0
Wednesday 28 October 2015 - 23:06

İmam Hüseynə (ə) tökülən göz yaşının möcüzəsi

Story Code : 494347
İmam Hüseynə (ə) tökülən göz yaşının möcüzəsi
Bu, o kəs deyildir ki, bir neçə dəqiqə bundan əvvəl bura daxil olmuşdu, çünki daxil olan zaman günahkar və tövbə etməyən bir bəndə idi. İndi isə tövbəsini Allahın qəbul etdiyi pak insandır. Bəli, bu nemət Əba Abdullah (ə) əzasına göz yaşı tökənlərə aid bir inayətdir. İmamın (ə) şəhadət qəmi heç bir zaman sönməyəcəkdir. (Tebyan)

Bəli, İmam Hüseyn (ə) qəminə göz yaşı tökmək – qəbul olan tövbədir. Əgər insanın başına qəmli bir hadisə gəlsə, özündən asılı olmayaraq qəm bütün varlığını bürüyər və qəhər onu boğar. Bu hal o qədər ağır olar ki, bəzən nəfəs almağı belə çətinləşər. Belə bir ruhiyyə ilə ağlamaq – insana bu haldan nicat verən ən yaxşı yoldur və o zaman ki, insan ağlayar, qəhər yolu açılar və insan rahat nəfəs alar. Bundan sonra rahatlıq onun varlığını əhatə edər.

O kəslər ki, İmam Hüseynin (ə) müsibətinə göz yaşı tökmək tofiqinə malik olublar, ağladıqdan sonra gələn bu rahatlığı təcrübə ediblər. Ancaq insan hər nə qədər göz yaşı töksə də, bu müsibətin dağını rahatlada bilmir. Çünki Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən, İmam Hüseyn (ə) şəhadəti ilə möminlərin qəlbində elə dağ əmələ gəlib ki, soyuyası deyildir”.

Bəs necə olur ki, biz bu müsibətə göz yaşı tökəndə rahatlanırıq? Bu sualın cavabında İmam Rza (ə) Riyan ibni Şəbibə buyurur: “Ey Şəbibin oğlu! Əgər Hüseynə (ə) göz yaşı tökmüsənsə, o cür ki, göz yaşın yanağından axıbdır, Allah sənin bütün günahlarını bağışlayar – istər böyük olsun, istərsə də kiçik. Az olsun və ya çox”.

Deməli, o kəs ki, İmam Hüseynə (ə) göz yaşı tökər, onun daxilində inqilab baş verər və hiss edər ki, indiyə qədər etdiyi günahları nə qədər də böyük günahlar imiş. Və Allah onun bu günahlarını bağışlayar və onun kəlamsız olan bu tövbəsini qəbul edər.

Ona görə də deyirlər ki, o kəs ki, əza məclisinə daxil olar, ondan xaric olduğu hal kimi olmur. Bu günahkar insan paklanmış halda oradan çıxar. Bəli, bu Seyyidi-şühəda (ə) əzadarlarına nəsib olan böyük bir tofiqatdır ki, Allah İmam Hüseyn (ə) aşiqlərinə inayət etmişdir.
Source : Deyerler
Comment