0
Wednesday 22 May 2024 - 13:46

İşğalçı İsrail dünyada təklənir!

Story Code : 1136778
İşğalçı İsrail dünyada təklənir!
“Ynet” portalı xəbər verib ki, işğalçı İsrail rejiminin xarici işlər naziri İsrael Kats bu ölkənin İspaniyadakı səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına göstəriş verib.

Sionist rejimin bu qərarı İspaniyanın baş naziri Pedro Sançesin mayın 28-də krallığın Fələstinin dövlətçiliyini tanımaq niyyətində olduğunu bəyan etməsindən sonra baş verib.

İşğalçı İsrailin xarici işlər naziri bəzi ölkələrin Fələstini tanımaq qərarı fonunda İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr bəhanəsi ilə dərhal geri çağırılması barədə göstəriş verib.

Qeyd edək ki, İrlandiya dövlətinin də bu gün Fələstin dövlətini tanıayacağı bildirilir.
Comment