0
Wednesday 12 April 2017 - 00:32

Azadlıq istəyirəm!

Story Code : 626926
Azadlıq istəyirəm!
Hər dövrün özünün "yezidi" və "yezid"in batil üzün göstərən Huseyni var! Çox təəssüf ki, bu gün ən möhkəm əqidə olan Şiə məssbi parçalanmaq üzrədir.
Alimlərimiz haqq söz deyirlər və "yezid" xislətli olanlar onların haqq sözlərin boğmaq üçün həps edib zindanlara salırlar. Digər alimlərimiz "qorxaraq" öz ruhani qardaşının bu hərəkətinə "Tələsdi" adı verərək özün təmizə çıxarır və "tələsən" ruhani qardaşının 20 ilinə şükür etməklə sevincini bildirib deyir ki, "yaxşı ki, ömürlük vermədilər".

Məscid sökmək istədilər.

Məscid müdafiəsinə qalxan Hacı Abgül Süleymanov və Hacı Mövsüm Səmədov belə haqsızlıqlara dözmüyüb yatmış Huseynçiləri yuxudan durğuzmaq üçün öz azadlıqlarından keçdilər və daha sonra bir çox ruhanilərimiz və inanclı qardaşlarımız bu haqq yolda meydana atıldılar.
Bu yolda ilk şəhidimiz Hacı Vaqif zindanda şəhadətə yetişdi, Hacı Kamran Seyyidov üzə durmasın deyə özünü asaraq öldürdü, Asim Məmmədovun meyidi dənizdə tapıldı, və daha nələr…….
Hacı Tale Bağırzada, Hacı Zülfüqar Mikayılzadə, Seyyid Elman, Kərbəlayi Elçin və bir çox ruhani qardaşlarımız haqqı dedikləri üçün, böyük zindandan kiçik zindana düşdülər.

Kimlər Ruhani həpsinə görə "tələsdi" dedilərsə, Allah onları Məscid müdafiəsində imtahan etdi!

Bu gün Hacı Cavad Məscidi sökülmək üzrədir. Gəlin əl-ələ verib bütün məssəb birləşək, gəlin bütün müsəlmanlar birləşib məscid sökmək istəyənlərə səhv olduqların göstərək.
Bir daha kiminsə Haqq sözünü "Tələsdi" sözüylə əvəz etmiyək.
Kimlər Ruhani həpsinə görə "tələsdi" dedilərsə, Allah onları Məscid müdafiəsində imtahan etdi!

Bu gün Hacı Tale Bağırzadəni vəhdətə görə şərləyib tutanlar, sabah səni qorxaqlıqda vətəndən didərgin salacaqlar.

Məscid Allahın evidir və hər birimiz məscidə görə şəhadətə hazırıq.
Keçməyin qırmızı xətti.

Hər birinizi Allahın imtahanından üzü ağ çıxmağı arzu edirəm.
Mən Azadlıq istəyirəm!

Seyyid Abdul Xaliq Ceferi.
Source : facebook
Comment