0
Tuesday 25 June 2013 - 01:29

Komitə imitasiya ilə məşğuldur

Story Code : 276468
Komitə imitasiya ilə məşğuldur
Islam times.org/az/ - Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Quba rayonunda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilir.

Konfransın məqsədi yerli dini icmalarla dövlət qurumları və təmsilçiləri, o cümlədən dinlərarası və konfessiyalar arası münasibətlərin real vəziyyəti müzakirə olunmalı idi. Ancaq hər şey başqa cür oldu.

Birincisi, qeyd etmək lazımdır ki, Dövlət Komitəsinin belə bir konfrans üçün Quba rayonunu seçməsi təsadüfi deyil, Qubadan başqa Azərbaycanın onlarla rayonu var, şimal bölgəsinin mərkəzidir deyə bu rayonun seçilməsi də hələ hər şey demək deyil, çünki son zamanlar Qubadan bu mövzuda narahatedici siqnallar gəlmir, əksinə belə xəbərlər Zaqatala və Balakəndən daha çox gəlir.

Sadəcə mətbuatı izləməklə biz görə bilərik ki, radikal sələfilərin şimal bölgəsində ayaq tutub yeridiyi mərkəzlər Zaqatala və Balakən rayonlarındadır, son iki ildə bu rayonlar da bir neçə dəfə vəhhabilərlə silahlı qarşıdurmalar belə baş verib, sözsüz ki, silahlı qarşıdurmalar da dövlət təmsilçiləri ilə silahlı vəhhabilər arasında baş verib.

Bu rayonlarda həyacan hələ də qalmaqdadır və radikal sələfi icmalarının güclənməsi, inkişaf etməsi, şimal regionunda elə bu rayonlarda müşahidə edilir. Onda hansı səbəbdən Elşad İsgəndərov konfransı Qubada keçirib?

Bəlkə sələfilərdən qorxur deyə Zaqatalaya getmir, vəyaxud bəlkə Dövlət Komitəsi üçün sələfilərin ölkədə at oynatması narahatedici tendensiya sayılmır? Bu sualların cavabını buraxırıq elə Elşad İsgəndərovun öz öhdəsinə.

İkincisi, hamı yaxşı bilir ki, Qubada daha çox şiə müsəlmanları fəaldır, baxmayaraq ki, rayonun kəndlərində sünni təriqətinin nümayəndələri çoxluq təşkil edir, ancaq rayonun özündə şiələr daha fəal və
nüfuzludur. Belə çıxır ki, Dövlət Komitəsini də narahat edən məhz bu amildir.

Hakimiyyətin dərdi şiələrin inkişafı və fəal olmasıdır, onların quru nəfəsi belə hakimiyyət üçün təhlükə kimi qəbul edilir, ancaq sələfilər əllərinə silah alıb dövlətə qarşı qalxsalar da vəhhabilərə qarşı bir güzəştli mövqe nümayiş etdirilir.

Üçüncüsü, deputatlar və bir sıra rəsmi şəxslərin də iştirak etdiyi Konfransda şiə müsəlmanlarının nümayəndələri qatılsa da aparılan müzakirələrdə Qubanın fəal və nüfuzlu şiə liderləri, söz sahibi olan ruhaniləri tədbirə dəvət almayıb. Nə üçün?
Bu sualında cavabını buraxaq Elşad İsgəndərovun vicdanının öhdəsinə.

Dördüncüsü, bir halda ki, dövlət və din arasında münasibətlər müzakirə olunur, onda nə üçün orda müsəlmaları narahat edən ən vacib məsələlər konfransda qaldırılmayıb?
Bunların ən vacib olanı iki məsələdir: birincisi, orta məktəblərdə qeyri qanuni hicab qadağasının aradan qaldırılması, ikincisi də hicaba azadlıq tələb edən dindarların həbsə atılması. Yerigəlmişkən onu da qeyd edim ki, hicaba azadlıq tələb edənlərin lideri və yaxın ətarfı da elə əslən qubalıdır, söhbət hacı Mövsüm Səmədovdan gedir.

Bəlkə də elə konfrans zalında olanlardan kimsə rəsmi şəxslərə hicabla qadağası ilə bağlı müraciət edib, onun müzakirə olunmasını təklif edib, ancaq Elşad İsgəndərov əliyev rejiminin digər rəsmiləri kimi bu məsələdə “Azərbaycanda hicab problemi yoxdur” deyib müraciət edənin ağzından “vurub”.

Onda belə çıxır ki, konfrans öz məqsədlərinə nəinki çatıb, hətta buna cəhd edənləri belə susdurub. Sonra da sual yaranır ki, konfransın məqsədinə çatmağa mane yaradacığı halda təşkilatçı kimi Elşad İsgəndərovun bu şousu kimə və nəyə lazım? Bu sualın cavabını isə Elşad İsgəndərovun öhdəsinə buraxmayacağıq, özümüz cavablandıracağıq, özü də Komitə sədri bu suala heç səmimi cavab da verməyəcək. Cavab isə sadədir, əliyev rejiminin bütün qurumları və təmsilçiləri kimi Elşad İsgəndərov da imitsiya ilə məşğuldur.
Source : Islamtimes
Related Stories
Comment