0
Monday 29 April 2024 - 14:06

İranın islami mədəniyyət və irşad naziri bu həftə Bakıya səfər edəcək

Story Code : 1131921
İranın islami mədəniyyət və irşad naziri bu həftə Bakıya səfər edəcək
Məhəmməd-Mehdi İsmaili əlavə edib: Azərbaycan Respublikasına səfərdə bu ölkə rəsmilərilə görüşlər keçirməkdən əlavə, qarşılıqlı mədəniyyət həmkarlıqları və anlaşmaları səviyyəsini yüksəltməyə, həmçinin bu beynəlxalq iclasdan İran İslam Respublikasının və İslam İnqilabının mesajını, habelə inqilabın yüksək mədəni baxışını çatdırmaq üçün istifadə etməyə çalışacağıq.
İranın islami mədəniyyət və irşad naziri sonra söyləyib: Bu səfərdə sözügedən iclasda iştirak edəcək ölkələrin başçıları ilə görüşəcək, həmçinin Azərbaycan Respublikası və region ölkələrilə əlaqələrin yüksəldilməsi və mədəniyyət diplomatiyası istiqamətində ikitərəfli mədəniyyət dialoqları aparmağa səy göstərəcəyik. Biz bu fürsətdən birgə regional və regionaşırı anlaşmalar və mədəniyyət sahəsinin yüksəlişi üçün istifadə edəcəyik
 
Source : SaharTV
Comment