0
Wednesday 21 July 2010 - 05:49

ABŞ-da işsizlik problemi dərinləşir

Story Code : 31671
ABŞ-da işsizlik problemi  dərinləşir
ABŞ-da işsizlik problemi dərinləşir
Bu arada rəylərə görə, avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi ABŞ-da 5 aylıq iqtisadi yekunların elan edilməsi ilə bağlıdır. Belə ki, Amerikada iqtisadi yekunların elanından sonra bəlli olub ki, son 5 ayda işsizlik problemi dərinləşməkdədir. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə avronun məzənnəsinin yüksəlməsi Avropa iqtisadiyyatına inamın bərpa olunması ilə bağlıdır. Böhranın Yunanıstandan İtaliya və İspaniyaya keçəcəyi ilə bağlı narahatçılıqlar praktiki doğrulmayıb: “Yunanıstanda böhranın müşahidə edilməsinə baxmayaraq İtaliya, İspaniya və Portuqaliyada böhran meyilləri qeydə alınmadı. Artıq Yunanıstan iqtisadiyyatında stabilləşmə meyilləri müşahidə edilməkdədir”.
Avropa Birliyinin avronun məzənnəsinin stabilləşməsi, valyutanın qorunması ilə bağlı xüsusi fondun yaradılması istiqamətində razılıq əldə etdiyini xatırladan V.Bayramov bildirir ki, ilkin mərhələdə Avropa Birliyi ölkələri tərəfindən sözügedən fonda yarım trilyon vəsaitin yönəldilməsi nəzərdə tutulur: “Avronun məzənnəsinin yüksəlməsinə avrozonanın dağılması ilə bağlı fikirlərin real olmaması, eləcə də Estoniyanın avrozonaya üzv qəbul edilməsi yönündə qərarı təsir göstərib. Əslində İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ may ayında avronun məzənnəsinin düşdüyü ərəfədə iyul ayında avronun məzənnəsinin yüksələcəyi ilə bağlı açıqlamalar vermişdi. Bu onunla bağlı idi ki, dünya iqtisadiyyatının 25 faizinə malik olan Avropa Birliyinin valyutasının uzun müddət kəskin azalması praktiki mümkün deyildi. Xüsusən bu azalmalarda spekulyativ faktorlar varsa”.
İqtisadçı düşünür ki, Yunanıstan iqtisadiyyatındakı böhran avronun məzənnəsinin kəskin azalmasına səbəb ola bilməz: “ Bu da onunla bağlıdır ki, Yunanıstan Avropa Birliyi iqtisadiyyatının cəmi 3 faizini ödəyir. Avronun məzənnəsini daha çox Almaniya və Fransada baş verən iqtisadi proseslər tənzimləyir”.
Spekulyativ faktorlara toxunan mütəxəssisin rəyinə görə, bəzi dövlətlər, o cümlədən investorlar avronun məzənnəsinin aşağı düşməsində maraqlı idilər. Bununla belə V.Bayramov hesab edir ki, spekulyativ faktorlar uzun müddət fəaliyyət göstərə bilməz: “Avronun məzənnəsinin yüksəlməsi prosesinin yaxın vaxtlarda da davam edəcəyi gözlənilir. Bunu nəzərə alaraq ötən aylardan avro ilə saxlanılan ehtiyatların satılmasının məqsədəuyğun olmadığını deyirdik. Eyni zamanda əhaliyə avronun məzənnəsinin aşağı düşdüyü müddətdə avro ilə yığımlarını artırmalarını təklif etmişdik. Çünki, belə yığımları adətən valyutanın məzənnəsinin düşdüyü vaxtda etmək iqtisadi baxımdam daha məqsədəuyğun və rentabellidir. Yəni ucuz qiymətə alınmış valyutanın alınması onun baha qiymətə satılmasına imkan yaradır”.
Avronun məzənnəsindəki artımların Azərbaycan iqtisadiyyatında təsirsiz ötüşmədiyini deyən iqtisadçı prosesin valyuta bazarına psixoloji təsirlərindən söz açdı: “Artıq bəzi valyutadəyişmə məntəqələri avronun alışını həyata kerçirsələr də satış dayandırılıb. Bu da ki, avronun dünya bazarında məzənnəsinin yüksəlməsi və son günlər Mərkəzi Bankın manatın avroya nisbətən məzənnəsini hər gün əvvəlki günə nisbətən daha yüksək məzənnə ilə müəyyənləşdirməsi ilə bağlıdır. Hansıki, bütün bunlar avroya yələbatı artırıb”.
V.Bayramov deyir ki,son günlər yalnız rəsmi məzənnədəki kəskin artımlar valyutadəyişmə məntəqələrinin avronun alqı-satqısı yönündə tərədüddlər yaradıb: “Valyutadəyişmə məntəqələrində avronun alışı ilə bağlı kurs elan edilsə də satış kursu elan olunmur.Onlar daha çox avro yığmağa üstünlük verir. Başqa tərəfdən valyutadəyişmə məntəqələri öz kurslarını müəyyənləşdirməyə çalışmırlar. Onlar Mərkəzi Bankın elan ediyi məzənnədən cəmi 3 faiz artıq məzənnə ilə xarici valyutanı alıb-sata bilərlər. Bu da praktiki avronun satışı ilə bağlı qara bazarın yaranmasına təkan verir. Belə ki, valyutadəyişmə məntəqələri avronunun satışını elan etmir. Amma avroya tələbat yarandığı halda daha yüksək məzənnə ilə avronu vətəndaşa satırlar”.
Onun fikrincə, avronun məzənnəsinin yüksəlməsi bu valyutanın yığım vasitəsi kimi yenidən dirçəlməsinə şərait yaradır.Güman edilir ki, yarımillik yekunlar elan edildikdən sonra avronun məzənnəsindəki artımlar daha da ciddiləşəcək. /OLAYLAR/
Comment