0
Sunday 14 April 2013 - 22:29

Azərbaycanlı diktatorlar ABŞ-a gedə biləcək

Story Code : 254186
Azərbaycanlı diktatorlar ABŞ-a gedə biləcək
Azərbaycanlı diktatorlar ABŞ-a gedə biləcək
Islam times.org/az/ - Beynəlxalq münasibətlərdən danışarkən bu günlərdə ABŞ və Rusiya arasındakı siyahı qalmaqalı ən çox müzakirə olunan mövzuya çevrilib.

Aprelin 13-də ABŞ Maqnitski qanunu ilə ABŞ-ın sanksiyalarına məruz qalan rusiyalı vəzifəli şəxslərin siyahısını açıqladı. Siyahıda Maqnitskinin ölümündə həqiqətən əli ola biləcək adamların adları var, ancaq nədənsə orda Vladimir Putinin adı yoxdur, buna ona görə deyirəm ki, Konqresdə təkliflə çıxış edən senatorlar bu məsələdə ən çox elə Putinin özünü günahlandırırdılar.

Nəsə, bunu məlumat olaraq yazdım, yazımın əsas bəhsi isə budur ki, Azərbaycanda da müxalif siyasətçilər, ekspertlər və bəzi jurnalistlər Azərbaycana qarşı da belə bir siyahının tətbiq olunması üçün ABŞ-ın tədbir görməsi mümkünlüyünü iddia edir. Hətta bu gün mətbuatın verdiyi xəbərə görə Naxçıvan MR-nın rəhbəri, böyük diktator, Vasif Talıbov da ABŞ-ın qəzəbinə tuş gəldiyi bildirilir.

Bir qədər araşdırmadan sonra məlum oldu ki, bu yanlış xəbərdir, hələlik ABŞ Azərbaycana qarşı hər hansı bir Maqnitski tipli qərarla və sihaı ilə çıxış etməyib və etmək fikrində də deyil.
Source : Islamtimes
Comment