0
Friday 19 October 2012 - 11:52

Yeni qanun layihəsi

Story Code : 204763
Yeni qanun layihəsi
Yeni qanun layihəsi
Islam times.org/az/ - 1993-cü ildən sonra formalaşan Milli Məclisin bütün tərkibli deputatları haqqında çox şayiələr gəzirdi, onların arasında deputat mandatının alverindən tutmuş ta maraqlı mükafatlandırmalara qədər. Məsələn, gəzən söz söhbətə görə hazırkı Milli Məclisdə adları dəqiq bəlli olmayan iki nəfəri qadın bir nəfəri kişi olmaqla üç deputatı İngiltərədə yerləşən “Order Reaux Croix” ordeninə daxildir.

Kim bilir başqa deputatlar və elə bu deputatlar daha hansı təşkilatların üzvüdür. Ancaq bir az fikirləşsək söhbətin kimlərdən getdiyi də məncə sirr olmaz. Daha bir şayiəyə görə Milli Məclisin deputatları əksər qanun layihələrini ordan burdan və daha çox Rusiya Dumasından götürüb köçürməklə qəbul edirlər.

Müxtəlif zamanlarda şayiə dediyimiz bu cür söz söhbətlərin sonradan həqiqət olduğuna artıq psixi xəstələr də şübhə etmir. Məsələn, mandat alveri, El
ad Abdullayevin “kino”larından əvvəl də məlum idi, ancaq rejim elə hey inanmadığı Vallaha Billah edirdi ki, belə şey yoxdur, bunlar o qədər həyasızdırlar ki, videodan sonra belə Əli Əhmədov faktı mətbuatda ilk günlər inkar etdi.

Zaman zaman da qanunların kopiyası məsələsi, bu o birisilər kimi kritik bir şey olmasa da yenə də inkara gedir. Bir neçə ay əvvəl Rusiya Duması qanun qəbul etdi ki, icazəsiz kütləvi aksiya keçirənlər böyük məbləğlərdə cərimə olunacaqlar, qanun qəbul olunandan sonra da inadkar müxaliflər mitinq və yürüş keçirdilər ancaq qanun işləmədi.

Sizə də məlum olduğu kimi indi də Milli Məclisin deputatı Rafael Cəbrayılov icazəsiz aksiya üçün yüksək məbləğdə maddi cərimələr nəzərdə tutan qanunun layihəsi təqdim edib, özü də öz adından, ancaq qanunun vergülü belə Dumadakı layihədən köçürülüb.

Daha maraqlı tərəfi budur ki, layihəyə İsa Qəmbər qeyri ciddi reaksiya verərək bunun işlək olacağına şübhə sərgiləyib. Ancaq məncə reallıq tam başqa cür olacaq və rejim bu layihə ilə ayrı məqsədlərinə də xidmət edəcək.


İSLAMTİMES - SƏFƏROV
Source : İslamtimes
Comment