0
Tuesday 19 April 2016 - 18:09

MTN polkovnikinin müəmmalı ölümü “yeni dayanacaqda”

Story Code : 534260
MTN polkovnikinin müəmmalı ölümü “yeni dayanacaqda”
Bu müddət ərzində İlqar Əliyevin ölüm işi bir neçə dəfə bir prokurorluqdan digərinə ötürülüb. Aldığımız məlumata görə, cinayət işinin “son dayanacağı” Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi olub.

Bu haqda aldığımız məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmət rəhbəri Eldar Sultanov sorğumuza cavab olaraq cinayət işinin Bakı Şəhər Prokurorluğundan alındığını təsdiqlədi: “İlqar Əliyevin intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir”.

İlqar Əliyev 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı kamerasında müəmmalı şəkildə dünyasını dəyişib. Onun ipdən asılı vəziyyətdə olan meyitini kamerasında aşkar ediblər. Meyiti Sabunçu Rayon Məhkəmə-Tibb Ekspertizasına aparılıb. Boğazında stranqulasiya şarımı müəyyən olunub. Ekspertlərin ilkin rəyinə görə, İlqar Əliyev boğulmadan dünyasını dəyişib. Onun bədəni üzərində gözlə görünən xəsarət izləri olmayıb. İlk baxışdan “İlqar Əliyev özünü asıb” demək üçün şərtlər var. Üstəlik, İlqar Əliyevin müəmmalı ölümündən 2 gün sonra elə həmin BİT-dəki kamerada dustaq Manaf Paşayevin də asılı vəziyyətdə olan meyiti aşkar olunub. Yeri gəlmişkən, M.Paşayevin İlqar Əliyevlə eyni kameranı bölüşmələri xəbəri də var. Manaf Paşayevin də meyiti Sabunçu Rayon Məhkəmə-Tibb Ekspertizasında müayinə olunub. Mərhumun meyiti üzərində gözlə görünən hər hansı bir xəsarət aşkar olunmayıb. Onun da İlqar Əliyevtək boyun üzvlərinin sıxılması zamanı əmələ gələn boğulmadan dünyasını dəyişdiyi haqda ilkin rəy verilib.

Amma nədənsə, hüquq-mühafizə orqanları 2 gün fərqlə baş vermiş müəmmalı ölüm işlərini ayrı-ayrı instansiyalarda araşdırmağa qərar veriblər. M.Paşayevin ölüm işi Bakı İstintaq Təcridxanasının yerləşdiyi ərazi aidiyyatı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırlmağa başlanıb. Lakin M.Paşayevdən 2 gün əvvəl meyiti Bakı İstintaq Təcridxanasından çıxan İlqar Əliyevin ölüm işinin araşdırılması Bakı Şəhər Prokurorluğuna həvalə olundu.
Hər iki iş üzrə Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlandı.

Belə xəbərlər də var ki, İ.Əliyevin ölüm işi mətbuatda “MTN işi” kimi keçən işlə eyni icraatda araşdırılır.

Bu xəbəri Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləməyib. Deyib ki, İ.Əliyevin ölüm işinin “MTN işi” ilə eyni icraatda araşdırılması haqda yayılan məlumatlar doğru deyil: “Həmin cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ayrıca icraatda istintaq edilir”.

“Xural” qəzetinin baş redaktoru, ilyarım BİT-dəki kamerada saxlanmış Əvəz Zeynallı “Yeni Müsavat”a bir müddət əvvəl verdiyi müsahibəsində İ.Əliyevin intihar etməsini şübhə altına alan faktlar açıqlayıb. Deyib ki, BİT-dəki kameralarda pəncərələr elə bir hündürlükdə deyil ki, oradan kimsə özünü asa bilsin. Ə.Zeynallı deyib ki, İlqar Əliyevin ölümündən sonra baş verənlər sanki onun ölümü ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirməyə deyil, əksinə, ölümün ört-basdır olunmasına, “MTN işi”nin ümumilikdə dar çərçivəyə salınmasına xidmət edir.

Həmin müsahibədən sitat: “İlqar Əliyev haqda əvvəllər dediyimiz versiyalar təsdiqlənməkdədir. Qəzetinizə əvvəlki açıqlamamda demişdim ki, İlqar Əliyevin kamerada özünü asması mümkün deyil. Bugünlərdə qəzetinizdə yazılanlardan öyrəndim ki, onun yaxınları da onun özünü öldürməsinə inanmırlar. Onun ailəsi də ölümünün təbii ölüm olmasına inanmadığı deyir. İlk gündən çox cidd-cəhdlə İlqar Əliyevin ölümü ilə bağlı məlumatları ictimaiyyətdən, media nümayəndələrindən gizlətməyə başladılar. Fikir verdinizsə, İlqar Əliyevin ölümündən sonra dünyasını dəyişən məhbusun onun kamera yoldaşı olması haqda mətbuatda bizim versiyalarımızın dərcindən sonra Penitensiar Xidmətdən açıqlama verildi. O açıqlama da natamam idi. Ümumi söz yığnağı idi. Yəni o adamın İlqar Əliyevin kamera yoldaşı olmadığını demək çox asandır. Digər tərəfdən də Bakı İstintaq Təcridxanasında kiminsə kamerasını dəyişmək çox asandır. Hər halda, son gəlişmə onu deməyə əsas verir ki, İlqar Əliyevin ölümü ilə bağlı məlumatların üzərindəki sirr pərdəsini götürməyəcəklər. Əksinə, getdikcə bu pərdənin qatlarını artırmaq istiqamətində iş gedir. Belə görünür ki, istintaq orqanı olayın təfərrüatlarını üzə çıxarmaq əvəzinə, daha çox ört-basdır olunmasına nail olmağa çalışır”.

