0
Thursday 13 June 2013 - 08:03

Sanksiyalardan informasiya texnologiyalarına qədər

Story Code : 273020
Sanksiyalardan informasiya texnologiyalarına qədər
5+1-in İranla müzakirələrində ABŞ təmsilçisinin İrana qarşı sanksiyalarda informasiya texnologiyalarına yönəli məhdudiyyətlərin aradan qaldırılması düşündürücüdür. Ağ Ev ölkə daxilində və xaricdə ictimai fikirə təsir göstərmək üçün bütün vasitələrə əl atır. İranın nüvə proqramı sanksiyaların əsas səbəbi kimi göstərilir. ABŞ xarici işlər nazirinin müavini farsca BBC-yə müsahibəsində kompyuter avadanlıqları və mobil telefonlar üzərindən sanksiyaların götürüləcəyini bildirib. Onun sözlərinə görə məqsəd xalqın informasiya vasitələrindən istifadədə məhdudiyyətlərlə üzləşməməsidir. ABŞ-ın bütün addımları İrana qarşı olduğundan bu addım barədə də düşünməyə dəyər. Şübhəsiz bu qərarın səbəbləri var. Nə üçün məhz bu sahədə sanksiyalar aradan qaldırılmalıdır?
 
1. Bu xəbər doğrudurmu?
 
ABŞ xarici işlər naziri müavininin bu bəyanatı nə dərəcədə həqiqətə uyğundur? Bəziləri informasiya vasitələrinə yönəli qadağaları tənqid edərək verilmiş bəyanatı əhəmiyyətsiz sayırlar. Onların nəzərincə Ağ Ev öz yalanları ilə İran xalqının diqqətini cəlb edib, onları müəyyən namizədə səs verməyə sövq etmək istəyir. Əslində mobil telefonlar və kompyuter avadanlıqları, eləcə də dərman preparatlarının İrana gətirilməsi heç vaxt qadağan edilməyib. Bu bəyanatlar bir oyundur. Sanksiyaların əsasını banklararası əməliyyatlar təşkil edir. Bu isə bütün sahələrə öz təsirini göstərir. Sanksiyalar tarixinə nəzər saldıqda görürük ki, Ağ Ev 20 ilə yaxındır İrana elektron cihazların, kompyuter avadanlıqlarının, mobil telefonların, internet avadanlıqlarının satışını qadağan edib. Bu sahədə müxtəlif şirkətlərlə amansız davranılıb. Beləcə dolayı da olsa, banklara qoyulan sanksiya, haqqında danışılan sahəyə də öz mənfi təsirini göstərib. 
 
2. Sanksiyaların ləğvi siyasəti
 
Telefon və kompyuter avadanlıqlarına sanksiyaların ləğvindən bir neçə gün öncə ABŞ nümayəndələr məclisi İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi. Bununla bir daha göstərmək istədilər ki, İrana qarşı sanksiyaları gücləndirməklə nüvə proqramını əngəlləyəcəklər. 
 
İnformasiya vasitələrinə sanksiyaların ləğvi göstərdi ki, xarici siyasətdə milli mənafelər önəm kəsb edir. Şübhəsiz ki, sanksiyalar Amerikanın özünün iqtisadiyyatına böyük zərbədir. Məhz bu sahədə sanksiyanın ləğvi gənc nəslə qarşı siyasətin tərkib hissəsidir. ABŞ rəsmiləri İran gəncliyinin düşüncəsini dəyişməklə ölkədə üsul-idarəni dəyişməyə ümid edirlər. Demək sanksiyaların ləğvində xeyir məqsəd yoxdur. Bu addım ABŞ-ın milli mənafelərinə yönəlib. ABŞ xarici işlər nazirliyinin məsullarından biri Blumbergə deyib ki, sanksiyanın ləğvində məqsəd iranlıların qarşısındakı informasiya məhdudiyyətini aradan qaldırmaqdır. Bu elə bir zamanda baş verir ki, Ağ Ev İran xalqına qarşı xeyirxah münasibətdə olduğunu sübuta yetirmək istəyir. Digər tərəfdən İran xalqının taleyində aparıcı rol oynayan nüvə proqramına qarşı çıxır. Yaxşı olardı ki, Ağ Ev qida məhsullarına yönəli sanksiyaları ləğv edəydi. Son sanksiyalardan danışan diplomat bildirib ki, Ağ Ev qida məhsulları və dərman preparatları üzərindən də sanksiyaları götürmək fikrindədir. Hamı bilir ki, qida məhsulları və tibb avadanlığı xalqın ilkin ehtiyacıdır. Bu sahədə sanksiyaların qüvvədə qalması ABŞ-ın kimliyini təsdiqləyir. Amma Ağ Evin bu addımı onun özünə qarşı yönələ bilər. İnformasiya avadanlıqlarına daha geniş şəkildə sahib olanlar ABŞ gerçəkliyi ilə tanış ola bilər. Bu isə Ağ Evin xeyrinə deyil. Ağ Ev təmsilçisi sanksiyanın ləğvində əsas səbəb kimi iranlıların dünya ilə daha yaxından tanış olmasını göstərir. Aydın məsələdir ki, ABŞ bütün vasitələrlə İranı nüvə proqramına görə ittiham etməyə çalışır. Onların nəzərincə hazırkı vəziyyətə görə İran rəsmiləri müqəssirdir. Hansı ki, İrana qarşı sanksiyalar təkcə nüvə proqramına qarşı yönəlməyib, daha çox İran xalqına problem yaradır.
 
