0
Wednesday 12 December 2012 - 16:34

Qanunlarda milli ayrıseçkilik

Story Code : 220615
Qanunlarda milli ayrıseçkilik
Qanunlarda milli ayrıseçkilik
Islam times.org/az/ - Bir neçə gündür sosial şəbəkələrdə və mətbuatda deputat Fazil Qəzənfəroğlu hər cür alçaldılır və buna əsası elə deputat özü verib.

Deputatı təhqir edənlərin əsas arqumenti budur ki, bu qədər əcaib problemləri olan, zülmün və zorakılığın baş alıb getdiyi Azərbaycanda bir deputat işini gücünü artistlərin paltarına reaksiya verməkdə gürüsə, onun haqqında hər nə desən azdı.


Öz aramızdı camaatın haqqı var, zülmün əlindən canından bezən bir xalqın deputat belə gic gic şeylərə reaksiya verirsə deməli Azərbaycan göründüyündən, danışıldığından daha betər gündə viran qalıb.

Dekabrın 11-də Milli Məclis Azərbaycan və İran arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkə vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında Memorandumun ləğvinə səs verib.

Bu barədə mətbuatdan tanışsınız, mən memorandumun mahiyyətini izah etməyəcəyəm, ancaq bəzi məqamların şərhə ehtiyacı var. Təxminən 17 ildir ki, bu memorandum mövcud idi, indi bunun ya vaxtı uzadılmalı idi ya da ləğv olundu.

Azərbaycanın inteqrasiyasını bəyan etdiyi Avropda sərhədlər açılır, insanların gediş gəlişi asanlaşır, indi birdən birə necə olur ki, Azərbaycan qonşu bir Ölkə ilə belə addım atsın? Deputatların çıxışlarında bunun bəzi cavabları var.

YAP-çı deputatlar ləğvi onunla əsaslandırırlar ki, İrandan Azərbaycana narkotik və dini terror cəryanları gəlir, Milli Məclisin foyesində, öz aralarında etdikləri söhbətlərdə elə belə də deyirlər, ancaq iclaslarda bu ifadələri bir az başqa cür, Fuad Muradovun dediyi tərzdə deyirlər.

Ancaq heç vaxt danışmayan deputat Zeynəb Xanlarovanın bu cür çıxışı gözlənil olmadı desəm yanılmaram, onu da qeyd edim ki, Zeynəb Xanlarova siyasətçi deyil, düzdü bəzi gördükləri işləri heç siyasətçilər də görə bilməzdi. Məsələn, Misir prezidenti Ənvər Sadatı rəqsə dəvət edib onu oynadan yeganə adam yəqin ancaq elə Zeynəb xanım olub.

Xanım Xanlarova bu qərarın əleyhinə səs verəcəyini deməklə çıxışında deyib ki, əgər farslar bizim üçün düşməndirsə gəlin bu qərarı ancaq onlara aid edək. Bax bu ifadə Zeynəb Xanlarovanın ağlına göydən düşməyib, nə də siyasətçi olmadığı üçün bu fikir onun öz düşüncəsinin məhsulu deyil. Özü də bu fikiri gecə gündüz milli mətbuat və Rüstəmxanlı ailəsi təbliğ edir.

Onda belə çıxır ki, hakimiyyət nümayəndələri arasındakı səmimi söhbətlərdə farsları düşmən adlandırırlar. Bunun əksini iddia edən şəxs varsa buyursun fikrini yazsın. Yenə deyirəm farsların cəmiyyətimizə düşmən kimi təqdim olunması görmək üçün elə milli mətbuatımızı da izləmək kifayət edər, səbəbi də sadədir.

Ancaq bir maraqlı sual burda budur ki, bu tendensiyanı istəməyənlər isə düşmənçiliyin inkişaf etməmə üçün hansı işlər görür? Görmürsə, deməli qanunlarda da milli ayrıseçkiliyə meydan yaranır, düzdü memorandum ləğv olundu ancaq kim bilir gələcəkdə daha hansı qanunlar qəbul oluna bilər.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Related Stories
Comment