Cinayət işinin Bakı Şəhər Prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər üzrə İstintaq İdarəsinə verilməsinə Əvəz Zeynallının münasibətini öyrəndik. Ə.Zeynallı bildirdi ki, İlqar Əliyevin ölüm işinin daha yüksək instansiyada araşdırlması nəticəyə təsir etməyəcək, iş açılmamış cinayət işitək arxivə göndəriləcək: “Məgər Sabunçu Rayon Prokurorluğunda İlqar Əliyevin ölüm işini araşdırmaq qabiliyyətində olan bir müstəntiq yox idi? Əslində iş əvvəldən Bakı Şəhər Prokurorluğuna tapşırılandan məsələ aydın idi”.

Ə.Zeynallı bildirib ki, İlqar Əliyevin ölüm işinin üstünün açılacağına inamır: “İlqar Əliyevin həbsindən sonra digər MTN-çilər kimi onun da işini Ağır Cinayətlərə Dair İstintaq İdarəsi araşdırırdı. Onu dindirən müstəntiqlər, bu müstəntiqlərə rəhbərlik edənlər indi İlqar Əliyevin ölümünü araşdırırlar. Niyə? Məgər onların başqa işləri yoxdur? Bu işi araşdırmaq üçün alıblarmı?”

Qeyd edək ki, İlqar Əliyev oktyabrın 17-də Eldar Mahmudov vəzifədən qovulandan sonra saxlamışdılar. Ona Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə ittiham elan etmişdilər. Sonradan Səbayel Rayon Məhkəməsinə aparılan İlqar Əliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş və BİT-ə göndərilmişdi. İlqar Əliyev hazırda BİT-də saxlanılan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov kimi sabiq nazir E.Mahmudovun qanunsuz göstərişlərini icra edən əsas fiqurlar hesab olunurdular./musavat/ Bu müddət ərzində İlqar Əliyevin ölüm işi bir neçə dəfə bir prokurorluqdan digərinə ötürülüb. Aldığımız məlumata görə, cinayət işinin “son dayanacağı” Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi olub.

Bu haqda aldığımız məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmət rəhbəri Eldar Sultanov sorğumuza cavab olaraq cinayət işinin Bakı Şəhər Prokurorluğundan alındığını təsdiqlədi: “İlqar Əliyevin intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir”.

İlqar Əliyev 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı kamerasında müəmmalı şəkildə dünyasını dəyişib. Onun ipdən asılı vəziyyətdə olan meyitini kamerasında aşkar ediblər. Meyiti Sabunçu Rayon Məhkəmə-Tibb Ekspertizasına aparılıb. Boğazında stranqulasiya şarımı müəyyən olunub. Ekspertlərin ilkin rəyinə görə, İlqar Əliyev boğulmadan dünyasını dəyişib. Onun bədəni üzərində gözlə görünən xəsarət izləri olmayıb. İlk baxışdan “İlqar Əliyev özünü asıb” demək üçün şərtlər var. Üstəlik, İlqar Əliyevin müəmmalı ölümündən 2 gün sonra elə həmin BİT-dəki kamerada dustaq Manaf Paşayevin də asılı vəziyyətdə olan meyiti aşkar olunub. Yeri gəlmişkən, M.Paşayevin İlqar Əliyevlə eyni kameranı bölüşmələri xəbəri də var. Manaf Paşayevin də meyiti Sabunçu Rayon Məhkəmə-Tibb Ekspertizasında müayinə olunub. Mərhumun meyiti üzərində gözlə görünən hər hansı bir xəsarət aşkar olunmayıb. Onun da İlqar Əliyevtək boyun üzvlərinin sıxılması zamanı əmələ gələn boğulmadan dünyasını dəyişdiyi haqda ilkin rəy verilib.

Amma nədənsə, hüquq-mühafizə orqanları 2 gün fərqlə baş vermiş müəmmalı ölüm işlərini ayrı-ayrı instansiyalarda araşdırmağa qərar veriblər. M.Paşayevin ölüm işi Bakı İstintaq Təcridxanasının yerləşdiyi ərazi aidiyyatı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırlmağa başlanıb. Lakin M.Paşayevdən 2 gün əvvəl meyiti Bakı İstintaq Təcridxanasından çıxan İlqar Əliyevin ölüm işinin araşdırılması Bakı Şəhər Prokurorluğuna həvalə olundu.
Hər iki iş üzrə Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlandı.

