0
Thursday 8 May 2014 - 13:32

Fitnə öz işindədir

Story Code : 380385
Fitnə öz işindədir
Fitnə öz işindədir
Yenə aranın sakit görüb bəzi fitnəkarlar məzhəb qarşıdurması yaratmaq üçün əlindən gələni edir, pis niyyətlərini göstərmək üçün qısa müddətli fasilədən tez bezən bu qüvvələr indi də ilahiyyatçı hacı Şahini hədəfə alıblar.

Fitnəkarlar əvvəl özlərinə aid olan mətbuat orqanlarında məlumatı təhrif edib, öz məqsədlərinə uyğun bir şəkildə yayır, sonra da rəy alamaq üçün öz ətrafdakılarına müraciət edirlər. Bu dəfə də belə oldu. Məlumat yaydılar ki, hacı Şahin cinsi mənsubiyyətinin dəyişməsini şəri baxımdan yolverilən olduğu ilə bağlı fitva verib. Bu məlumatlarının guya səhih olması üçün hacı Şahinin müsahibəsinin videosunu da yerləşdiriblər ki, iddialarında özlərinin haqlı olduğunu sübuta yetirmiş sayılsınlar. Lakin videoya diqqətlə baxan tamaşaçı açıq görür ki, Hacının fikirləri təhrif olunur, kontekstdən çıxarılır.

Videoya diqqətlə baxan hər bir adam görə bilər ki, ilahiyyatçı durduğu yerdə belə bir fikir səsləndirməyib, əksinə cinsiyyətin dəyişdirilməsinin hansı şərtlər qarşılığında olmasını izah edib. Hacı Şahinin “fitva”sına münasibət bildirən, sələfi – nurçu dairələrinin sözçüsü qismində çıxış edən, ilahiyyatçı Elşad Miri Məşəd Dadaş məscidinin imam camaatını savadsızlıqda ittiham edərək, videoda səslənən fikirlərin səbəbini hacı Şahinin ilahiyyat təhsili olmamasında görüb.

Hacı Şahinin belə bir fitva verməməsini anlamaq üçün təhsil də lazım deyil, elə diqqətlə videoya baxmaq kifayət edir. Lakin Elşad Miri kimi savadlı adam bu videoya baxanda çox yaxşı anlayır ki, Şahin Həsənli cinsiyyətin dəyişməsi ilə bağlı hansı şərtləri və şəri məqamları qeyd edib, lakin məqsəd şiə ruhanisinə qarşı qarayaxma kampaniyası aparmaqdırsa onda əlbəttə Elşad Miridən bunları gözləmək olar.

Fitnə bir bununla bitmir, əliyev rejiminin qulluqçusu olan, sələfi şeytanlarına pul qarşılığında xidmət göstərən APA informasiya agentliyi iki-üç gün əvvəl, belə bir məlumat yayıb ki, Suriyada gedən döyüşlərdə öldürülən azərbaycanlı, 1990-cı il təvəllüdlü, əslən Şuşadan olan Şirazi Hüseynov sələfilərdən fərqli olaraq Əsəd rejimi tərəfində döyüşüb. Lakin xəbərdə bunu sübut edən heç bir dəlil yoxdur, eyni qaydada bu vaxta qədər döyüşlərdə öldürülən digər azərbaycanlılar haqqında da demək olardı, ancaq biz onların Əsədə qarşı sələfilərin sırasında vuruşmasını sübut etmək üçün çox sayda dəlilin şahidiyik, elə uzağa getməyək, həmin azərbaycanlılar ana dilində Suriyanın müxtəlif şəhərlərindən videolar yayırlar. Lakin Şirazinin Əsəd tərəfindən döyüşdüyünü sübut edən heç bir dəlil yoxdur.

Həmin videoda yalnız pasport və şəxsiyyət vəsiqəsi göstərilir, hətta cəsəd belə yoxdur, lakin APA agentliyinin jurnalistləri iddia edir ki, Şirazi Əsəd tərəfindən vuruşub və sələfilər onu öldürüb. Bunun ardınca, bu yaxınlarda İran İslam Respublikasında müxbiri akkreditasiya keçən ANS telekanalı da həmin video ilə bağlı reportaj hazırlayıb efirə verdi və Şirazini Əsəd tərəfindən döyüşən mücahid kimi qələmə verdi, sözsüz ki, ANS kanalının jurnalistləri və aparıcıları da çox yaxşı bilir ki, bu obyektiv məlumat deyil, belə bir reportajın verilməsi ANS-in də qərəzli olmasından xəbər verir.

Üstəlik ANS-in reportajında Şiraiznin atası Şakir Hüseynov açıqlama verərkən qeyd edir ki, oğlu iki ay əvvəl Türkiyəyə müalicə adı ilə gedib, ondan sonra isə Şirazidən xəbər olmayıb. Biz də yaxşı bilirik ki, Türkiyədən Suriyaya döyüşmək üçün gedənlər Əsəd tərəfindən döyüşmür, onlar sələfilərin tərəfindən döyüşür. Sələfilər isə öz növbəsində Suriyadan video müraciətlərini internet vasitəsilə göndərir, azərbaycanlıları cihada dəvət edir.
Source : Islamtimes
Comment