dinc sələfi qruplarına bölünüblər. Yəni “Əhli Sünnə” assosasiyası özünü vətəndaş cəmiyyətində də saxlamaq üçün bu addımı atıb. Üstəlik bu təkcə vətəndaş cəmiyyəti məsələsi ilə də bağlı deyil, burada bir çox məqamlar var və onlardan biri də dinc sələfi qrupunda meşədəkilərin ailə üzvləri, körpələri, yaşlıları, xəstələri yer alır, bu qrup daha çox arxa cəbhə rolunu oynayır, ancaq istər meşədəkilər istərsə də dinc sələfilər olsun hamısı eyni ideoloji dəyərləri bölüşür, özlərini Qafqaz əmirliyinin camaatı bilir. Fətullayevə görə sələfilər burada bir oyun da oynamaq imkanına malikdir. Onlar sufilərin hər zaman dialoqa hazır olduğunu görüb, lazım bildikləri zaman dialoqa gedib, meşədəklərin və özlərinin müəyyən sosial və maddi problemlərini aradan qaldırar, sonra həmləyə hazır olduqda yenə də sufi şeyxlərini və müridlərini qətlə yetirərlər. Fətullayevə görə assosasiya elə sələfilərin dialoqunda təmsilçiliyini həyata keçirmək üçün də yararlı ola bilər. Şeyxin Ptiqorskdakı müridlərindən olan Timurbəy Məhəmmədyarov bir maraqlı məqama diqqəti çəkərək qeyd edir ki, nəyə görəsə heç kim Dağıstan əmirliyinin və assosasiyanın hardan maliyyələşdirilməsinə diqqət etmək istəmir. Dağıstana gələn səudiyyəli missionerlərin sayı buradakı sələfilərin sayına az qala bərabərdir, onların malik olduqları müasir mobil xəstəxanalar, həkim personalı, təlimatçılarının saxlanılması üçün bir Dağıstanın büdcəsi belə yetərli olmazdı. Bundan başqa, Dağıstanı özləri və dinləri üçün təhlükəli bilən sufilər digər regionlara mühacirət etidikdə, bir müddət sonra getdikləri yerdə də sələfilərin güclü mövqelərinə şahidlik edirlər. “Sanki sələfilər bizi izləyib ardımızca gəlir” deyən Məhəmmədyarov rəsmi Moskvadan da şikayətlənir ki, sələfilərin ekstremist, terrorçu olduğuna lazımı reaksiya vermir və göz yumur. Mənsə Azərbaycanda sayı günü gündən çoxalan ancaq hələlik müharibəyə başlamayan sələfilərə dövlətin diqqət etməsini tövsiyyə edərdim. Bir zamanlar Dağıstanda da bir nəfər olsun belə sələfi yox idi, heç kim də inanmırdı ki, nə zamansa ola bilər. Ancaq indi hadisələr gözümüzün qabağında baş verir.

İSLAMTİMES - ELVİN CAVADOV
Related Stories
Comment