0
Thursday 24 September 2015 - 12:53

Rus çörəyinə möhtac azərbaycanlılar

Story Code : 487247
Rus çörəyinə möhtac azərbaycanlılar
Rus çörəyinə möhtac azərbaycanlılar
Bunu Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya" fraksiyasının deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin üzvü Tatyana Moskalkova deyib.

Məlumdur ki, bu qədər insanın iqtisadi böhran içərisində olan Rusiyaya getməsinin səbəbi orada yüksək qazanclı iş yerlərinin olması deyil. Hətta bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin də qonşu ölkədə iqtisadi vəziyyətin çətin olduğunu etiraf edib. O, dünən 2016-cı ilin dövlət büdcəsinin müzakirəsində "ölkədə iqtisadi vəziyyət çətindir" deyib.

İqtisadçı alim Azər Mehdiyevin sözlərinə görə, on minlərlə azərbaycanlının ölkəni tərk edərək Rusiyaya getməsinin əsas səbəbi onların iş tapa bilməməsi, təklif edilən iş yerlərinin (150 manat) isə onları qane etməməsidir.

"Rusiyaya gedən azərbaycanlıların böyük əksəriyyəti regionlardan gedənlərdir. Onların ölkəni tərk etmələrinə əsas səbəb iş tapa bilməmələri, olan iş yerlərinin onları qane etməməsidir. Eyni zamanda həmin şəxslərin bir qismi Rusiyada əlaqəsi olan insanlar vasitəsilə qonşu ölkəyə gedib çıxırlar və hər hansısa formada gəlir əldə edə biləcəklərinə əmindirlər", - deyə ekspert bildirib.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda da göstərilir ki, ölkədə işsiz statusu alan qadınların sayı azalsa da, kişilərin sayı 2000-ci ildən etibarən artır.

Azər Mehdiyev qeyd edib ki, hazırki dövrdə əmək miqrantı olmaq çətindir. Odur ki, əgər Azərbaycanda lazımi əmək şərati yaradılarsa, onlar ölkəni heç vaxt tərk etməzlər. Rusiyada müəyyən şovinist meyllər qalxanda xüsusilə qafqazlı miqrantlara "qara" damğası vurularaq onlar sıxışdırılır, təqib edilir.

Əgər insanlar bütün bunlara rəğmən gedib orada işləyirlərsə, bu, o deməkdir ki, həmin insanlar xüsusilə yaşadıqları zonada qane edə biləcək iş yerləri tapa bilmirlər. Həqiqətən də, bu gün Azərbaycanın bölgələrində iş yerlərinin olmaması ciddi problemdir və bu, danılmazdır. Halbuki, Dövlət Statistika Komitəsi 2000-ci ildən 2014-cü ilədək (2012-2013-cü illər istisna olmaqla) olan məlumatda işçi qüvvəsinə olan tələbatın artdığını bildirib (YALAN).

İqtisadçı alim azərbaycanlıların xaricə axınının ölkə üçün gələcəkdə problem yarada biləcəyini də deyib. Onun sözlərinə görə, qonşu ölkənin iqtisadi çətinlikləri, eyni zamanda müəyyən vaxtlarda Azərbaycanla Rusiya arasında yaşana biləcək siyasi gərginliklər oradakı azərbaycanlı miqrantların vətənlərinə geri qayıtmasına səbəb ola bilər.
Source : Ans
Comment