0
Monday 5 August 2013 - 21:59

Əhyadan sonra iftar süfrəsi də qadağan olundu

Story Code : 290077
Əhyadan sonra iftar süfrəsi də qadağan olundu
Əhyadan sonra iftar süfrəsi də qadağan olundu
Islam times.org/az/ - Avqustun 3-də Bakının və regionların bir sıra məscidlərinə toplaşan dini icmalar Əhya gecəsi təşkil etdikləri üçün çox kəksin təzyiqə qaldığı haqqında məlumatlar yayılıb.

Dindarların Əhya gecəsində toplaşdıqları üçün polis tərəfindən saxlanılması, döyülməsi kimi hallarla qarşılanmaları birinci dəfə deyil, əvvəlki Əhya gecələrində də gənc dndarlar polisin təqibinə məruz qalıblar, ancaq bu dəfə məsələ bir qədər fərqlidir, əsas fərq də ondan ibarətdir ki, dindarlar kütləvi şəkildə həbs olunub, təhqir olunub.

Təkcə Gəncədə 150 nəfər dindar iftar süfrəsi zamanı həbs olunub, yalnız imsaqdan sonra azadlığa buraxılıb. İftar süfrəsinə yığışan gənc dindarları həbs edib müvəqətti saxlanma məntəqələrinə aparan polis dəstəsinin komandiri Mahir Camalzadə möminlərə bildirib ki, onların saxlanılmasının səbəbi iftar süfrəsinə yığışmalarıdır, bununla bağlı isə Prezident Administrasiyadan göstəriş verilib ki, iftar süfrələri və Əhya gecələri keçirilməsin.

Əldə etdiyimiz məlumata görə analoji hadisə Bakının bir neçə məscidində, Masallıda, Salyanda, Yardımlıda, Göyçayda (350 nəfər), Ağdaşda və Şamaxıda da baş verib.

Polislər hər yerdə iftar süfrəsinin qadağan olunmsını deməyib, əsasən Əhya gecəsinin qadağan olunduğunu bildiriblər. Ancaq Gəncə polisi yeniliyə imza ataraq iftar süfrəsini də qadağalar sırasında daxil edib.

Diqqət olunası məqamlardan biri budur ki, iftar süfrəsini və ya Əhya Prezident Administrasiyası qadağan etməklə kimə qarşı döyüşür? Söhbət dindarlara zülm verməkdən gedirsə, onlar, bu dindarlar ölümə də, hər cür zülmə də, işgəncəyə də hazırdır, dindarlar hazır olduqları kimi hakimiyyət də onları əzməyə hazırdır və əzir də, ancaq bundan hakimiyyətin mənfəəti nədir?

Bu sual açıq qalır, ən azı hələlik açıq qalır. Yox əgər söhbət Allaha, dinə qarşı döyüşdən gedirsə onda bunun cavabını yəqin Allah özü də verə bilər, dindarlar İlham Əliyevə bir şey edə bilməsələr də Allahın belə bir imkanı var.

Polisin Prezident Administrasiyasının adından istifadə etməsini versiya kimi yaxın qoymuram, çünki Azərbaycan hakimiyyətinə və prezidentin baxışlarına bələdəm. Digər tərəfdən, bu günlərdə Əhya gecəsi ilə bağlı Mübariz Qurbanlının verdiyi açıqlamada “Əhya gecələrini ekstremistlər keçirir, bu ekstremist ayinlərdir” dedikdən sonra aydın olur ki, burda polisin heç bir rolu yoxdur, ona əmr gəlib və o da əmri yerinə yetirir.

Əhya gecəsinin keçirilməsini ekstremist sayan təmsilçisi olan bir hakimiyyətin iqtidarda saxlayan xalqın Allahın qəzəbinə də tuş gəldiyini demək olar, çünki bir tək bu deyil axı, hicab qadağası və digərləri də var.
Source : Islamtimes
Comment