0
Sunday 10 April 2011 - 12:43

33 günlük müharibənin üçüncü mərhələsi

Story Code : 64336
33 günlük müharibənin üçüncü mərhələsi
33 günlük müharibənin üçüncü mərhələsi
Tunisin Buzeyd meydanında inqilabın ilk qığılcımından 4 ay sonra yaxın şərqdə inqilab sırası hansı forma alıb? Xüsusi ilə Tunis və Misirin iki diktatorunun süqutundan sonra Amerika və Qərbin son iki aydakı müdaxilələri gözlənilməz deyildi. Son 4 ayda baş verənlər qərbin yaxın şərqdə məqsədləri ilə bağlı tam təsəvvür yardır. Bu təbəddülatlar göstərdi ki, Amerika və onun müttəfiqləri bıçaqları kəsən yerdə qətliamdan çəkinən deyillər. Digər tərəfdən aydın oldu ki, kinlərinə baxmayaraq bıçaqları hansı həddə kütləşib.

Amerikalılar yerlərindən tərpənincə Misirin cilovunu əldən çıxardılar. Mübarəkin süqutuna iki həftə qalmış PBS agentliyinin müxbiri Amerika prezidentinin müavinindən soruşdu: “Mübarəkin istefasının vaxtı çatıbmı? Siz onu diktator sayırsınızmı? Co Bayden soyuqqanlılıqla cavab verdi: “Xeyir, vaxtı çatıb ki, Mübarək yeni bir yola qədəm qoysun. O bir çox məsələlərdə, o cümlədən yaxın şərqdə bizim müttəfiqimizdir. O çox məsuliyyətlə işləyir. Biz onu diktator saymırıq." 

Bayden bu sözləri 7 bəhməndə (1389) deyib. Cəmi iki həftə sonra Mübarək Şərmüş-Şeyxə qaçdı və hakimiyyətdən uzaqlaşdı. Beləcə, aydın olur ki, Amerikanın planları necə qüsurludur. Amerika elə ilk addımda böyük zərbə aldı. Sonra Yəmən, Bəhreyn və Liviyada tufan qopdu. Əslində Amerika heyrət içində hərəkətə başladı. Tunis və Misirdə iki böyük zərbə aldı. Məcbur qalıb mövqeyini dəyişdi. Sonra inqilabların mahiyyətini dəyişməyə çalışdı. 1979-cu il İran İslam inqilabının təkrarlanması ehtimalı kabusa çevrildi. Buna görə də informasiya müharibəsi ilə yanaşı millətləri susdurmağa çalışdılar.

Müəllif: Məhəmməd İmani
“IslamTimes” – Tərcümə şöbəsi
Davamı var...
Comment