0
Saturday 12 January 2013 - 23:13

Qareginin təklifi

Story Code : 230613
Qareginin təklifi
Qareginin təklifi
Islam times.org/az/ - Gündəmi zəbt etməsə də bir xəbər bir neçə gündür milli mətbuatımızda Ermənistan KİV-nə istinadən dolaşmaqdadır, söhbət sizin də bildiyiniz kimi bütün ermənilərin katolikosu II Qareginin QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış görüşündən gedir.

Qaregin (qaragün də yazmaq olardı) təklifini çoxdan səsləndirib və bu təkliflə bağlı erməni mətbuatına bir neçə dəfə açıqlama verib. Onu da qeyd edim ki, Qareginlə Şeyxin əvəllər də bir neçə dəfə görüşləri baş tutub, müxtəlif tədbirlər çərçivəsində və ya birbaşa olaraq hər iki ölkənin dini xadimləri görüşlər keçirib.

Şeyxdən fərqli olaraq Qaregin təkcə Ermənistan yox ümumiyyətlə bütün ermənilər üçün dini lider kimi qəbul olunur, bu da onların dini konfessiyasının kriteriyalarından irəli gəlir, ancaq azərbaycan müsəlmanları üçün məsələ bu planda fərqlidir, belə ki, Şeyx bütün azərbaycanlılar üçün dini lider deyil, azərbaycanlıların sələfi, sünni və şiələrinin hər biri üçün öz dini liderləri var.

Şeyx şiələrə aid olsa da şiə azərbaycanlıları üçün dini rəhbər sayılmır və bunu da öz səbəbləri var ki, bu məsələləri siz məndən yaxşı bilirsiniz. Şeyx sadəcə olaraq Sovet dövründən qalmış olan və hazırda ictimai birlik kimi fəaliyyət göstərən QMİ-nin sədridir.

Ona görə bəzən mətbuat səhifələrində Şeyxi azərbaycanlıların dini lideri kimi təqdim edilməsi bizi məcbur edir ki, buna bir aydınlıq gətirib şərh verək, bununla belə Azərbaycandakı həm rəsmi dairələr həm də bəzi məscid icmaları Şeyxi elə şeyx kimi və ya şəri dini rəhbər kimi qəbul edir. Ancaq məsələnin məğzi tam başqa bir şeydir.

Qaregin verdiyi bütün açıqlamalarında bildirib ki, Şeyxi Qarabağda, cəbhə xəttində görüşə dəvət edib. Qareginin məqsədi dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır ki, bu müharibə dinlərarası müharibə deyil, ərazi müharibəsidir, ermənilər öz milli müqəddaratını həll etmək istəyir və belə bir formatda dünya ictimaiyyəti beynəlxalq normalara əsaslanıb ermənilərin milli müqəddaratını həll etməyə etiraz bildirməyə bilər.

Bundan başqa daha bir məqsəd ondan ibarətdir ki, Dağlıq Qarabağda işğalçı ermənilərin son illər tikdirdiyi onlarla erməni kilsələri dünya ictimaiyyəti tərəfindən müsbət qarşılansın və münaqişə predmeti kimi qəbul olunmasın.

Bunun üçün isə Qaregenin Şeyxlə görüşüb “dinlər bir birinə qarşı düşmən yox, tolerantdır” mesajını verməsi vacib şərtdir. Qaregeninin məqsədinin reallaşmasında bütün düyadakı ermənilərin ona dəstək verməsi də məlumdur. Ancaq yenə deyirəm Qaregin erməni mətbuatında görüş yeri kimi cəbhə xəttini göstərmişdi.

Erməni dini liderinin bu təklifinə Şeyx əvvəl belə cavab verdi ki, bu görüş və onun yeri ilə bağlı Azərbaycan rəhbərliyinin razılığı olduğu halda münasibət bildirə bilər. Bax elə burda ən birinci gözə çarpan məsələ budur ki, Azərbaycanda din dövlətdən ayrıdırsa nəyə görə Şeyx prezidentin razılığını gözləməlidir?

Axı həmişə deyirlər ki, Azərbaycanda din dövlətdən ayrıdır, hicabı qadağan edəndə deyirlər ki, məktəblər dövlətin nəzrindədir və hamı dünyəvi formada məktəbə gəlməlidir. Ancaq indi Şeyx öz həmkarı ilə görüşmək üçün siyasi rəhbərliyin iznini gözləyir. Onda belə çıxır ki, QMİ ictimai birlik də olsa dinlə heç bir əlaqəsi olmayan təşkilatdır, dövlətin siyasətindən daha doğrusu dövlət adamlarından aslıdır.

Dövlət rəhbərliyi isə Şeyxə açıq bildiriblər ki, Qareginlə cəbhə xəttində ən azı indiki zamanda görüşə Azərbaycan tərəfi icazə vermir, ancaq görüş Ermənistan Azərbaycan sərhəddində baş tuta bilər.

İSLAMTİMES
Source : İslamtimes
Comment