Belə xəbərlər də var ki, İ.Əliyevin ölüm işi mətbuatda “MTN işi” kimi keçən işlə eyni icraatda araşdırılır.

Bu xəbəri Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləməyib. Deyib ki, İ.Əliyevin ölüm işinin “MTN işi” ilə eyni icraatda araşdırılması haqda yayılan məlumatlar doğru deyil: “Həmin cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ayrıca icraatda istintaq edilir”.

“Xural” qəzetinin baş redaktoru, ilyarım BİT-dəki kamerada saxlanmış Əvəz Zeynallı “Yeni Müsavat”a bir müddət əvvəl verdiyi müsahibəsində İ.Əliyevin intihar etməsini şübhə altına alan faktlar açıqlayıb. Deyib ki, BİT-dəki kameralarda pəncərələr elə bir hündürlükdə deyil ki, oradan kimsə özünü asa bilsin. Ə.Zeynallı deyib ki, İlqar Əliyevin ölümündən sonra baş verənlər sanki onun ölümü ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirməyə deyil, əksinə, ölümün ört-basdır olunmasına, “MTN işi”nin ümumilikdə dar çərçivəyə salınmasına xidmət edir.

Həmin müsahibədən sitat: “İlqar Əliyev haqda əvvəllər dediyimiz versiyalar təsdiqlənməkdədir. Qəzetinizə əvvəlki açıqlamamda demişdim ki, İlqar Əliyevin kamerada özünü asması mümkün deyil. Bugünlərdə qəzetinizdə yazılanlardan öyrəndim ki, onun yaxınları da onun özünü öldürməsinə inanmırlar. Onun ailəsi də ölümünün təbii ölüm olmasına inanmadığı deyir. İlk gündən çox cidd-cəhdlə İlqar Əliyevin ölümü ilə bağlı məlumatları ictimaiyyətdən, media nümayəndələrindən gizlətməyə başladılar. Fikir verdinizsə, İlqar Əliyevin ölümündən sonra dünyasını dəyişən məhbusun onun kamera yoldaşı olması haqda mətbuatda bizim versiyalarımızın dərcindən sonra Penitensiar Xidmətdən açıqlama verildi. O açıqlama da natamam idi. Ümumi söz yığnağı idi. Yəni o adamın İlqar Əliyevin kamera yoldaşı olmadığını demək çox asandır. Digər tərəfdən də Bakı İstintaq Təcridxanasında kiminsə kamerasını dəyişmək çox asandır. Hər halda, son gəlişmə onu deməyə əsas verir ki, İlqar Əliyevin ölümü ilə bağlı məlumatların üzərindəki sirr pərdəsini götürməyəcəklər. Əksinə, getdikcə bu pərdənin qatlarını artırmaq istiqamətində iş gedir. Belə görünür ki, istintaq orqanı olayın təfərrüatlarını üzə çıxarmaq əvəzinə, daha çox ört-basdır olunmasına nail olmağa çalışır”.

Cinayət işinin Bakı Şəhər Prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər üzrə İstintaq İdarəsinə verilməsinə Əvəz Zeynallının münasibətini öyrəndik. Ə.Zeynallı bildirdi ki, İlqar Əliyevin ölüm işinin daha yüksək instansiyada araşdırlması nəticəyə təsir etməyəcək, iş açılmamış cinayət işitək arxivə göndəriləcək: “Məgər Sabunçu Rayon Prokurorluğunda İlqar Əliyevin ölüm işini araşdırmaq qabiliyyətində olan bir müstəntiq yox idi? Əslində iş əvvəldən Bakı Şəhər Prokurorluğuna tapşırılandan məsələ aydın idi”.

Ə.Zeynallı bildirib ki, İlqar Əliyevin ölüm işinin üstünün açılacağına inamır: “İlqar Əliyevin həbsindən sonra digər MTN-çilər kimi onun da işini Ağır Cinayətlərə Dair İstintaq İdarəsi araşdırırdı. Onu dindirən müstəntiqlər, bu müstəntiqlərə rəhbərlik edənlər indi İlqar Əliyevin ölümünü araşdırırlar. Niyə? Məgər onların başqa işləri yoxdur? Bu işi araşdırmaq üçün alıblarmı?”

Qeyd edək ki, İlqar Əliyev oktyabrın 17-də Eldar Mahmudov vəzifədən qovulandan sonra saxlamışdılar. Ona Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə ittiham elan etmişdilər. Sonradan Səbayel Rayon Məhkəməsinə aparılan İlqar Əliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş və BİT-ə göndərilmişdi. İlqar Əliyev hazırda BİT-də saxlanılan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov kimi sabiq nazir E.Mahmudovun qanunsuz göstərişlərini icra edən əsas fiqurlar hesab olunurdular./musavat/
Source : Musavat
Comment