0
Monday 7 March 2011 - 00:43

“11 Mart” reallaşacaqmı?

Story Code : 57952
“11 Mart” reallaşacaqmı?
“11 Mart” reallaşacaqmı?
Islam times.org/az/ - Son günlər həm dünya həm də Azərbaycan mediyasında ciddi şəkildə müzakirə olunan mövzulardan biri ölkəmizdə inqilabın reallaşması məsələsidir.

Düzdür, bir çox ekspertlərə bu o qədər də real görünmür və onlar öz açıqlamalarında bunu açıq aşkar bildirirlər. Amma buna baxmayaraq sözügedən mövzunun getdikcə aktuallaşmasını və bunun baş verəcəyi ehtimalını nəzərdən qaçırmaq lazım deyil.

Bu məsələyə aydınlıq gətirmək üçün isə hər iki versiyanın çatışan və çatışmayan cəhətlərinə nəzər salmaq lazımdır. Hər şeydən öncə bir məqamı xüsusi ilə vurğulamaq lazımdır ki, inqilabın artıq siyasi dairələr tərəfindən həm də ciddi şəkildə müzakirələr olunmasının özü mühüm əlamət sayılmalıdır.

Bunula belə hələ ki, çoxları belə bir ehtimalın Azərbaycanda reallaşmasına ciddi yanaşmırlar. Əsas arqumaent isə bundan ibarətdir ki, ərəb &
uml;lkələrində olduğu kimi Azərbaycanda toplumun birliyi oturuşmaq üzrədir.

Ateist rejimindən çıxmış cəmiyyətdə inanclı insanların azlıqda qalması da mühüm amildir və bu amil nəzərdən qaçırılmamalıdır. İnqilabın baş verməsi ölkədə tarixi təcrübəyə malik olması ciddi arqumentdir.

Digər bir amil isə Qərbin Azərbaycanda hazırki iqtidarın ciddi şəkildə siyasi səhnədən getməsinə maraqlı olmasıdır. Bütün bunlarla yanaşı sözügüdən ideyanın reallaşacağını təsdiqləyən arqumantlər də yox deyil.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın elə bölgələri var ki, orda haqsızlıq kifayət qədər oturub və ilk hərəkatın da məhz həmin ərazilərdən start götürəcəyini düşünmək olar. bundan başqa üzləşdikləri ədalətsizliklərdən bezərək bütün ümidlərini müxalifətə bağlayanların sayı da günü gündən artmaqdadır.

Son parlament seçk
lərindən sonra bu elektoratın sayı daha da artdı. Artıq Azərbaycan cəmiyyətində belə bir rəy formalaşıb ki, növbəti hakimiyyət bütün problemləri arxada qoyacaq.

Müxalifətin 11-12 mart çağrışlarından sonra əsasən bölgəlrdə kütləvi hazırlıqlar gedir. Əsas Naxçıvan Muxtar Respublikası, cənub bölgəsi, hal -hazırda proseslərin start götürdüyü Saatlı, Sabirabad rayonlarında sakinlərin kütləvi şəkildə bu aksiyalara qoşulmaları proqnozlaşdırılır.

Artıq paytaxt Bakı küçələrinə yaşayış binalarının, tikintilərin divarlarında aksiyalara həvəsləndirici yazılar müşahidə olunur. Yasamal, Nəsimi, Nərimanov rayonlarında, Bakı Dövlət Universitetinin ətrafındakı binaların və iaşə obyektlərinin divarlarında “Qalx ayağa, azad ol” , “Hamı bir nəfər kimi” və digər təhrik edici yazılar görünməkdədir.

Bu kimi təbliğatların əsası və ən ciddisi “Facebook” internet şəbəkəsində parılır. Məlum olduğu kimi Misir və Tunisdə reallaşan inqilabların əsas mənbəyi bu tipli saytlar olmuşdur. Misirdə bu gün də inqilabın banisi kimi “Facebook” istifadəçisi Camal adlı bir gənc hesab olunur.

Son müşahidələr göstərir ki, “Facebook” un Azərbaycan istifadəçiləri də artıq bu kimi addımları atmağa başlayıblar.
Sonda bunu da xatırladaq ki, Azərbaycan müxalif partiyaları 11 mart tarixini ümumrespublika qəzəb günü kimi elan ediblər.

Analitik şöbə
Reporter :
Source : IslamTimes
Comment