0
Sunday 27 January 2013 - 11:34

Azərbaycanın Avropadakı hərarəti

Story Code : 235084
Azərbaycanın Avropadakı hərarəti
Azərbaycanın Avropadakı hərarəti
Islam times.org/az/ - AŞPA-nın qış sessiyasına yanvarın 21-də start verildi və Azərbaycanın da bir qrup jurnalistləri və hüquqmüdafiəçiləri Strasburqa yığışıb, bu günlərdə milli mətbuatın gözləri Avropanın bu şəhərinə yönəlib və bunun üçün də səbəb var.

Səbəbsə odur ki, çoxdan bəri Azərbaycanla bağlı AŞPA-nın siyasi məhbsular üzrə məruzəçisi, Almaniyadan olan deputat, Christopher Strasser gözlənilən hesabatla çıxış edəcək və ehtimal var ki, hesabat səsvermədə qəbul olunacaq.

Nəzərinizə çatdırım ki, Christopher Strasser məruzəçi təyin olunan zamandan etibarən bir dəfə də olsun Azərbaycana gələ bilməyib və bunun da səbəbi onunla bağlıdır ki, əliyev rejimi ölkədə siyasi məhbusun olmamasını iddia edir, AŞPA məruzəçisinin də mandatı üzrə Azərbaycana gəlişinə iddiası səbəbindən izin vermir.

Ancaq nə yaxşı ki, Christopher Strasser, ATƏT həmməruzəçiləri Pedro Aqramunt və Cozefa Debono Qrex kimi hakimiyyətdən rüşvət alıb qeyri obyektiv hesabat təqdim etməyib, prinsipal mövqe tutaraq Azərbaycanda siyasi azadlıqların real vəziyyəti barədə qiyabi də olsa, yerli hüquqmüdafiəçilərini qane edəcək bir hesabat ərsəyə gətirib.

Şübhəsiz ki, Azərbaycan hakimiyyəti də dinc durmur, AŞPA-da özü üçün müttəfiq qazanmaq məqsədilə milyardlar xərcləyir, ancaq hakimiyyətin bu cəhdi nəticə verəcəkmi? Hətta bu günlərdə AŞPA-da vitse prezident seçilmiş Səməd Seyidov arzu etdiyi səsvermə nəticəsinə nail olacaqmı?

Bu sullara ekspertlər birmənalı cavab verə bilmir, çünki həm əliyev rejimi bu sessiyaya çox ciddi hazırlaşıb, yəni deputatların ələ alınması üşün çox işlər görüb, çox pullar xərcləyib, digər tərəfdən də qarşı tərəf, yəni yerli hüquqmüdafiəçiləri və cənab Christopher Strasser də pis hazırlaşmayıb. Ancaq aparılan araşdırmalardan görünür ki, Azərbaycanla bağlı qətnamə ya qəbul edilməyəcək ya da əliyev rejiminin arzuladığı tərtibatda qəbul ediləcək, yenə deyirəm bunu birmənalı demək asan deyil, ancaq o qədər maliyyə vəsaiti ki, əliyev rejimi bu işə görə sərf edib qətnamənin hakimiyyət üçün təhlükəli şəkildə qəbul olunacağını gözləməyə dəyməz.

Ancaq bununla yanaşı yenə də bilmək olmaz, hər halda müzakirə və səsvermə Afrikada və ya Asiyada yox Avropada olacaq, ona görə hər halda ümidlə yanaşmağa da əsas olduğunu düşünmək olar.
Source : İslamtimes
Comment