0
Saturday 9 April 2016 - 19:11

Rəcəb ayı daxil oldu - Təqvim

Story Code : 532486
Rəcəb ayı daxil oldu - Təqvim
İslamazeri.az-ın verdiyi xəbərə görə, sabah Rəcəb ayının birinci günüdür. Bu ay ən şərəfli üç aydan biridir. Bu ayda xüsusi əməllər vardırki, bu əməlləri icra etməklə insan böyük məqamlar qazana bilər. Rəcəb ayının əməlləri haqqında - ətraflı

Bu ayda mövludlar və şəhadət günlərilə də digər aylardan fərqlənir. Bu ayın mühüm günlərini; mövlud və şəhadətlərini, həmçinin tarixi əhəmiyyətli günlərin tarixini təqdim edirik.

Rәcәb ayının 1­i hicri 57­-ci il ­ 5­ci imam ­ İmam Muhәmmәd Baqirin (ә) mübarәk mövludu günüdür

Rәcәb ayının 3­ü hicri 254­-cü il ­ 10­cu imam ­ İmam Hadi (ә) (Әliyyәn­Nәqi (ә)) şәhadәtә yetişmişdir.

Rәcәb ayının 8­i hicri 20­-ci il ­ İslam dininin Misirә gәldiyi gündür.

Rәcәb ayının 10­u hicri 195­-ci il ­ İmam Muhәmmәd Tәqinin (ә) (müsәlmanlar bu mübarәk şәxsi, İmam Cavad (ә) adı ilә dә tanıyırlar) mübarәk mövludu günüdür. Rәcәb ayının 12-­i hicri 36­-cı il ­ Hәzrәt Әli (ә) Kufә şәhәrinә daxil olmuş vә buranı xilafәtin paytaxtı kimi müәyyәnlәşdirmişdir.

Rәcәb ayının 13­-ü hicrәtdәn 23 il öncә Mәkkә şәhәrindә, Kәbә evindә Әmirәlmöminin Hәzrәt Әli (ә) dünyaya gәlmişdir.

Rәcәb ayının 15-­i, hicri 62­ci ildә Kәrbәla hәqiqәtlәrini dünyaya çatdıran, zalım yezid istibdadını öz qәhrәman çıxışları ilә lәrzәyә gәtirәn Hәzrәt Zeynәbın (s.ә.) vәfatı günüdür.

Rәcәb ayının 19­-u, 9­cu hicri ilindә, Tәbuk qәzvәsi baş vermişdir. Gәnc İslam qoşunu, Rum imperiyasının tәcavüzünün qarşısını almaq üçün, Rәsuli­Әkrәmin (s) başçılığı altında, Mәdinә şәhәrindәn Әrәbistan yarımadasının şimalınadәk yürüş etmiş, İslamın qüdrәt vә әzәmәtini bütün әrәb tayfalarına nümayiş etmişdi.

Rәcәb ayının 20­-si, 13­cü hicri ilindә müsәlman mücahidlәrilә Rum imperiyası arasında Yәrmuk döyüşü baş vermişdir.

Rәcәb ayının 24-­ü, 7­ci hicri ilindә, mühüm strateji әhәmiyyәtә malik olan Xeybәr qalası müsәlmanlar tәrәfindәn fәth edilmişdir.

Rәcәb ayının 25-­i, hicri 183­cü ildә, müsәlmanların 7­-ci İmamı – Hәzrәt Museyi­Kazım (ә), dövrün xәlifәsi qәsbkar Harun­әr­ Rәşid tәrfindәn zәhәrlәnәrәk, şәhadәtә yetişmişdir.

Mübarәk hәrәmi Kazimeyn şәhәrindәdir. İmamı (ә) ziyarәt etmәyә әli çatmayanlar, onun qızlarının Vәtәnimizdә ­ Nardaranda vә Bibi­Heybәtdә olan mәqbәrәlәrini ziyarәt edә bilәrlәr.

Rәcәb ayının 27­-dә, hicrәtdәn 13 il öncә ­ Hәzrәt Mәhәmmәd ibn Abdullaha (s) peyğәmbәrliyin verilmәsi günü ­ Mәbәs günüdür. Bu gündә oruc tutmaq çox müstәhәbdir.

Rәcәbin 28-­i, hicrәtin 60­-cı ilindә İmam Hüseyn (ә) Mәdinәdәn Mәkkәyә doğru hәrәkәt etmişdir. Bu ­ Aşura salnamәsi ilә sonlanan, xilafәti qәsb etmiş zalım Yezid istibdadına qarşı mübarizә hәrәkatının başlanğıcı idi. Azsaylı tәrәfdarları ilә İslamı yaşadan, zülmә, rәzilliyә "yox!" deyәn İmam Hüseyn (ә), bu yenilmәz mübarizәsilә misilsiz qәhrәmanlıq mәktәbinin әsasını qoymuşdur
Source : Islamazeri
Comment