0
3
comments
Monday 24 December 2012 - 22:56

Gəlin birlikdə mübarizə aparaq

Story Code : 224576
Gəlin birlikdə mübarizə aparaq
Gəlin birlikdə mübarizə aparaq
Islam times.org/az/ - Azərbaycan adlı məmləkət hələ on dörd əsr bundan əvvəl yeddinci əsrin ortalarından islam dininə öz qucağını açdı.İllər sürətlə ötüb keçdikcə müəyyən zaman çərçivəsində xalqımızın həm ruhu,həmdə cismi tovhid nuru ilə sirab oldu.

Ölkəmiz tarix boyu bir çox işğalçılarla azadlıq və istiqlaliyyət uğrunda çarpışdı,amma islamın müqəddəs amallarını heç bir vaxt düşmənə təslim etmədi.Yadelli işğalçıların sırasında dayanan ən amansızı Azərbaycan tarixində yaddaşlara qanla həkk ediləni,70 illik bir avtoritar rejim olan Sovet diktaturası idi.Əvvəllər millətimiz belə düşünürdü ki,həqiqətəndə ölkəmizin siyasi arenasında və tarixində.Kommunizmdən daha qəddarı olmayıb.Lakin Heydər Əliyev monarxiyasi hakimiyyətə gəldikdən sonra,SSRİ-nin xalqımızın başına gətirdiyi qanlı-qadalı günlərini tam mənasıyla öz kölgəsində qoydu.

Sovet hakimiyyəti yetmiş il boyunca azərbaycan türk-müsəlman əhalisinin başına hər nə qədər oyunlar açmışdısa da,Əliyevlər bu gün həmin zülmlərin on qatını bu yazıq millətə dadızdırmaqdadırlar.

Müasir dövlətçilik salnaməmizin üz qarası İlham Əliyev anarxiyası ,hal-hazırda cəmiyyətdə tam bir islam düşməni simasında Allah deyən dilləri kəsməklə,şantaj vasitəsilə azadlıq sevər cismləri zindanlara məhkum etdirməklə məşğuldur.

İndiki hakimiyyət qüvvələri islamçılardan onların zülmə qarşı müqavimət hərəkatından sözün əsl mənasında qorxduqlarını nümayiş etdirirlər.Azərbaycan respublikasının daşdan hörülmüş qanlı zindanlarında azadlıqları əllərindən alınmış yüzlərlə vicdan və siyasi məhbus,nahaqdan cəza çəkməkdədirlər.

Bu şəxslər bilirsiniz nə üçün həbsdədirlər?Onların azadlıqdan məhrum edilmələrinin səbəbi zülmə,zillətə,özbaşınalıqlara boyun əyməmələridir.

İlham əliyevin sifarişi ilə dustaq olunan məhbuslarımızın amalı,islam azadlığını onun əsl mahiyyətini aradan aparmaq istəyənlərə qarşı səslərini ucaltdıqları əyani əməllərinin isbatıdır.

Təssüflə qeyd etməliyəm ki,bu gün mövcud hakimiyyətə qarşı mübarizə aparan yalnız islamçılar və bəzi müxalif qüvvələrin nümayəndələridir.Yerdə qalanlar isə hələdə bu qədər işgəncələr qarşısında susmaqdadırlar.Azərbaycan respublikasında hazırda vətəndaşlara hər cür,hər mənada zülm olunur,ancaq bütün bunlara baxmayaraq xalqımız hələdə”YAP”rejiminin yalançı vədlərinə inanaraq səslərini yüksəltməkdən çəkinirlər.

Əgər bu gün səsimizi ucaltmırıqsa,bəs onda nə vaxt etirazımızı bildirəcəyik?Bəlkə gözləyirik ki,əlimizdə hər nəyimiz var alsınlar,cavab verək.Ölkədə insanlar arasında vahid xalq birliyi və ümumimilli şüur formalaşmadığından,insanlar 20 illik haqsızlığa dözür,səsini belə çıxarmaqdan sanki qorxur.

Bir il bundan qabaq prezident İlham Əliyevin Almaniya federativ respublikasının Münhen şəhərində, jurnalistin Azərbaycanda demokratiya yoxdur,insan haqqları kobud şəkildə pozulur buna səbəb nədir?

sualına ali baş komandanın cavabı çox təəccüblü və gülünc situasiyalara gətirib çıxartdı.Açıq-aşkar dövlət başçısının bu cür fitnə-fəsadlar qarşısında təmkinlə cavab verməsi həqiqətdə,onun xalqı saymamasından xəbər verir.

