0
Monday 21 October 2013 - 23:48

Rusiyadakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşır

Story Code : 313049
Rusiyadakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşır
Rusiyadakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşır
Azərbaycanda iki mövzu hələ də gündəmin ən çox və geniş müzakirə olunan mövzularıdır ki, bunlardan biri seçki və onun nəticəsi ilə bağlı müxalifət və beynəlxalq aləmin rekasiyası, digəri isə Rusiyadakı azərbaycanlıların vəziyyəti barədədir.

İkinci mövzu daha aktual və spontan şəkildə gündəmdə qalmaqda davam edir, media müstəvisində çalışanların əksəriyyəti bu məsələni diqqətdə saxlayır, az qala bütün jurnalistlər Rusiyadakı miqrant azərbaycanlılardan yazır, sosial şəbəkələrdə isə məsələyə daha çox gərginliklə münasibət bildirilir.

Sözsüz ki, Rusiyada olan azərbaycanlı miqrantların vəziyyəti ilə bağlı son rekasiyalar dalğası məhz Brilyov hadisələri və Orxan Zeynalov olayı səbəb oldu. Ancaq onu da demək lazımdır ki, Rusiya 3 milyon azərbaycanlının yaşadığı bir ölkədir, orda olan azərbaycanlılara qarşı cəmiyyətimizdə həssaslığın yüksək olması da təbiidir, şimal qonşumuzda yaşayan azərbaycanlılar təkcə Rusiyada işləyib yaşamır, onlar həm də qazandıqları pulun bir hissəsini Azərbaycanda yaşayan ailə üzvlərinə göndərir.

Orzan Zeynalov olayından sonra Rusiyanın hakim dairələri Brilyovda olan meyvə tərəvəz bazasının bağlanması haqqında qərar qəbul edib, həmin bazada isə azərbaycanlı miqrantlara və iş adamlarına məxsus 10 milyonlarla mal qalıb. Müvafiq icra hakimiyyəti qurumları bazanın qapılarını kilitləyib və möhütləyib ki, bu da azərbaycanlılara bazadakı malları götürməyə imkan vermir. Orda olan mallar isə əsasən meyvə tərəvəz mallarıdır ki, bu da tez xarab olan mallardır və 10 gündən artıq bir zamanda həmin malların orda qalması və xarab olması, azərbaycanlılara 10 milyonlarla maddi zərərin dəyməsi deməkdir. Çünki həmin icra hakimiyyəti orqanları azərbaycanlılara mallarını çıxarmağa səbəb göstərmədən imkan vermir.

Rusiya mətbuatında da Briloyv hadisələri və miqrant mövzusu geniş müzakirə olunur və hər dəfə də günahkar azərbaycanlılar göstərilir. Bağlanması qeyd olunan meyvə tərəvəz bazası Moskvanın ən nəhəng meyvə tərəvəz bazası sayılır, orda 10 minlərlə azərbaycanlı miqrant işləyib çörək qazanır və burdakı öz ailələrinə göndərirlər. İndi bazanın bağlanması həmin azərbaycanlıların iş yerlərinin itirilməsi və ailə üzvlərinin də çörəksiz qalması deməkdir.

Verilən məlumata görə artıq Rusiyadan azərbaycanlıların böyük axını başlayıb, onlar vətənə qayıdır, bu isə nə hakimiyyət üçün nə də cəmiyyət üçün arzuolunan deyil. Hakimiyyət üçün ona görə arzuolunan deyil ki, Rusiyada yaşayan azərbaycanlı miqrantların çox sayda vətənə qayıtması ictimai sabitlik üçün təhlükəlidir, düzdür, əliyev rejiminin perpesiv maşını hamını əzmək niyyətində və əzmindədir, ancaq hakimiyyətdəkilər də fikirləşir ki, xalqı əzməyin də bir gün sonu ola bilər. Cəmiyyət üçün də ən əsas narahatçılıq ordan gələn pulun kəsilməsidir, çünki ordan gələn və kəsilən pulun əvəzini hakimiyyət verməyəcək baxmayaraq ki, öz xalqını təmin etmək hakimiyyətin birbaşa vəzifəsidir. Olay çox böyüyüb, artıq Avropadan da Brilyov hadisələrinə reaksiyalar gəlməkdədir.

Estoniya prezidenti Toomas Hendrik İlves bu günlərdə verdiyi açıqlamada ATƏT-in Rusiyada qeyri ruslara qarşı baş qaldıran perpesiya dalğasına reaksiya verməsinə çağırıb.

Bundan başqa Avropadakı bəzi qurumlar da Rusiya hakimiyyətini miqrantlara qarşı aşırı zor işlətməsini pisləyib. Elə Azərbaycan media təmsilçiləri də əsasən vurğunu ona yönəldir ki, Rusiyada azərbaycanlılara qarşı güclənmiş hücumların arxasında rəsmi Moskvanın Azərbaycana qarşı təzyiq siyasəti durur, bununla Kreml Azərbaycan hakimiyyətini Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulmasına nail olmaq istəyir. Hərçənd ki, Rusiyanın özündə Avrasiya İttifaqı ilə bağlı hələ də əməli və ciddi heç bir iş görülmür.
Source : Islamtimes
Comment