0
Thursday 26 April 2018 - 13:25

Tramp sağmal inəyini təhqir etdi: Bin Salmanın biti var

Story Code : 720818
Tramp sağmal inəyini təhqir etdi: Bin Salmanın biti var
“Əl-Əhd” xəbər agentliyinin Amerikanın Konqres nümayəndələrinə istinadla verdiyi məlumata görə, Donald Tramp Ərəbistan vəlihədi Məhəmməd bin Salmanın bitli olduğunu deyib.
Əlbəttə, bu Trampın onu ilk təhqiri deyil. Tramp bundan qabaq da Ərəbistana “sağmal inək” demiş və Ağ Evdə vəliəhdlə görüşündə “bizdən daha çox silah alın” deyə, onu bərk təhqir etmişdi.
Ərəbistan vəliəhdinin kral olmaq üçün öz yaxınları ilə sərt rəftarını təhlil edən qəzetin eksperti yazıb: “Məhəmməd bin Salman hal-hazırda qayıtması mümkün olmayan bir yerə çatıb. O, Trampdan başqa heç kəsin ona nicat verə biləcəyinə inanmır. Tramp da onun düşdüyü vəziyyətdən tamamilə xəbərdardır və bilir ki, şahzadə yumurtalarını təkcə onun səbətinə qoyub.”
Təhlilçi Bin Salmanın Amerika dövlətindən bərk asılılığını izah edərək yazıb: “Ərəbistan vəliəhdinin acınacaqlı vəziyyəti Trampa icazə verir ki, çox asanlıqla kamera qarşısına çıxaraq Ərəbistan şahzadəsinin Amerikaya pul verməli olduğunu desin.”
Ekspert əlavə edib: “Bin Salmanın ötən ay Vaşinqtona baş tutan səfərində Tramp onun yanında oturduğu bir halda Ərəbistanın Amerikadan silah alqısının siyahısı və onunla Vaşinqtonun gördüşü işlərə aid bir tablonu jurnalistlərə göstərdi və onun rəqəmlərini bir-bir oxuyaraq Məhəmməd bin Salmanı təhqir edərək dedi: Bu sizin üçün elə böyük ədəd deyil. Daha çox silah alın.
Bu hərəkətdən sonra kral ailəsinin üzvlərindən biri “CNN”-ə verdiyi müsahibədə Ərəbistan vəliəhdinin bu hərəkəti gözləmədiyi üçün özünü bərk təhqir edilmiş sandığını dedi.”
“Əl-Əhd” qəzeti məqalənin davamında Amerika Konqresinin nümayəndələrindən birinin sözlərinə istinadla Trapmın yenidən Bin Salmanı təhqir etməsinə işarə edərək yazıb: “Ərəbistan vəliəhdi və Donald Tarampın ötən ay Ağ Evdə görüşündən sonra Tramp işçilərinə tapşırıq verib ki, Məhəmməd bin Salmanın toxunduğu, ya oturduğu bütün stul və mebelləri diqqətlə araşdırsınlar. Əgər Bin Salmanın bit-birəsi orada qalsa onu təmizləsinlər.”
Source : Nur.az.com
Comment