0
Wednesday 13 February 2013 - 00:58

İndi yalançı başdadır

Story Code : 239253
İndi yalançı başdadır
İndi yalançı başdadır
Islam times.org/az/ - Ötən gün parlamentin növbəti iclasında maraqlı bir təklif irəli sürüldü və bu maraqlı təklif də maraqlı bir formada ləğv edildi. Parlamentin üzvü Rafael Cəbrayılovun təklifi ilə Azərbaycanda bizneslə məşğul olan deputat və məmurlar cinayət məsuliyyətinə cəlb ediləcək, bununla bağlı Cinayət Məcəlləsinə maddə əlavə olunacaqdı.

Amma Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında həmin təklif RƏDD edildi.

Fəqət eyni deputat keçən il aksiyalarda cərimələrin ağırlaşdırılması haqqında təklif vermişdi və həmin qanun da İlham Əliyev tərəfindən imzalanaraq qəbul olunmuşdu.


Xalqın əleyhinə olan qanunlar qəbul olunur amma xalqı talayan, sərvətini oğurlayanların cəzalandırılması ilə bağlı qanunlar rədd edilir. Adlarını da qoyublar millət vəkilləri.

Digər tərəfdən əgər bizneslə məğul olan məmurlar və deputatların cinayət məsuliyyətinə cəlb olunması məsələsi olsa, onda gərək nə parlamentdə, nə də hökumətdə bir nəfər də məmur qalmasın, hamısı Kürdəxanı təcridxanasında olsun. Həmdə bu barədə fikir yürütmək belə sadəlövlükdür. Axı Bakıda bir mənzili on nəfərə satan şirkətin arxasında millət vəkili durursa, nədən danışmaq olar. Nə edirlərsə özləri üçün edirlər xalqı düşünmürlər.

Dünya göz önündədir. Çox uzağa da getməyək, elə qonşu ölkələrdə iş adamları, biznesmenlər millət vəkili seçilir. Azərbaycanda isə deputat seçiləndən sonra öz şəxsi bizneslərini qururlar və yaxud da toxunulmazlıq hüququnu alıb bizneslərinə təkan verirlər və istəklərini edirlər.

Maraqlısı burdadır ki, dünən təklifi irəli sürən Rəfayıl Cəbrayılov belə öz təklifinə qarşı çıxıb. Adəti üzrə yuxarının təziqi öz nəticəsini yubatmadı. Bu da sitat:
“Müzakirələr zamanı deputatlar təklifə qarşı çıxıblar. Deputat Rəfayıl Cəbrayılov bildirib ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir.

Əgər o vəzifəsindən sui istifadə edirsə, bunun üçün inzibati məsuliyyət tətbiq etmək olar və həmin şəxs törətdiyi əmələ görə vəzifəsindən uzalqşdırıla bilər”
Hamıya məlumdur ki, deputat və ya məmur öz adı ilə bizneslə məşğul olmur ki, onları da cəzalandırmaq mümkün olsun.

Onlar qanuna görə müəssisə təsis edə bilərlər lakin hüquqi təmsilçilik əldə edə bilməzlər. İstənilən qohum və kənar şəxsi direktor təyin edirlər. Buna Bakının mərkəzindəki bahalı dükan və restoranları misal gətirmək olar.

Bu da o deməkdir ki, əgər bu yöndə islahatlar aparılmasa və ya bunun qarşısını alan hər hansı bir tədbir görülməsə heç bir dəyişiklik olmayacaq.

Əkəndə yox biçəndə yox, yeyəndə çox ustalaşır
Yığıb qohum tayfasın “haqqı deyənlər” dalaşır
Qarabağdan söz düşəndə milli məclis xırdalaşır
Sədarətdə köks ötürən piyli palançı başdadır
Doğru qalıb astanada indi yalançı başdadır
Source : Islamtimes
Comment