0
Monday 22 August 2016 - 17:14

Robert Fisk: "Ərdoğan Əsədlə dostluğunu yeniləməyə hazırlaşır"

Story Code : 562345
Robert Fisk: "Ərdoğan Əsədlə dostluğunu yeniləməyə hazırlaşır"
Deyerler.org xəbər verir ki, Robert Fisk "Türkiyənin düşmənlərindən ibarət olan qara siyahı böyüməsinə baxmayaraq, Ərdoğan Suriyada Putinlə birlikdə hərəkət etməyə hazırlaşır" başlıqlı bir məqalə yazıb.

"Türkiyənin qara siyahısı özündə qəribəlikləri saxlayır. Türkiyə PKK-nı İŞİD-lə eyni siyahıya daxil edir. Eyni zamanda Suriyanın şimalında İŞİD-lə döyüşən YPG-ni də, PKK-nın tərkib hissəsində görür. Həmin YPG iə ABŞ-ın havadan verdiyi dəstəyilə İŞİD-ə qarşı döyüşür".

Fisk Əsədin siyahıya daxil edilməməsinin səbəbini Ərdoğanın böyük bir heyətlə birlikdə iki həftə əvvəl reallaşdırdığı Rusiya səfəri ilə əlaqəli olduğunu bildirib: "Suriya rejiminin Qaziantep terroru ilə birbaşa əlaqəsi olmasına çox az sayda Türkiyə vətəndaşı inanacaqdı. Ancaq Sankt-Peterburqa Çar Vladimiri görməyə gedəndən sonra, Sultan Ərdoğan, düşmənlərinin sayını azaltmalı olduğunu hiss etməyə başladı. Ankara ilə Dəməşqin - hər iki tərəfin güvəndiyi adamların vasitəçiliyilə gizlincə görüşdüyünə dair məlumat Türkiyədəki suriyalı müxaliflərini təşvişə salır".

Robert Fist Putinin Suriyadakı müharibədə Əsədin yanında mövqe tutmasının Ərdoğana təsir etdiyini qeyd edib: "Sultan bu səbəbdən Dəməşq şiri ilə olan keçmişdəki dostluğunu yenidən qurmağa səy edə bilərmi? Bundan əmin olun. Ərdoğan Qaziantep hücumu ilə bağlı kimi ittiham edirsə etsin, artıq normal vəziyyətə çevrilən bu vəhşiliyin, özünün icazəsilə Suriya müharibəsinə daxil olma qərarının birbaşa nəticəsi olduğunu görməyə məcburdur".

Fisk, məqaləsinin davamında Türkiyəni Pakistana bənzədib: "İŞİD-lə "masa altından" yaxınlaşan, kürdlərlə müharibəni yenidən başlayan və keçmiş ortağı, yeni əzəli düşməni Gülən tərəfindən planlaşdırılan dövlət çevrilişi cəhdindən sağ çıxan Ərdoğanın rəhbərlik etdiyi Türkiyə, Pakistanın 1980-ci illərin əvvəllərində Əfqanıstana ən çox mücahid göndərən ölkə olduğu vaxtlardakı vəziyyətinə hər keçən gün bir az daha çox oxşayır. Müharibə sona çatsa da, Suriyanın bir daha heç vaxt əvvəlki Suriya olmayacağı deyilir. Amma həqiqət budur ki, Türkiyə də bir daha əvvəlki Türkiyə olmayacaq. O gün gələndə, Türkiyənin prezidentinin kim olduğunu görmək isə maraqlı olacaq".
Source : Deyerler
Comment