0
Wednesday 23 January 2013 - 01:07

Allah əmrini müdafiə edənlər

Story Code : 233733
Allah əmrini müdafiə edənlər
Allah əmrini müdafiə edənlər
Islam times.org/az/ - Deyəsən, həyat məhbus dindarların da üzünə gülməyə başlayıb, bunun nə qədər zaman, neçə müddət olacağını deyə bilmək üçün bəzi məqamlara baxmaq lazımdır, ancaq hələlik onu deyim ki, bu gün şərlənərək həbs olunmuş məhbus dindar, cəlilabadlı ruhani İlqar Əliyev azadlığa çıxıb.

Hacı Mövsümün vəkili Anar Qasımlının sözlərinə görə doktor Səmədov səhhətində olan xəstəliklə bağlı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülüb və arzuladığı həkim Onu müayinə edəcək.

Elə bu gün mətbuat Qarabağ Azadlıq Təşkilatı bir neçə məhbusla, o cümlədən hacı Mövsümlə bağlı, həbs olunanların azadlığa buraxılması üçün yardım etmək xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

İndi gələk bu məqam məsələsinə. Ümumiyyətlə, həbs olunan dindarlar heç siyasi məhbus da deyil, onlar vijdan məhbuslarıdır, onlar öz dini inancına, hicabın qadağasına, öz qadınlarının və qızlarının Allah əmrini yerinə yetirməsinə qoyulan qadağaya görə həbsə atılıb və bu məsələyə çox ciddi bir şəkildə yanaşılmalıdır.

Siz fikir versəniz, Mübariz Əhmədoğlu, Mübariz Qurbanoğlu kimi bəzi dayaz düşüncə sahibləri hicab məhbuslarını İranın aqenti adlandırmaqla mövzunu başqa məcralara aparırlar.

Ancaq nəyə görəsə indiyə qədər heç kim bu cür ağzıgöyçəklərdən soruşmur ki, İran Allahdırmı? Allahın əmri insan övladına 6 əsr əvvəl məlum olub və bu əmri müdafiə edənləri nə üçün bu gün İran aqenti adı verirsiniz?

Başa düşmək çətin deyil, əliyev rejimi Allahla da, İranla da düşmənçilik edir ancaq burda haqqı demək lazımdırsa, onda gərək hamı bilsin ki, dindar məhbuslar Allahın əmrini müdafiə edirlər və öz ölkələrini də hamıdan çox sevən vətənpərvərlərdir.

Ancaq məhbus dindarların məsələsi gərək ictimai fəallar tərəfindən gündəmdə saxlanılsın ki, yazının əvvəlində olan xoş xəbərlər də yenə olsun.
Source : İslamtimes
Comment