0
Saturday 23 February 2013 - 07:04

Toxun Acdan Nə Xəbəri var

Story Code : 241786
Toxun Acdan Nə Xəbəri var
Toxun Acdan Nə Xəbəri var
Islam times.org/az/ - Günü gündən inkişaf edən çiçəklənən Azərbaycanımızda nədənsə xalqda bu inkişafı görmək olmur.Çünki,bu xalq məzlum xalqdır tarixən xalqımız hər zaman zülmlərə məruz qalmış,əzilmişdir.

Azərbaycan haqqında həttdə Peyğəmbərimizdəndə hədis var ki,Azərbaycan qiyamətə yaxın yadellilərin hücumlarına məruz qalacaq və dağıdılacaq.Amma bu gün bu belə deyil yadelilərin hücumuna ehtiyac yoxdur çünki,öz içimizdə erməni qanı daşıyan məmurlarımız var.Hər gün televiziyada yayımlanan video çarxlarda saxta iqtidar reklam olunur,yalandan seçki qabağıdır deye İlham Əliyev xalqın etimadını qazanmaq üçün yeniden yalana əl atdı və özünə oxşar məmurları başına toplayaraq iclas keçirdir guyaki xalqının qeydinə qalır sual verən yoxdur ki, sən bu 4 ildə hardaydın ki.məmur özbaşınalığını görmürdün ki?

İsmayıllı və gənclərin Bakı aksiyaları dindarların Hicab qadağasına qarşı keçirtdiyi aksiyalar prezidenti vadar etdi ki. bəzi məmur dəyişikliyi etsin amma nədənsə heç bir naziri belə dəyişmədi. Sadəcə görür və göz yumursan çünki, qorxursan cənab prezident nazirlərdən və onların xeyrinə işlər görürsən.Xalqı nəqədər əzsən qorxutsan bir o qədər səndən asılı vəziyyətə düşər.

Azərbaycanda hal hazırda hər gün yoxsulluğun səviyyəsi durmadan artır səbəb xalqa məxsus təbii sərvətlər çirkli yollarla mənimsənilir.Küveytdə və başqa neftlə zəngin ölkələrdə xalqın güzəranı əladır elə götürə Küveyti burda hər doğulan uşaq üçün 20 minə yaxın dinar həmin uşağın hesabına banka yatırılır və 18 yaşına qədər hər ay faiz gəlir buda hər doğulan uşağın öz gələcəyini qurmağa imkan yaradır.

Bizim ölkədə isə bir zamanlar uşaq pulu verilirdi onuda xalqdan əsirgədilər.İndi doğulan uşağa 83 manat pul verilir süd pulu kimi.Bu ondan xəbər verirki xalqımızın qanını içən iqtidar hər vəchlə çalışır ki,bu xalq inkişaf etməsin.

Məmurların aldığı maaşla sürdüyü maşının,geyindiyi paltarın,əyləncə mərkəzlərində övladlarının xərclədiyi pullar heç üst üstə düşmür.Məmur balası bir gecə əylənmək üçün xərclədiyi pulu kasıb məzlum xalqımızın aylıq gəlirlərini 1 il toplasa yenədə ödəyə bilməz.Sadə bir misal Ziya Məmmədovun oğlunun yediyi ayının qiyməti nə az nə çox 1 mln manat dəyərində hesablanır.Bu pulları hardan əldə edirlər əlbbətdə xalqın beytülmalını mənimsəməklə.

Necə ki, Müaviyə xalqa zülm etdi sonra oğlu Yəzid həmin siyasəti davam etdirdi bu gün bu cürə hallar Azərbaycanda təkrarlanır.İlham Əliyevin Yəziddən heç bir fərqi yoxdur Yəziddə şərabxor meymun oynadan idi İlham Əliyevdə qumarbaz,əyləncəni sevən və s. Belə olmasından yazmağımda əsas budur ki, 2012 EUROVİZİON Bakı yarışmasına xərclənən pullar.hər bir şəhərdə keçirilən bayram konsertlərinə xərclənən pullar bunu deməyə əsas verir. Oyan oyan Azərbaycan. 1 gün azad yaşamaq 40 il boyunduruq altında yaşamaqdan üstündür.
Azadlıq deyə hayqıraq səs salaq dünyaya axı biz hər zaman zalimlərə qarşı mübarizə aparan xalq olmuşuq bu gün bizə nə olub ki,susuruq və hər bir zülmə göz yumuruq.
Source : Islamtimes
Comment