0
Thursday 18 August 2016 - 21:25

Zərdüşt Əlizadə: “Türkiyə, İran, Rusiya birliyi siyasi, hərbi addımlar ata bilər”

Story Code : 561496
Zərdüşt Əlizadə: “Türkiyə, İran, Rusiya birliyi siyasi, hərbi addımlar ata bilər”
Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, yaxın 10 il üçün İŞİD-in mövcudluğu ABŞ-a lazımdır: “İŞİD sirr deyil ki, ABŞ-ın kəşfiyyatının layihəsidir. Artıq bu gün hamıya məlumdur ki, Taliban, Əl Qaidə və s. kimi terror qruplaşması ABŞ-ın layihələridir. Müəyyən müddət nəzarətdə olur və sonradan nəzarətdən çıxır və nəticədə bu qruplaşma ilə mübarizə zərurətə çevrilir. Mübarizə apardıqda da ABŞ müttəfiqlərini köməyə çağırır. Bu müttəfiqlərdən biri də Türkiyədir. Türkiyə ABŞ-ın müttəfiqi olaraq qalacaq, buna heç kəsin şübhəsi olmasın.

Mən Rusiya, Türkiyә, İran arasında müəyyən alyansın yaranması perspektivini görmürəm. Sadəcə 3 müstəqil regional böyük dövlətin öz maraqları naminə müəyyən məsələlərdə əməkdaşlığını görürəm. Ölkələrin rəhbərləri görüşür, müəyyən müzakirələr aparır və hətta bu əməkdaşlığın hansısa təşkilatı forması da yaradıla bilər. Ola bilər çox mühüm iqtisadi, siyasi, hərbi addımlar da atılsın. Amma bu ölkələr arasında ciddi alyansın yaranması heç inandırıcı görünmür. Türkiyə Qərbin bir hissəsidir, NATO-nun üzvüdür. İran əlahiddə nə Şərqə, nə Qərbə aid olmayan bir müstəqil islami ölkədir. Rusiya da regional imperialist bir dövlətdir və öz maraqlarını qorumağa çalışır.

Bu 3 ölkənin İŞİD-lə mübarizə ilə bağlı səy göstərirlər. Amma İŞİD-lə bağlı Barak Obama öz sözünün deyib. O qeyd edib ki, İŞİD-lə mübarizə on illər ərzində gedə bilər. Yəni, yaxın 10 il üçün İŞİD-in mövcudluğu ABŞ-a lazımdır. Məsələn, Səddamla mübarizə çox qısa zaman kəsiyini əhatə etdi. Deməli ABŞ istəyir ki, Amerika qüvvələri 10 illər ərzində Yaxın Şərqdə mövcudluğunu qorusun”.
Source : Deyerler
Comment