0
2
comments
Monday 5 November 2012 - 09:33
Çağrı

Qırmızı ölüm qara həyatdan yaxşıdır

Story Code : 208666
Qırmızı ölüm qara həyatdan yaxşıdır
Qırmızı ölüm qara həyatdan yaxşıdır
Islam times.org/az/ - Yuxarıda qeyd etdiyim müdrik kəlmələr şiə aləminin 3-cü imamı həzrət seyyiduşşuhəda Həzrəti İmam Hüseyn(ə)-a məxsusdur.1350 il bundan öncə İmamın Kərbala çölündə söylədiyi bu müqəddəs kəlamlar hər dövrün,zamanın müsəlmanlarına örnək olmalıdır.

Biz müsəlmanlar həmişə xüsusilə, Azərbaycan islamçıları müqəddəs imamlara eşq bəsləmişik.Onların məhəbbətindən ilham alaraq hər zaman imperialistlərə,yadelli istismarçılara qarşı mübarizə aparmışıq.Nə vaxtsa dara düşsək “Ya Hüseyn,Ya Əli” deyə səslənmişik.

Həmin sevgi idiki,20-əsrin 90-cı illərində nə vaxtsa dağılacağına inanmadığımız Allahsız Sovet idelogiyasını bir neçə ayın ərzində tarixin zibilliyinə dəfn etdik.Bizim xalqımızın xəmiri Əhli-beytin məhəbbətilə yoğrulmuşdur.Bu günlərdə islam və əhli-beyt düşmənləri millətimizin yüz illərlə “Muhamməd və ali Muhamməd”-ə olan sonsuz sevgisini qəlblərdən yox etmək üçün ittifaq etmişlər.

70 il məscidləri kitabxanaya,kluba və anbarlara çevirən SSRİ belə Aşura məktəbinə,müqədəs dinimizə heçnə edə bilmədi.Kommunizmin ən ciddi vaxtlarinda ikən,Azərbaycan müsəlmanları hər il məhərrəm ayını pirlərin,ziyarətgahların insanların üzünə bağlı olduğu halda təntənəli qeyd edirdilər.

O zaman sadə vətəndaşlar bu mərasimləri gizli sürətdə olsada,öz şəxsi evlərində yad edirdilər.Ölkəmiz 1991-ci il oktyabr ayını
18-də müstəqillik əldə etdikdən sonra artıq azad surətdə ata-baba yadigarı olan dini və mənəvi irslərimizə qovuşduq.

1990-cı ilin yanvar ayının 28 dən etibarən Azərbaycan respublikasında qapıları müsəlmanların cəsarətləri nəticəsində inannclıların üzünə açılan ilk dini məkan,Gəncə şəhərindəki Şah Abbas məscidi oldu.

Adını qeyd etdiyim 70 illik məzlum came məscidi bir neçə Gəncə sakinlərinin sayəsində mənəvi işğaldan azad olundu.Gəncə şəhərinin hər zaman Azərbaycanın istər dini,elmi istərsədə,siyasi-ictimai həyatında önəmli rolu olubdur.

Qırmızı terror hakimiyyətinin qanlı-qadalı günlərində də gəncəlilər dini və milli dəyərlərindən əl çəkməmişlər.Gəncə şəhərində 6-cı imam Muhammədbaqir(ə)-ın şərafətli oğlu əhli-beyt bağçasının gülü həzrət İbrahimin pak məzarı yerləşir.

Elə gəncə şəhərindədə sakinlərin illərlə qəlbində coşub-çağlayan Allah eşqi bu müqəddəs məkandan qaynaqlanır.Xəstə olan,hacətlərinin qəbula çatmasını diləyən insanların pənah gətirdiyi yer həmişə xalq arasında”İmamzadə”adlandırılan pak yer olmuşdur.

Hər il məhərrəm ayının Tasua və Aşura günlərində minllərlə inanclı izdihamlı şəkildə dəstələrlə bu ocağa doğru yürüşlər təşkil edərək,13 əsr əvvəl baş vermiş kərbəla olaylarını anırlar.

Bütün sahələrdə olduğu kimi Heydər Əliyev hakimiyyət k&u
ml;rsüsünə əyləşdikdən sonra özü və davamçıları islama onun müqəddəs dəyərlərinə qarşı təqibi gücləndirdilər.Əlbəttəki bu proseslərin havadarları beynəlxalq sionizm və qərbin Allaha düşmən ünsürləri olmuşdur.

