0
Thursday 7 February 2013 - 23:04

İsmayıllı olayının Bakı həbsləri

Story Code : 237956
İsmayıllı olayının Bakı həbsləri
İsmayıllı olayının Bakı həbsləri
Islam times.org/az/ - Azərbaycan ordusunda əsgər ölümlərinə etiraz olaraq yanvarın 12-də keçirilən aksiyadan əvvəlki günlərdə sosial şəbəkələrdə istifadəçilər tərəfindən geniş ifadə olunan ifadə “siyasiləşdirməyin” sözü idi. Bu sözün hardan yaranmasının yazılması önəmli deyil, ancaq fikir versəniz Əliyev rejiminin məmurları “siyasiləşdirməyin” sözünü daha çox istifadə edir.

Əsgər ölümünə etiraz aksiyasından sonra Bakının Fəvvarələr meydanında yanvarın 26-da İsmayıllıya dəstək askiyası planlaşdırıldı və keçirildi, bu aksiyada həbs olunanlar, saxlanılanlar və cərimə olunanlar da oldu. Ancaq nə bu aksiyanın da törəndiyi İsmayıllı olayları gündəmi hələ də tərk etməyiblər.

Yanvarın 26-da İsmayıllı etirazlarına dəstək vermək üçün etiraz aksiyalarında iştirak etdikləri üçün 15 sutka həbs olunanlar yaxın günlərdə azadlığa çıxacaq, ancaq onların arasında səhhətində ciddi problemləri olanları da var. Cərimələnən aksiyaçılar isə kəsilən cəriməni ödəmək niyyətindən olmadıqlarını bildirirlər.

Xatırlayırsınızsa bundan əvvəl aksiyadakı iştirakına görə cərimələnən gənclər “5 qəpik” aksiyası keçirməklə 6 gün ərzində 11 min manatı toplaya bildi və həmin məbləği gənclər hələ də ödəməyib və verdikləri açıqlamalarda bəyan etmişdilər ki, bu pulu cərimə şəkilində büdcəyə ödəməkdənsə şəhid ailələrinin hesabına köçürməyə üstünlük verirlər.

Cərimələnənlərin vəkili Əshabəli Mustafayev isə verdiyi açıqlamada bildirib ki, hakimiyyət elə təsəvvür edirdi ki, 15 sutkalıq həbsləri yüksək məbləğli cərimələri tətbiq etmək fəal vətəndaş müqavimətini azalda bilər. Ancaq cərimələrin tətbiqindən sonra da, etiraz aksiyalarının keçirilməsi sübut etdi ki, hakimiyyətin bu addımı gözlədiyi nəticəni vermədi. Bununla belə hakimiyyət də cərimələrin kəsilməsi taktını yerində saxlayacaq, cərimələri ödəmıyənləri isə 15 sutkalıq həbsə məruz qoyacaq və bundan başqa həbs olunan ictimai fəalların qohumlarını işdən çıxartmaq, təzyiqlərə məruz qoymaq kimi mexanizmlərini işə salacaq.

İsmayıllının özündə isə həbslər davam edir və artıq bu həbsləri rayon polis idarəsinin rəis müavini Şöhrət Cəfərov kommersiyaya çevirib, belə ki, hətta aksiyada iştirak etməyən gənclərin evinə gəlib onları polisə aparırlar sonra da oların valideynlərindən 2000 və 2700 manat pul alıb gəncləri sərbəst buraxırlar.

Bakıda isə rejim Respublika Prokurorluğu vasitəsilə məsələyə başqa don geyindirib xalq üsyanını siyasiləşdirib, bu hadisələrdə günahkar kimi siyasətçiləri ittiham edir. Mətbuatdan siz də bilirsiniz ki, yanvarın 24-də bəlkə də 25-də Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu bir jurnalist kimi İsmayıllıda olub olaylarla bağlı peşə fəaliyyətini yerinə yetirib, REAL hərəkatının sədri İlqar Məmmədov da rayonda olub hadisələrlə yerində tanış olmaq istəyib.

Bu iki şəxsin İsmayıllıda olması fevralın 4-də prokurorluq üçün onlara qarşı ittiham sürməyə “əsas” vermiş oldu. Bu gün Nəsimi rayon məhkəməsi Tofiq Yaqublu haqqında CM-nin 233 və 315.2 maddələri ilə irəli sürülən ittihamlara baxaraq 2 aylıq həbs qəti imkan tədbiri seçib.

Bu şərh yazılan zaman elə həmin maddələrlə ittiham olunan REAL hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi gedirdi və hələ qərar çıxmamışdı, ancaq heç şübhəsiz ki, məhkəmə İlqar Məmmədov haqqında da iki aylıq həbs qəti imkan tədbiri seçəcək.

Təcrübə göstərir ki, həbs qəti imkan tədbiri seçilən siyasətçilər və ictimai fəallar tezliklə azadlığa çıxa bilmir. Düzdü 2003-cü ildən bəri bir dəfə istisna hal olmuşdu, ancaq bu sadəcə olaraq elə istisna hal oldu. Qalan bütün hallarda siyasi və ictimai fəalları həbs qəti imkan tədbirindən sonra məhbusluq həyatı yaşamalı olub.

Onu da nəzərə alsaq ki, Azərbaycan prezident seçkiləri ilindədir, həbs olunanlardan biri prezidentliyə namizədliyini irəlli sürmüş siyasətçinin müavini digəri isə potensial prezidentliyə namizəd ola biləcək siyasətçidir, onda bu həbslər hələ uzun sürər demək olar. Buna isə əfsuslanıram. Bu daha çox ehtimal olunan versiyadır. Ancaq ola da bilər ki, hakimiyyət məqsədli şəkildə prezident seçkiləri ilində müxalif qəhrəmanları düzəldir, bu isə o qədər də inandırıcı deyil çünki hakimiyyət həbs olunanlara ümid bağlaya bilməz, özü də bu qədər gərgin bir vəziyyətdə, etirazların bu qədər böyük olduğu bir halda.

Sözsüz ki, həm Tofiq Yaqublunun həm də İlqar Məmmədovun həbsi ictimailəşdiriləcək, beynəlxalq aləmdə səs salacaq, beynəlxalq təşkilatlar bu həbslərlə bağlı öz mövqeyini ortaya qoyacaq. Ola bilər İlqar Məmmədov seçkilərdə namizəd kimi iştirak edə bilməsin ancaq onların həbsləri və bu həbslərin ictimailəşdirilməsi İsmayıllı olayını həm daxildə həm də xaricdə gündəmdə saxlayacaq. Bundan başqa bu həbslərə qarşı etiraz aksiyaları da təşkil olunacağı istisna deyil. Bizsə həbs olunanlara azadlıq arzu edib Allaha ümid bağlayırıq.
Source : Islamtimes
Comment