Cənab prezident hər gün ən azından ölkənin müxtəlif yerlərində adamlara qarşı müxtəlif formalarda məmurlar tərəfindən mənəvi və fiziki cəhətdən işgəncələr olunur görmürsənmi?bəlkə demokratiya dediyin şey,heyvanlara aid olan azadlığı nəzərdə tutursan məgər insanlar heyvanlardan üstün deyilmi yoxsa,onları robort cildində görürsən?

Mən əminəm ki,Azərbaycanda millət bunların əlindən təngə gəlib,hətta körpə uşaqlarda daxil olmaqla hər kəs Əliyevlərin apardığı saxta fırıldaq siyasət kursunu çox gözəl anlayırlar.

Hara baxsan kimə nəzər salsan avtobusda,çayxanalarda hamı Heydərizmdən onun millətə çəkdirdiyi əziyyətlərdən şikayət etdiyini söyləyir.Küçə-bacalar işsiz cavanlarla,bazarlar alitəhsilli satıcı şəxslərlə dolub-daşır.

Elə bir vəziyyət yaradılıb ki,məzun olan respublikanın müxtəlif bölgələrindən şagirdlər universitetlərdə təhsil almağa can atmalarına baxmayaraq, gələcəkdə əldə etdikləri diplomlarla iş yerləri ilə təmin olunmaq problem məsələlərə çevrilir.

Son iki il ərzində dindarların hökümətə onun neqativ siyasətinə qarşı qaldırdıqları etiraz səsləri artıq ölkəmizdə islamçıların müsbət irəliləyişlərə doğru təşkilatlandığını və artıq hakimiyyətin yeritdiyi Iran siyasəti əleyhinə olduqlarının bariz nümunəsidir.

Sadəcə bu azlıqla gələcəkdə hər hansı bir nəticənin əldə olunması real görünmədiyindən,bunun üçün vahid xalq birliyi lazımdır!İnsanı düşündürən daha bir məqam isə bundan ibarətdir ki,istər dindar kəsim olsun, istərsədə dindar olmayan şəxslər hamısı eyni nöqtədən zərbə alırlar.

Lakin şikayətlərini əyani şəkildə bildirməyə gələndə kənara çəkilirlər.Səbəbləri isə gün kimi aydındır.20 ildə görünür hakimiyyət qüvvələridə yatmayıb,gizli təşkilat və instutlar vasitəsilə xalqı bir-birindən ayırıb.

İkinci səbəb qorxu faktorudur.İnsanları rezin dəyənəklə qorxudaraq,hökümətə qarşı nəsə bir qeyri hərəkətlərin qarşısı alınır.Bəzəndə vətəndaşları qınamaq da mənasız olur.Adamlar səhərdən-axşamadək çalışır-vuruşur,heç hakimiyyətin neqativ siyasəti belə hardan yadlarına düşsün.

Prezident adminstrasiyası düşünülmüş ölçülüb-biçilmiş tərzdə,əhalini siyasət meydanından uzaqlaşdırıb.Ən acı reallıq isə bəzən səsini çıxardan dindarların özlərinin belə bəzi şikayətli həmyerlilərimiz tərəfindən qınaq obyektinə çevirilməsidir.

Yalançı təbliğatlar maşını əhaliyə diktaturaya etiraz edənləri qonşu ölkələrin casusu kimi tanıtması,ölkədə bu şəxslər pozuculuqla məşğul olaraq,Qarabağ boyda problemlə yan-yana ermənilərə şərait yaradırlar adlandırması,xalqda bir anlıq çaşqınlıq yaradaraq müəyyən müddətə mübarizə yolunda süstlük yaradır.

Sonda bunu demək yerinə düşərdi ki,İslam nə təkcə dindarların və ibadət edənlərin dini yox,hamımızın,hər bir fərdin ata-babalarından qanları,canları ilə qoruyaraq bu günki nəsillərə ötürdüyü əxlaq,qeyrət mənəviyyat məktəbidir.

Biz müqəddəs dinimizi yad əllərə əmanət etsək sonda özümüz və övladlarımızın gələcəyini məhv etmiş olacağıq.Məhv olmamışdan öncə düşünək gələcəyimiz haqqında düşünək!

İSLAMTİMES - KAMİL İBRAHİMZADƏ
Source : İslamtimes
Comment


Azerbaijan
Bismillah insallah bir gun o gelecek amma biz o shexs gelmeden agamiza layiq oldugumuzu tesdiq edek
Azerbaijan
Hz Mehdinin gəlişi bütün zalımları sarsidacaq
Azerbaijan
İnşallah buna bütün qəlbimizlə inanırıq