0
Friday 7 June 2013 - 00:43

Sionistlər Əl-Qəsir şəhərinin azad olunmasından təşvişə düşüb

Story Code : 271269
Sionistlər Əl-Qəsir şəhərinin azad olunmasından təşvişə düşüb
Strateji şəhərlərdən sayılan Əl-Qəsir şəhərinin terroristlərin əlindən azad olunması İsrail rejimini təşvişə salıb. Sionistlərə məxsus sayt və qəzetlər uyğun mövzu ilə bağlı mövqelərini sərgiləyib və Suriya ordusunun Əl-Qəsir şəhərindəki qələbəsini xarici dövlətlərin Suriyaya vaxtında hücum etməməsi ilə əlaqələndirib.
 
İsrailin hərb naziri Muşe Yaalon ötən bazar ertəsi günü Knessetdə çıxış edərək iddia etdi ki, Dəməşqin dörddə üçü suriyalı inqilabçıların əlindədir. Yaalonun uyğun çıxışı zamanı Suriya ordusu Dəməşqin əksər hissələrinə nəzarət edirdi və silahlı terroristləri Dəməşqdən sıxışdıraraq çıxarmışdı.
 
İsrail təhlükəsizlik xidmətinə yaxınlığı ilə tanınan “Debka File” internet saytı ordunun ali rütbəli üzvlərindən birinə istinadən yazır: Demək olar ki, Dəməşq həngaməsi artıq sonuclanıb və Bəşar Əsəd ordusu bütün bu məntəqəyə nəzarəti ələ alıb. Sayt yazıb ki, Dəməşqə bütün giriş və çıxış yolları Suriya ordusunun əlindədir. Suriya ordusu Dəməşqin şərqindən qərbinədək, Əzzebdani, həmçinin Suriya-İordaniya sərhəddinədək bütün əraziləri terroristlərdən təmizləyir.
 
Debka saytı Yaalonun malumatlarını zəif adlandırıb və yazıb ki, İsrail ordusu bu qeyri-dəqiq məlumatlar əsasında qərar çıxarır.
 
İsrailin ikinci kanalı da Əl-Qəsir şəhərinin Suriya ordusunun əlinə keçməsini silahlı müxalifət üçün sarsıdıcı zərbə adlandırıb. Kanal bildirib ki, bu şəhər müxaliflər üçün təyinedici rola malik idi.
 
Saytın verdiyi malumata əsasən Suriya ordusu yeni taktiki gedişlərə başlayıb ki, xarici qüvvələrin müdaxiləsi olmasa bu gedişlərlə terroristlərin bütün hücumları asanlıqla dəf olunacaq.
 
İsrailin “Maariv” qəzeti də bu ölkənin Bəşar Əsəd rejiminin aşırılmasına dəstək verdiyini bildirərək iddia edib ki, sionist rejim istəklərinə baxmayaraq bu zəmində heç bir fəalliyyət göstərməyib.
 
Bəzi xarici mənbələr bu qəzetə bildirblər ki, İsrail Tehran, Dəməşq və Livan Hizbullahı arasındakı rabitəni qırmaqla öz mənafeini təmin etmək istəyir.
 
“Yediot Aharnot” xəbər agentliyi bu mövzu ilə bağlı yazıb ki, Əl-Qəsir şəhəri mərkəzi nöqtələrdən birinə çevrilib və bu şəhərin taleyi Suriyadakı müharibəyə ciddi təsir göstərəcək. Qəzet iddia edib ki, Hizbullah döyüşçüləri ilk dəfə olaraq məntəqədə Suriyanın tanklarından geniş şəkildə istifadə edib.
 
Sionist rejimin birinci kanalı da iddia edib ki, əgər Livan Hizbullahı Əl-Qəsir şəhərindəki qarşıdurmalarda iştirak etməsəydi Suriya bu şəhərin taleyini həll edə bilməzdi. Kanal əlavə edib ki, Suriyanın Əl-Qəsir şəhərindəki hərbi və mənəvi qələbəsi ordu üçün bir simvola çevriləcək. 
 
Sionist rejimin kinci kanalı da Suriya ordusunun bu qələbəsini Bəşar Əsəd üçün böyük bir uğur, silahlı müxalifət üçün isə biabırçılıq adlandırıb. 
Comment