0
Wednesday 24 July 2013 - 15:30

Bayram sürprizi?

Story Code : 286600
Bayram sürprizi?
Bayram sürprizi?
Islam times.org/az/ - Ötən gün hicab məhbusu, AİP sədri, hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlı mətbuata verdiyi açıqlamada qeyd edib ki, 3 aydan sonra nəhayət ki, hacı ilə görüşməyə icazə ala bilib.

Sən demə hakimiyyət hacı Mövsümə həbsxanada əlamətdar günlərdə məxsusi sürprizlər bəxş edir, vəkilini dediyinə görə Heydər Əliyevin ad günündə 5, Silahlı Qüvvələr günündə isə 7 sutkalıq hacı karsa salınıb, səbəbsiz, filansız, elə belə, hakimiyyətin əyləncəsi xatirinə.

Belə çıxır ki, əliyev rejimi hicab məhbuslarına zülm vermək üçün fikirləşdiyi üsullardan biri də budur ki, əlamətdar günlərdə dindarı karsa salsın, qabaqdan hələ bir çox bayramlar, əlamətdar günlər gəlir, düşündükcə sual verirsən ki, Ramazan, Qurbanlıq bayramında hacını nə gözləyir?

Bundan da vacib sual budur ki, hacı Mövsüm və digər dindar məhbuslar bu zülmü çəkərkən niyə dünya dağılmır?
Source : Islamtimes
Comment