0
Friday 26 July 2013 - 22:54

Kim kimdir?

Story Code : 287196
Kim kimdir?
Kim kimdir?
Islam times.org/az/ - İki gündür ölkə mətbuatında və sosial şəbəkələrdə Sumqayıtın "Cümə" məscidindəki tədbirdə səslənən fikirlərlə bağlı müzakirələr davam edir, mahiyyət olaraq bu məsələ barədə portalımız əvvəlki zamanlarda bəhs etmişdi.

Cümə məscidində keçirilən tədbirdə, Sumqayıt icra başçısı Eldar Əzizov da iştirak edib, məscidin axundu və icması da. Bəlkə qəribə görünəcək, ancaq çıxışı zamanı Eldar Əzizov müxalifətə qarşı daha liberal olub, ümumiyyətlə müxalifətin ünvanına hər hansı bir fikir səsləndirməyib, elə analoqu olmayan inkişafdan filandan danışıb, ancaq məscidin icmasından çıxış edən iki nəfər dini, imanı bir kənara qoyub siyasətdən danışmağa başlayıblar, bu bir yana qalsın, üstəlik Rüstəm İbrahimbəyov haqqında olmazın sözləri deyiblər.

Dindarlar Rüstəm İbrahimbəyovun acığına Rusiyada yaşayan azərbaycanlılara da kafirlərlə bir yerdə yaşadıqları üçün məzəmmət ediblər. Burda birinci deyəcəyim məsələ budur ki, bu gün Azərbaycanda dindar kəsim iki qrupa bölünüb.

Birinci qrup dindarlar hacı Mövsüm Səmədov və onun davamçılarıdır, bu dindar kəsim hicaba və hicab məhbuslarına azadlıq, İslama hürriyyət istəyir və ən əsası da istləkləri üçün mübarizə aprırlar, bu yolda təqiblərə, məhrumiyyətlərə, həbslər, işgəncələrə məruz qalır və hacı Vaqif Abdullayev kimi şəhiddə olurlar, ancaq yenə dı haqq yoldan dönmürlər, ardınca da gənc dindarları mübarizəyə qoşublar.

İkinci kəsim isə İlham Əliyevin əlində alətə çevrilən dindar kəsimdir, sözün açığı mən onları heç dindar da adlandıra bilmirəm, onlar zahirdə dindardılar, onlar da Şeyx kimi əmmamə qoyur, mömin qiyafəsində gəzir ancaq nə haqq deyirlər, nə hicabı müdafiə edirlər, əksinə zalım əliyev rejiminin əlində alət olmağa bəh bəhlə razılıq verirlər, bir çox hallarda hakimiyyətə xidmət etdikləri üçün heç bir qəpik də onlar verən olmur.

Şübhəsiz ki, bu dindarların gələcəyi olmayacaq, onların dalınca gedən olmayacaq, bu dindarlar vaxtilə Yezidin yan yörəsində olan dindarlardandır.
Source : Islamtimes
Comment