0
Sunday 17 February 2013 - 15:19

Mesaj verildi

Story Code : 240389
Mesaj verildi
Mesaj verildi
Islam times.org/az/ - Bizim siyasətçilər və ekspertlər şikayətlənir ki, seçki təbliğat və təşviqat kampaniyası üçün SM-dək vaxt çox məhduddur. Bununla mübahisə etmirəm, vaxt məhduddur deyə siyasətçilər elə indidən seçki kampaniyasını qeyri rəsmi başlayıblar deyəsən.

Onlar yaxşı anlayırlar ki, zaman məhdudiyyətindən başqa bir də qeyri demokratik bir şərait var ki,bu seçki kampaniyasının aparılması üçün xeyli müşkül yaradır. Ancaq Azərbaycanda əliyev rejiminin bu hakimiyyət illəri ərzində xalqda yaranan elə bir həddə gəlib çıxıb ki, hakimiyyət də, imitasiya xətrinə olsa da bəzi kosmetik dəyişikliklərə gedir.

Məsələn rayon icra hakimiyyətlərnin başçıları dəyişdirlir, müxtəlif qeyri siyasi təşkilatlar toplantı keçirib İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürür, televiziya kanallarının hamısı da ki, özü yerində gecə gündüz ancaq hakimiyyəti tərifləmklə məşğuldur. İki məqama çalışaq ki, bir qədər izahlı baxaq.

Birincisi rayon icra başçılarının məsələsinə. İsmayıllıda məlum üsyan olmasaydı Nizami Ələkbərov bu gün də öz vəzifsində qalcaqdı, öz çirkin əməlləri ilə hələ də məşğul olacaqdı və onun qohumları həmişəki kimi yenə də rayonu talan edib xalqı təhqir etməsini davam edəcəkdir.

Xalq etiraza qalxdı, məlum hadisələr oldu, bu etiraz isə çoxdan yığılıb qalan problemlərin nəticəsi idi. Bu o demək deyil ki, xalq yanvarın 23-nə qədər Nizami Ələkbərovdan şikayət etməyib, xeyir, əksinə elə bu rayonun keçmiş hakimi çox sayda şikayətləri həm prezidentə ünvanlayıb, həm də Respublika prokurorluğuna, anacaq uzun zaman keçməsinə baxmayaraq heç bir tədbir görülmürdü. Bunun da tək səbəbi onunla bağlı idi ki, ən yüksək səviyyədə məsələlərin araşdırılmasına razılıq verilmirdi, yəni İlham Əliyev xalqın şikayətinə baxmayaraq məmurları cəzaladırmırdı.

Ancaq sizin də blidiyiniz sonuncuu iclasda etdiyi çıxış üzrə prezident azğınlaşmış məmulara qarşı “cəza” tədbirləri görməyə başladı. Mən cəzanı ona görə dırnaq arasında yazdım ki, həm Nizami Ələkbərovun, həm də Asif Məmmədovun törətdikləri cinaytlərin cəzası yalnız vəzifədən uzaqlaşdırma olmamalıdır, bəzən isə vəzifədən gedənlərə daha yüksək vəzifə verilir. Bu adamlar vəzifədən getsələr də taladıqları ilə min ilə var dövlət içində yaşaya bilərlər hansı ki, onların əlində olanlar xalqdan oğurlanan sərvətdir.

Bununla belə prezident bu qərarları vermək istədiyi mesajı cəmiyyət açıq anladı, eyni zamanda imitasiya olduğuna da şübhə etmədi. İlham Əliyev mesajını yerli ictmaiyyət üçün yox xarici dünya üçün hesablayıb. Bunun da səbəbi ondadır ki, İlham Əliyev üçün Azərbaycanın içində dəstəyə ehtiyacı yoxdur, xalqın dəstəyinə də ehtiyacı yoxdur, ancaq onu bax bu cür imitasiya ilə ala bilir. Xarici aləm də məsələnin zahiri ilə batili ayıra bilir, digəl deyəcək bir sözü də yoxdur bunun qarşılığında.

İkinci məqam da budur ki, fikir verirsinizsə, İlham Əliyevin namizədliyini ilk qeyri siyasi təşkilatlar irəli sürüb. Burda da dünyaya verilən mesajın mənası budur ki, Azərbaycanda heç də hər şey müstəqil mətbuatın və müxalifətin iddi etdiyi kimi deyil.

Qeyri siyasi təşklatlar, biri Həmkarlar ittifaqları konfederasiyası digəri isə Ağsaqqallar Şurası olmaqla xalqın səsini ifadə edən iki təşkilat İlham Əliyevin namizədliyini irəli sürüb. Əlbəttə bu gün hamıya məlumdur ki, Səttar Mehpalıyevin və Fəttah Heydərovun rəhbərlik etdiyi birlik durub müstəqil və ya müxalif bir şəxsin namizədliyini irəli sürməyəcək, ancaq mesaj artıq verildi.
Source : Islamtimes
Comment