0
Wednesday 23 January 2013 - 23:46

Dinarları da oyuna cəlb edirlər

Story Code : 234070
Dinarları da oyuna cəlb edirlər
Dinarları da oyuna cəlb edirlər
Islam times.org/az/ - Bir neçə gün əvvəl yerli təşkilatın 20 illik yubleyi ilə əlaqədar tədbirə qatılmaq üçün Lənkərana səfər edən Müsavat başqanı İsa Qəmbərə Lənkəran yaxınlığında edilən hücumu partiyaya yaxın mətbuat orqanları gündəmdə saxlamaq üçün cəhdlərini davam etdirir və bunun üçün hücumla bağlı bəzi detalları araşdırıb ictimaiyyətin nəzərinə təqdim edir.

Siz də mətbuatdan bu detallar barədə müəyyən qədər məlumatlısınız, verilən xəbərlərdən belə anlaşılır ki, hücum edənlər arasında rayonun dini icmasının nümayəndələri də iştirak edib. Müsavatçılar cəmiyyətə belə bir fikri təqdim edir ki, hakimiyyət İsa Qəmbərə qarşı həm də din adamlarını istifadə edir, onları başqana qarşı kökləyir, şəhidlər və yoxsul ailələrə indi də dini icmanı əlavə edib İsa Qəmbərə qarşı çirkin kampaniya aparır.

Verilən məlumata görə İsa Qəmbərə qarşı daş qalaq əməliyyatında həm də Qəni Axundzadə də iştirak edib. Hacı Qəni QMİ sədrinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsidir.

Bu xəbərdən sonra məlumatı dəqiqləşdirmək istəsək də hacı Qəni ilə əlaqə saxlaya bilmədik, telefonuna cavab verən şəxs hacının İranda müalicədə olduğunu bildirdi, baş verən insidentdə hacının iştirak etdiyini yazan mətbuatın iddialarını isə şər və böhtan adlandırdı.

İsa Qəmbərə hücum olan zaman Qəni Axundzadə İranda müalicədə olubsa bu aksiyada necə iştirak edə bilər. Bununla belə telefonda cavab verən şəxs onu da qeyda etdi ki, bu aksiyada hər hansı bir dindar işitrak edibsə də bu onu öz adında edə bilər, bunun hacıya və QMİ-ə heç bir aidiyyatı yoxdur.

QMİ ilə əlaqə saxladıqda da eyni cavabı eşitdik. Sonra Lənkəranda olan dostlarımız dedi ki, bu hücumda dindarların heç bir iştirakı olmayıb, onlar bundan təəssüflənir və ən çox da adlarının belə bir işdə hallanmasından təəssüflənir, eyni zamanda onu da qeyd etdilər ki, dindarlar siyasətlə məşğul olmadığını hər kəs bilə bilə, həm hakimiyyət həm də elə müxalifət özü də dindarları siyasətə, öz oyunlarına cəlb edir.

Mənim fikrimcə ola bilər bir neçə şəxsi dindar libasında bu aksiyaya cəlb ediblər, ancaq bununla belə qəti şəkildə dindarların bu aksiyada iştirakını mümkünsüz hesab etmirəm, çünki hakimiyyət belə bir addım atmağa qadirdi.

Onu da qeyd edim ki, bu aksiyada dindarların adının hallanması elə dindarların özü üçün qurulmuş bir tələdir. Bunu izah edim.... Məlumdur ki, İsa Qəmbər bu aksiyadan sonra yenə də Ləkərana getmək istəyəcək, oranın dindarları ilə də görüşə cəhd edəcək, dindarlar da onunla görüşəndən sonra əliyev rejimi bu dindarları siyasətlə məşğul olmaqda ittiha edib onları həbsə və şantaja məruz qoyacaq. Buna görə dindarlar nə hakimiyyətin nə də müxalifətin təxribatlarına uymamalı və siyasətdən uzaq durmalıdır, ən azı ona görə ki, dindarlarımız buna tam hazır deyil.
Source : İslamtimes
Comment