0
Thursday 9 January 2014 - 22:33

Yeni prioritetlərə bir baxış bucağı

Story Code : 339460
Yeni prioritetlərə bir baxış bucağı
Yeni prioritetlərə bir baxış bucağı
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobianın bu vəzifədə səlahiyyət müddəti bitdikdən sonra, onun əvəzinə Malena Mard səfir təyin olundu.

Bu günlərdə mətbuata verdiyi açıqlamada xanım Mard missiyası dönəmində Birliyin Azərbacandakı prioritetlərini qeyd edib ki, bu da qanunun aliliyi, regional inkişaf və təhsil sahələridir. Bu sahələr üzrə Avropa Birliyi daha əvvəl də əməkdaşlıq edib, növbəti mərhələdə isə məhz prioritet kimi qəbul olunduğundan Avropanın Azərbaycanla bağlı planlarına bir qədər dərindən nəzər salmaq lazım gəlir.

Fikir verdinizsə, avropalı səfir demokratiya, insan haqları ifadələrini işlətməyib və elə düşünülə bilər ki, insan haqları kimi vacib mövzudan sələfi olan Kobia kimi Malena Mard da yayınmağa çalışır. Bir çoxları məsələni elə bu cür də qəbul edir. Çünki hazırda Azərbaycan cəmiyyətində həm politoloqlar həm də vətəndaş fəalları arasında demokratiya və insan haqları mövzuları ən önəmli problemlərdir, bu da nahaqdan deyil, az qala hər gün saxta ittihamlarla fəal vətəndaşlar həbslərə məruz qalır, cəmiyyətin təsəvvüründə İlham Əliyev hakimiyyəti dövləti represiyasız idarə edə bilməyən bir rejim kimi xarakterizə olunur.

Avropalılar “kürü diplomatiyası”na nə qədər mübtəla olsalar da Azərbaycan hakimiyyətinin idarəetmə üslubuna bələddirlər. Ancaq bununla belə onlar həm də cəmiyyətdəki vətəndaş fəallığını, müqavimət gücünü, etiraz qabiliyyətini çox aşağı olduğunu da dəqiq bilirlər. Buna görə də qərara alıblar ki, cəmiyyətin özündə demokratik inkişafın təməli ilə bağlı problemləri aradan qaldırmaq üçün prioritetəri qəbul etsinlər və bu da dedikləri kimi qanunun aliliyi, regionların inkişafı və təhsil sahələri olub.

Qanunun aliliyi avropalılara ona görə lazımdır ki, Azərbaycana təklif etdikləri və bu vaxta qədər təklifləri əsasında Azərbaycanın qəbul etdikləri qanunlar işləsin, həm icra hakimiyyəti orqanlarında həm də məhkəmə sistemində bu qanunlar təhrif olunmasın, yeridilsin, icra olunsun. Bu minvalla, avropalıların fikrincə Azərbaycanda istədikləri hüquq sistemi oturuş bilər və bu avropalıların istədikləri demokratik inkişaf üçün önəmli faktordur.

Azərbaycanda da qanunuların işləməməsi kimi bir problem olduğu üçün onları qanun aliliyi amilini prioritet qəbul ediblər. Bu günə qədər də Azərbaycanda qəbul olunan qanunların demək olar bir çoxu avropa standartlarına uyğunlaşdırılması iddia olunur.

Burda bir məqamı da qeyd etməliyik ki, Avropadan qanunvericiliklə bağlı postsovet respublikalarına və Rusiyaya gələn təkliflərin heç də hamısı birmənalə qəbul olunmur, insan haqları adı altında avropalılar lesbiyanların, qeylərin hüquqlarını tanımaq, eynicinsli adamların evliliyinin rəsmi nikahı, pedofilliyin cinayət məcəlləsindən cinayət aktı kimi çıxarılması, uşaqlara qarşı valideynlərin xırda bir təzyiqindən sonra onların valideynlik hüququndan məhrum edilməsi, feminizmin inkişafı və s.

qanunlar cəmiyyətlərdə ciddi mübahisələrə və etirazlara səbəb olur. Bu gün də Rusiyada qeylərə hüquqların tanınması, yuvenal qanunların qəbul olunması kimi Avropadan gələn tələblərə cəmiyyətdə münasibət birmənalı deyil, bu cür avrotəkliflərə sərt rekasiyalar verənlər var.

Bu hələ Rusiyadadır, indi təsəvvür etmək çətin deyil ki, müsəlman ölkəsi olan Azərbaycanda hansı reaksiyalar ola bilər. Bax bunu avropalılar da yaxşı başa düşdüyü üçün Azərbaycana birdən birə hürküdücü təkliflər vermir, yavaş yavaş cəmiyyəti buna hazırlayan təkliflər verir və hakimiyət də qəbul edir. Qanuni olmasa da ola bilər məktəblərdə hicab qadağasının bir səbəbi də avropalılara hakimiyyətin özünü “yaxşı” tərəfdən göstərmək cəhdidir.

Regionların inkişafı dedikdə avropalılar Azərbaycan rayonlarında yaşayan xalqın güzəranı, dolanışığını, işsizlik amilini, nəzərə almır, onların ac qalmamasını düşünmür, məhz onu düşünür ki, az çox regionlarda adət ənənə qalıb, İslam dəyərləri qismən regionlarda yaşayır deyə, bölgə əhalisinin abırın həyasını aradan qaldırmaq lazımdır. Bunun üçün də Avropada təhsil alacaq gənclərin sayını mütləq çoxaltmaq, qərb təhsilli gəncləri kütləviləşdirmək lazımdır.

Sözsüz ki, bu cür gənclər təkcə Bakıdan deyil, həm də əyalətlərdən də olmalıdır. Onlar Avropada təhsil aldıqdan sonra Azərbaycanda eynicinsli adamların nikahına və ya uşaq qanunlarına nəinki pis baxmayacaq, hətta bu cür dəyişiliklər üçün mübarizə də aparacaq, özü də tək təkə deyil, kütləvi şəkildə.

Avropalılar onu da fikirləşir ki, müəyyən etdikləri prioritetlər üzrə işlərin aparılması Aəzrbaycanda təkcə homoseksuallığın inkişafına gətirməyəcək, həm də Avropada təhsil almış gənclərin sayı çox olduqda, avrostandartlı qanunlar qəbul olunduqda cəmiyyət diktatorlardan azad olmaq üçün müqavimət gücü qazana biləcək. Homoseksuallığa qarşı çıxa biləcək əqidə sahibləri olan hicab məhbusları isə həbsdə olduqda indiki cəmiyyətdə dəyişiliklərə etiraz edən tapılmaz.
Source : Islamtimes
Comment