0
Tuesday 30 November 2010 - 17:02

Hidayət çırağı

Story Code : 45613
Hidayət çırağı
Hidayət çırağı
İmam Hüseyn (ə)-ın məclisində
ağlamaq və belə yerlərdə iştirak etməktamam gözəlliklərə üz gətirmək və yalan, fırıldaq və bütün pisliklərə tövbə edib uzaq olmaqdır. Çünkü haqqı təsdiq batili isə inkar etməkdir.
Əhli-beyt (ə) üçün hazırlanan yığıncaqlarda yaxından iştirak etmək xüsusən aşura gününü yaşatmaqlıq ənbiya və Allah dostlarının məclisində olmaq və onda iştirak etmək deməkdir. Beləki tamam gözəlliklər imam Hüseyn(ə)ın qiyamında xüsusən Аşura günündə özünü açıq-aşkar göstərmişdir.
Müaviyənin oğlu Yezid və onun tərəfdarları kimi düşmənlər bir neçə saatın içində tamam çirkinlikləri zahir edib göstərdikləri kimi imam Hüseyn (ə) az vaxtda bütün gözəllikləri nümayiş etdirdi.
Onda belə bir söz desək ki, haqq və batil cəhətdən aşura tarixin açıq-aydın güzgüsüdür heçdə yanılmamışıq. Bizim olub keçənlərlə və tarixdə hansısa hadisələrin başverməsilə işimiz yoxdur, sözünü deyənlər üç haldan kənar deyillər:
1. Cahil
2. İnadkar
3. Pulgir
Birinci dəstədə olanları agah edib oyatmaq olar. Lakin ikinci və üçüncü dəstələrdə olanlar Qurani-Kərimin buyurduğu kimi "Onlar üçün nəsihət
faydasizdir." Elə buna görə də onlarla mübahisə etməkdən pəhriz etmək və onların işini Allaha tapşırmaq lazımdır. Allah tamam dünya müsəlmanlarına və aləmdə olan məzlumlara yardımçı olsun və şər sahiblərinin şərrini özlərinə qaytarsın.
Husein Hatami-Qum

Source : IslamTimes
Comment