0
Tuesday 22 October 2013 - 00:51

Xalqa verilən “saqqız”

Story Code : 313063
Xalqa verilən “saqqız”
Xalqa verilən “saqqız”
Azərbaycanda fəal, haqq deyən, hicab uğrunda mübarizə aparan dindarların hakimiyyət tərəfindən təqib olunması, şərlənərək uzun müddətə həbsə atılması, mal mülklərinin əlindən alınması, özlərinə cürbə cür ağılasığmaz işgəncələr verilməsi, həbsxanada işgəncə altında öldürülməsi (məsələn, hicab şəhidi Vaqif Abdullayev) heç kimə sirr deyil, heç kimə, heç Həcc ziyarəti zamanı Məkkədə İlham Əliyevə səs verən zəvvarlara da sirr deyil, xarici ölkələrdən yaşayan müsəlmanlara da sirr deyil, ancaq bu vəziyyət dəyişmir, əksinə dindarlara qarşı hakimiyyətin hücumları davam edir.

Nadir hallarda da hakimiyyət nəticəsi əvvəlcədən məlum olan, şirinkləndirmək məqsədilə atılan addımlarını görmək olur.

Yadınızdadırsa bir müddət əvvəl mətbuat xəbər vermişdi ki, Neft şirkətinin fəhləsi, dindar Kamran Seyidov hicab məhbuslarının işi ilə əlaqədar “bandotdel”də dindirilkdikdən, daha doğrusu orda işgəncələrə məruz qaldıqdan sonra, hüquq mühafizə orqanları tərəfindən alçaldılmasına və zorlanmasına dözməyərək intihar etmişdi və intihardan əvvəl mərhum bir məktub da yazmışdı.

Bu mövzu ətrafında bir neçə gün mətbuatda müzakirələr aparıldı və üstündən bir ay keçdikdən sonra bu gün “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Birliyi dinləmələr keçirilib.

Tədbirdə İslamçıların Hüquqlarının Müdafiə komitəsinin koordinatoru Mirqasım Əliyev də iştirak edib. Elə bu gün Respublika mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verdiyi açıqlamada Kamran Seyidovun intiharı ilə bağlı istintaq hərəkətlərinin aparıldığı və mərhuma təzyiq göstərən vəzifəli şəxslərin aşkarlandığı baş verərsə onların məsuliyyətə cəlb olunacağını bildirib.

Ola bilər kimlər üçünsə, hansısa dindarlar üçünsə prokurorluğun bu açıqlaması bir ümid olsun, ancaq biz elə hesab edirik ki, Eldar Sultanovun dedikləri quru təsəllidən başqa bir şey deyil. Doğrudur onu da demək olar ki, hakimiyyətin dindarların həbsdə döyülməsi, işgəncəyə məruz qalması, ölməsi və ya öldürülməsi qətiyyən narahatçılığına səbəb olmur, özü də elə bir halda ki, dindarlara divan tutan elə hakimiyyətin özüdür, bu səpkili bəyanatlara da demək olar rast gəlinmir. Ancaq yenə də biz baxmalıyıq hakimiyyətin mahiyyətinə, əvvəlki təcrübəyə, hazırda baş verən haqsızlıq və qanunsuzluğa, onda görəcəyik ki, prokurorluq xalqın ağzına “saqqız” verməklə məşğuldur.

Kamran Seyidova “Bandotdel”də işgəncə verən polis əməkdaşlarının məsuliyyətə cəlb olunacağına kim inanar? Bu vaxta qədər hicab məhbuslarına olmazın işgəncələr verildi, hansısa bir vəzifəli şəxsi məsuliyyətə kim cəlb etdi? İndidən demək olar nə baş verəcəyini, prokurorluq heç bir obyektiv istintaq aparmyacaq, uzun müddət sonra da deyəcəklər ki, aparılan araşdırmalardan hər hansı bir vəzifəli şəxsin Kamran Seyidova təzyiq və ya işgəncə verməsi faktı aşkarlanmadı bunula da verdikləri açıqlamanı tamamlamış olacaqlar.
Source : Islamtimes
Comment