Azərbaycan bütün dövrlərdə pərdə arxasından sifarişlər alaraq,sapı özümüzdən baltalar tərəfindən məhv edilməyə çalışılmışdır.İlham Əliyevin 2003-cü ildən dövlətə rəhbərlik etməyə başlamasından bəri inanclı dindarlara və fəal azadlıq aşiqlərinə qarşı repressiyalar dahada kəskinləşmişdir.

Son iki il ərzində baş verən hadisələr bunun real nümunəsidir.YAP-ın üzdəniraq kadrlarının özbaşınalıqları əsasəndə güc orqanları ölkədə İslamafobiya yaratmağa çalışırlar.

Ən çox müsəlmanlara təqib olunan bölgələrdən biridə Gəncə şəhəridir.İki il öncə şəhərə icra hakimiyyəti başçısı təyin edilən Elmar Vəliyevin regiondakı özbaşınalığı ərəb xəlifəsi məlunYəzid ibni Müaviyyənin Küfə şəhərinə təyin etdiyi valinin,Ubeydullah ibni Ziyadın hərəkətlərinin bənzəridir.

Elmar Vəliyev 2011-ci ildən bu vəzifəyə başlayarkən xalqın o qədər problemlərini bir kənara qoyaraq insanların dini hisslərinə qarşı müharibə elan etdi.Əsrlərdən bəri anılan Kərbəla müsibətlərinin ildönümünün keçirilməsinə qadağa qoyuldu.

Sabiq icra baş&cc
dil;ılarının dönəmində həyata keçirilən minlərlə müsəlman bacı və qardaşlarımızın birgə qeyd etdikləri piyada yürüyüş vəhşicəsinə dağıdıldı.

Heçdə təəcübləndirici deyildir ki,odlar diyarına Yəzid xislətli prezident hökm verirsə onun nümayəndələridə heç də ibn Ziyaddan fərqlənməməlidir.Çünki ibn Ziyadda Küfə şəhərinə gələn kimi cəmiyyət arasında nə qədər şücaətli,əyilməz adamlar var idi,onları aradan götüzdürürdü.

Elmar Vəliyev tək Gəncədə deyil,əvvəllər Yevlax şəhərində də başçı vəzifəsində işləyərkən qəddarlığı və islama düşmənçiliyi ilə məhşurlaşmışdır.

2011-ci il Tasua və Aşura yürüyüşləri amansızcasına dağıdıldı.Həmçinin inanclıların bir neçəsi şərlənərək həbsə məhkum edildi.Bütün bu sadalananlar azmış kimi xalqda vahimə qorxu yaratmaq üçün müqəddəs məkan olan İmamzadədə terror aktı olacaq,şaiyəsini cəmiyyət arasında yaydılar.

Guya vəhhabilər burada bomba işə salmaq istəyirlərmiş.Lakin dedikləri yalançı bomba bu il öz partlayış gücünü göstərdi.Məhərrəm ayının yaxınlaşdığını hiss edən Hüseyn(ə)düşməni icra başçısı bir neçə il təmirin yubadılan İmamzadə kompleksinin yenidən restavrasiya olunduğunu bəhanə edərək,təmir adı altında ziyarətgahın qapılarını zəvvarlara bağladı.

Bu gündən sonrasını isə Allah bilir görəsən bu qapılar həmişəlik üzümüzə bağlandı,yoxsa birdə nə vaxtsa açılacaq?

Ey müsəlman bacı və qardaşlar,azəri millətim gəlin gücümüzü yumruq kimi birləşdirək haqqsızlıq qarşısında susmayaq.Əgər səsimizi ucaltmasaq,demək zilləti qəbul etmişik.Zülmə boyun əyən millət isə məhv olmağa məhkumdur.Xalq sakit durduqca İlham Əliyevlər,Elmar Vəliyevlər daha çox bizlərə zülm edəcək.

Sonsuz sayda islama,millətə,əhaliyə edilən düşmənçiliklərin qarşısında yeganə sipər və müdafiə şüarı isə” Qırmızı ölüm qara həyatdan daha yaxşıdır “kəlamları olmalıdır!


İSLAMTİMES - MİRƏLİ
Source : İslamtimes
Comment


esq olsun Huseyn asiqlerine lenetler olsun Ehli-beytin dusmenlerine
Azerbaijan
Hüseynə canlar fəda eşq məktəbin bizə haqqı tapmaqda işıqlı yoldur