3. Sanksiyanın ləğvi səbəbi
 
Müasir dünyada informasiya texnologiyaları geniş yer turur. Bu sahədə inkişaf qloballaşmaya da kömək edir. Uzun illər liberal-demokratiyanın aparıcısı kimi çıxış edən ABŞ millətlərlə rabitə qurub öz düşüncə tərzini onlara hakim etmək istəyir. Bu arada infomasiya vasitələrinin rolu müstəsnadır. Bu sahədə hansısa xalqa qarşı qadağalar Ağ Ev üçün strateji səhvdir. 
 
Sanksiyanın ləğvindən bu da aydın olur ki, ABŞ web dünyada hakimiyyətini gücləndirməyə çalışır. İran xalqının dünya ilə rabitəyə qatılmaması Ağ Evin özü üçün problem yaradır. Ağ Ev uyğun sanksiyanı ləğv etməklə İranın ideoloji mühitinə təsirini artırmaq istəyir. Sadəcə şüarlarla İran xalqına təsir etmək mümkünsüzdür. Çünki onların şüarları bu xalqa yaddır. 
 
4. Sanksiyaların ləğvi ilə müstəmləkəçiliyin əlaqəsi
 
Web dünyaya hakimiyyət real hakimiyyətlə əlaqəlidir. Bütün məmləkətlər bu iki sahədə inkişafa çalışmalıdır. Maddi gücün artması ilə mənəvi güc artmazsa cəmiyyətdə problemlər yaranar. Mənəvi inkişaf informasiya vasitələrinə daha çox ehtiyaclıdır. Mənəvi dəyərlər, mədəniyyətlər məhz bu vasitələrlə yayılır. Beləcə iki hakimiyyət arasında sıx rabitə var.
 
Bir ölkə haqqında müsbət imic formalaşdırmaq, ictimai fikir yaratmaq həmin dövlətin uğurudur. Şübhəsiz ki, infomasiya vasitələri bu sahədə əhəmiyyətli rol oynayır. Cozef Nay bildirir ki, XXI əsrdə mədəniyyət sahəsində uğur qazanmadan maddiyyat sahəsinə hakim olmaq mümkünsüzdür. Qələbə təkcə ordu vasitəsi ilə qazanılmır.
 
İranda ötən seçkilərdən sonra ABŞ web sahəsində İrana hakim olmağa çalışdı. İrana qarşı kiber hücumlar, internet üzərində nəzarət bu istiqamətdə atılan addımlardır. Amma informasiya vasitələri üzərində sanksiya bu işə mane olurdu. Sanksiyaların ləğvində əsas məqsədlərdən biri budur.
 
5. Ağ Evin mənafeləri
 
İran və İraqa silah satışını qadağan edən 1992-ci il qətnaməsinə görə ABŞ prezidenti milli mənafeləri nəzərə alıb bəzi sanksiyalara yenidən baxa bilər. Demək sanksiya milli mənafeyə ziddi olduqda ləğv edilə bilər. Sual olunur ki, ləğv olunan sanksiyaların ABŞ-ın milli mənafeinə zərəri nə idi? Cavab budur ki, ABŞ üç istiqamətdə sanksiyadan zərər görürdü: Siyasi sahədə, kəşfiyyat sahəsində və iqtisadiyyatda.
 
Sanksiyaların ləğvi xəbəri seçkilər öncəsi yayıldı. Bu iki mövzu arasında əlaqə var. Ağ Ev xalqın diqqətini ona münasib namizədə yönəltmək istəyir. 
 
Sanksiyanın birtərəfli qaydada ləğvi Ağ Evə bir sıra faydalar vəd edir. Ən böyük fayda İranda seçkilər sahəsində gözlənilir. 
 
Digər tərəfdən bu xəbəri ABŞ-ın 5+1-dəki nümayəndəsinin elan etməsi maraqlıdır. Ağ Ev hər vasitə ilə ictimai fikirə təsir göstərmək istəyir. Onlar sanksiyaların nüvə proqramı ilə bağlı olduğunu sübut etmək məqsədini güdürlər. 
 
ABŞ uzun illərdir İranda Qərbyönlü insanları cəzb etməyə çalışır. Bu insanlar vasitəsi ilə internet məkanına nəzarət etmək nəzərdə tutulur. Sanksiyaların ləğvi birinci addımdır. Unutmayaq ki, sanksiyanın ləğvi ABŞ-dakı iranlıların milli şurası tərəfindən təklif edilmişdir. Ağ Ev uzun illərdir. İranın informasiya məkanına nüfuz etmək istəyir. Bu sahədə böyük maneələr mövcuddur. Sanksiyaların ləğvi maneələrin aradan qaldırılmasına ümid yaradır. Amerikanın tarixi göstərir ki, bu ölkə daim başqa ölkələrin dövlət sirlərini əldə etməklə məşğul olub. İnformasiya vasitələrinin inkişafı bu sahədə Ağ Evə yardımçıdır. 
Sanksiyanın ləğvi ABŞ-a iqtisadi mənfəət də gətirəcək. Amma bu elə də böyük məbləğ deyil. Demək Ağ Evin məqsədi maddi mənfəət yox, siyasi nüfuzu artırmaqdır.
 
Ağ Evin İrana qarşı düşmən siyasətləri hər gün güclənir. Sanksiyaların gücləndirildiyi bir şəraitdə uyğun sanksiyanın ləğvi həmişəki siyasətin davamıdır. İran xalqının xeyrinə heç bir sanksiyanın ləğv olunmaması Ağ Evin əsl simasını göstərir. Son sanksiya ləğvinin əsas məqsədi seçkilərə təsir göstərmək, İran dövlətini nüvə proqramında təqsirkar göstərmək, İran informasiya məkanına daxil olmaq, liberal demokratiyanın təbliğidir. Bir sözlə sanksiyaların ləğvində heç bir xeyirxahlıq dayanmır.
Comment