0
Wednesday 22 June 2016 - 01:40

Rəsmi strukturlar Eldar Mahmudovun ölüm xəbərinə niyə susdu?

Story Code : 547725
Rəsmi strukturlar Eldar Mahmudovun ölüm xəbərinə niyə susdu?
Ləğv edilmiş MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun ölüm xəbərinin yayılması ciddi rezonansa səbəb oldu. Xəbər yayıldıqdan bir neçə dəqiqə sonra ölkənin aparıcı saytlarında manşet xəbərə çevrildi. Amma bu xəbərlə bağlı hələ indiyə qədər rəsmi mövqe yoxdur. Məhz bu məqam bir sıra suallar yaradır.

Ekspertlər bu tip xəbərin yayılmasını təsadüfi saymırlar. Onların fikrincə, bu tip addımın atılmasında məqsəd ictimaiyyətin nəbzini yoxlamaq olub. Yəni bu xəbər doğru çıxarsa cəmiyyətin, E.Mahmudov tərəfdarlarının reaksiyası necə olacaq. Ikinci bir səbəb kimi bu xəbərin E.Mahmudova hədə olduğunu düşünürlər. Yəni bu yolla E.Mahmudov apardığı mübarizədən kənarlaşdırılmağa çalışılır. Ən nəhayət, son səbəb kimi E.Mahmudovun dövlət xadimləri ilə bağlı vaxtilə çəkdirdiyi videoların yerinin tapılmağa çalışılmasıdır. Ekspertlərə görə, bu informasiyanın dövriyyəyə buraxılması ilə baş verə biləcək hadisələr nəzərdən keçirilib.

Amma başqa bir fərziyə də var.

Münasibətini öyrəndiymiz “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, E.Mahmudovun ölümü barədə xəbəri yaymaqla MTN-in keçmiş rəhbərinin qorxudulması niyyətini anlamır. E.Mahmudovla hakimiyyət arasında hazırda anlaşmanın əldə olunduğunu düşünən M.Əliyev vurğuladı ki, əgər E.Mahmudov özü çıxış edib bəzi məlumatları açıqlayacağını bildirsəydi və daha sonra bu cür xəbər yayımlansaydı, bunu anlamaq olardı. M.Əliyevin fikrincə, ortada konkret anlaşma olduğundan rəsmi strukturlar E.Mahmudovun ölüm xəbərinə reaksiya verməyiblər./azadliq/
Source : Azadliq
Comment