0
Thursday 25 July 2013 - 18:53

İftara kimlər gəlib?

Azərbaycanda büdcəni, xalqı talan etmək hakimiyyətin müqəddəs işidir
Story Code : 286832
İftara kimlər gəlib?
İftara kimlər gəlib?
Islam times.org/az/ - Dünən bir xəbər mətbuatda yayılsa da o qədər də çox reaksiya ala bilmədi, məlumata görə deputat Etibar Hüseynov paylaşdığı statusda QMİ sədri Allahşükür Paşazadənin biabrçılığını ifşa edib.

Birinci onu qeyd edim ki, Etibar Hüseynov deputat olana qədər əliyev rejiminə xidmət edən, yaltaq bir jurnalist olub, deputat seçildikdən sonra da yenə də hakimiyyətin piyadası olmağa qərar verdi.

Paylaşdığı statusda Etibar Hüseynov yazır ki, Şeyx verdiyi iftar süfrəsinə dəvət etdiyi qonaqlar arasında 5-6 deputat var ki, onlar il boyu pivə içir, yetim malı yeyir, ancaq imkanlı olduqları üçün Allahşükür Paşazadə onları qonaq dəvət edir.

Əgər belə bir statusu dindar demirəm, hansısa bir müstəqil jurnalist, ya ictimai fəal yazsaydı hakimiyyət dərhal deyəcəkdir ki, bu həqiqət deyil. Hansı ki, burda çətin bir şey yoxdur, hər gün çıxın şəhərin bir neçə məlum restoranına və PUB-na görəcəksiniz ki, Mübariz Qurbanlı, Si
avuş Novruz, Əli Əhmədov, Ziyafət Əsgərov, Valeh Ələsgərov və Hadı Rəcəbli pivələrindən qalmırlar, istər orucluq olsun, istərsə də məhərrəmlik bu deputatlar pivələrindən qalmaz. Hadı Rəcəbli yetim malı yemək üzrə böyük mütəxəssisdir, bunu elə belə yazmıram, siz bilirsiniz ki, Azərbaycanda büdcəni, xalqı talan etmək hakimiyyətin müqəddəs işidir, rəsmi adamlar büdcəni gecə gündüz talan edir, nəbilim hansısa bir nəqliyyat idarəsinin vəsaitlərini mənimsəyir, biri də var Hadı Rəcəbli kimi məxsusən yetimlərə çatan büdcə pulunu talan edir, bu ayrı kateqoriyadır, bu barədə bilməyən yoxdur, hamı bilirsə Şeyxdə bilir, bilməyə borcudu da. Ancaq bu hamısı deyil, Etibar Hüseynov yazır ki, qonaq çağrılan 5-6 deputat şərabxor və yetim malı yeyəndir, Şeyxin qnaqları arasında deputat olmayan, şərab içən, bəlkə də qan içən, yetim malı yeyən xeyli məmur da olub.

Bütün onların kimliyindən Şeyxin yaxşı xəbəri var, ancaq iftara də elə onlar dəvət olunur, çünki onlar hakimiyyətdə təmsil olunan pullu, imkanlı, səlahiyyətli adamlardır, bu cür adamlar və onların ətrafı üçün hər şey olduğu kimi din də çoxdan alətə çevrilib.
Source : Islamtimes
Related Stories
Comment