0
Wednesday 29 May 2013 - 13:41

Stəkanda fırtına

Story Code : 268685
Stəkanda fırtına
Stəkanda fırtına
www.Islam times.org/az/ - Bu günlərdə mətbuatda yayılan xəbərlərin birində deyilir ki, guya Allahşükür Paşazadə İranda təhqir olunub, təhqiri də edən İrandakı internet saytlarından biri olub.

Düşündüm ki, azərbaycanlıları söyüş söydüyünü və təhqir etdiklərini oxumuşam, ancaq iranlılar necə təhqir edir ona da bir baxım.

Xəbəri oxuyandan sonra anladım ki, heç kim şeyxi təhqir etməyib, sadəcə olaraq şeyxin adını yazan zaman hərf səhvi olub və jurnalist çox yerinə düşən, açıq, haqlı və vacib sual verir. Hərf səhvlərinə gəldikdə demək olar ki, bu Azərbaycan mətbuatında hər gün baş verir, adı hərf səhvi ilə yazılan adamlar arasında istər siyasətçilər, vəzifəli adamlar, alimlər və prezident də ola bilər.

Bir də həmin yazının müəllifi olan jurnalist şeyxdən soruşur ki, hicabın qadağasına, İslamın və müqəddəslərin təhqir olunmasına etiraz edən və həbsə atılıb orda min bir işgəncə ilə qarşılaşan möminləri Allahşükür Paşazadə ifratçı sayır?

Elə bu qədər, burdan da görünür ki, heç kim şeyxi təhqir etməyib, lap yerinə düşən sualı ona ünvanlayıblar. Bunu isə yerli və araqızışdıran mətbuatımız, bundan ona, ondan buna söz aparan, min bir fikir yazan, min bir yerə işləyən jurnalistlərimiz şeyx haqqındakı yazını “şişirtmək”də israfçılığa yol veriblər, mən anlayıram ki, Azərbaycanda jurnalistlərin bir yox, min cəbhəyə işləməsi, min cür təzadlı şeylər yazması normal qəbul olunur, ancaq stəkanda fırtına yaratmaq istəyi ilə də bir nəticə əldə etmək olmaz.

Onu da qeyd edim ki, İranda hamının azadlıqları olduğu kimi jurnalistlərin də azadlığı, müstəqilliyi var, şeyx İranda nə qədər də yaxşı qarşılansa belə, iranlı jurnalistlərin açıq və haqlı sual vermələrini heç kim yasaq etməyib.

Bu arada onu da qeyd etmək lazımdır ki, şeyx İrandan dönəndən sonra yenə gündəmə xaricdə dini təhsil mövzusu gəlib, əvvəlki kimi yenə də Dini işlər üzrə dövlət Komitəsi belə hesab edir ki, xaricdə dini təhsil alan adamları heç bir dövlət qulluğuna yaxın buraxmaq olmaz, ola bilər ki, gələcəkdə də digər sahələrdə bu məhdudiyyət tətbiq olunsun. Əslində bu özü geniş bir mövzudur, ancaq hadisələrin inkişafına baxıb gələcəkdə məsələyə şərh verilə bilər.
Source : Islamtimes
Comment