0
Tuesday 19 June 2018 - 16:18

13 yaşlı iranlı şəhidin kitabı və Mövsüm Səmədov

Story Code : 732323
13 yaşlı iranlı şəhidin kitabı və Mövsüm Səmədov
13 yaşlı iranlı şəhidin kitabı və Mövsüm Səmədov
Dini dükanlarımızda satılan və 13 yaşında İraq-İran müharibəsində iştirak edən bir şəhiddən bəhs edən bir kitab bəzilərini “narahat” edib. Narahatlıq bundan ibarətdir ki, nə üçün öz şəhidlərimiz haqqında bir kitaba dini mağazalarımızda rast gəlinmədiyi halda İranda yaşamış 13 yaşlı bir uşağın haqqında yazılmış kitab tərcümə edilib satılır. Əslində məntiqsiz yanaşma olduğu məlumdur. Bu işi bu qədər qabardanlar bir həqiqəti anlamalıdır ki, şəhidin milliyyəti, sərhədi olmur. Şəhidin iranlısı, azərbaycanlısı olmur. Məsələn, bildiyimiz kimi mərhum şəhidimiz Mübariz İbrahimov haqqında Türkiyənin hərbi həyatından bəhs edən filmlərində fraqmentlər var. Fraqmentlərdə Türkiyə əsgərləri (mehmetçiklər) qəhrəmanımızdan ağız dolusu danışırlar. Bununla fəxr etmirikmi? Edirik! Kimsə narahat olub deyirmi ki, nə üçün azərbaycanlı şəhid bizim ölkəmizin seriallarında xatırlanır? Çünki normal düşüncəli adam fikirlərşir ki, əgər bu insan din, vətən uğrunda şəhid olubsa bütün vətənpərvər, din, vətən qeyrəti çəkən insanlara nümunə olmalıdır.
Təəssüflər olsun ki, ölkəmizdə hətta efir səviyyəsində də bu cür nöqsanlara yol verilmişdir. Zaman-zaman məhərrəm aylarında efirə dəvət edilən tanınmışlardan bəzisi “nə üçün biz ərəbin şəhidinin matəmini qeyd etməliyik” demişdir. Onlar anlamırlar ki, İmam Hüseyn (ə) bütün bəşəriyyət üçün örnəkdir.
Təbii ki, bizim efir məkanımız bərbad gündə olduğu üçün şəhidlərə də doğru – düzgün qiymət verilmir.
Ümumilikdə isə bizdə şəhadət məktəbi yetişdirilmir. Bəlkə yeganə ölkəyik ki, müharibə veteranları üstünə benzin töküb özünü yandırır, əksəriyyətin tükü belə tərpənmir. Biz dəfələrlə yazır, xalqa çatdırırıq, amma görünür çoxlarının vecinə deyil.
Uzun müddətdir ölkəmizdə şəhidlik, şəhadət barədə bir kinoya, xəbərə, dini, mənəvi proqramlara rast gəlinmir. Hətta bəzən hansısa hərbi verilişlər efirə veriləndə də orada məzəli səhnələr olur, gülüb keçirik. Bu səbəbdən də Qarabağımız uzun illərdir işğal altındadır. Təsəvvür edin bir xalqın ən baxımlı verilişi “Maşın şou”dursa bu xalqdan Qarabağı alan çıxarmı?! Xalqa şəhadət məktəbi təbliğ edilməlidir.
İkinci dərəcəli məsələ ondan ibarətdir ki, şəhadət məktəbini təbliğ etmək üçün ruhanilərimizə efir məkanı verilməlidir. Bunu da biz dəfələrlə bildirmişik. Amma bir tədbir görən yoxdur. “Şəhadət” sözü bildiyimiz kimi ərəb sözü olsa da dini mətnlərdə çox işlənmişdir. Ümumiyyətlə bu söz dini termin kimi dillərdə əzbər olub. Şəhadət məktəbini də məhz ruhanilər irəli aparmalı, xalqa başa salmalıdır. Dövlət hətta ruhanilərə yalvarmalıdır ki, insanları bu ruhda tərbiyə etsinlər. Təəssüflər olsun ki, biz ölkəmizdə bunun əksini görürük. Hətta Aşura günləri bir para üzüqara tapılır ki, azyaşlıların Aşura mərasimlərində iştirakının qarşısını almağa çalışırlar. Sözünü etdiyimiz kitabda haqqında bəhs edilən qəhrəman 13 yaşlı bir uşaqdır. Kərbəlada da İmam Həsənin (ə) oğlu və 13 yaşında olan Qasim (ə) var idi. O ölümü baldan şirin hesab edirdi. Çünki bu ölüm Allah yolundadır.
Ölkədə uşaqlarını konsertlərə, şoulara aparanlara heç kim bir söz demədiyi halda dini mərasimlər bəzilərinin gözünə girir. Bundan əlavə biz ruhanilərə şəhadət məktəbini təbliğ etmək üçün şərait yaratmamağımız bir yana üstəlik ruhanilərimizi həbs edirik, şərləyirik. Mövsüm Səmədov kimi ruhanilərimiz var ki, hərbi xidmətdə əsgər və zabit kimi xidmət edib. Din tələbələrimiz var ki, vətən üçün canını qoyub hərbi xidmətdə iştirak edib. Amma bu gün onlara nəinki lazımi qiymət verilmir, hələ bir şərləyir, norkamanlıqda ittiham edirlər.
Mövsüm Səmədovun bir neçə gün bundan öncə ad günü idi. Ad günlərini hələ də həbsdə qeyd edir. Amma maraqlıdır ki, heç kim onun vətən xaini, dövlət düşməni, xarici ölkələrin maraqlarına xidmət edən bir insan olduğuna inanmır. Kimlərsə qorxudan səsini çıxartmaya bilər. Amma səsini çıxardan da, azadlığını tələb edən də, çıxarmayan da gözəl bilir ki, o cür insanlar vətənpərvər, dinpərvər insanlar olurlar. Bu cür ruhanilərimizin, tələbələrimizin qədrini bilməliyik. Onlar dini sahədə təhsil alıb müqəddəs dinimizi bildikləri qədər bu dinə əməl etmənin zəruri olduğunu da gözəl bilirlər. Yəni həm nəzəri olaraq həm də praktiki olaraq Allaha bəndəlik edirlər. Bu insanlar təkcə dildə “vətəni sevmək imandandır” hədisini zikr eləmir, təkcə minbərlərdə deyil, əməli olaraq da bu hədisi gündəmə gətirirlər. Bu cür insanları sevmək, qədrini bilmək lazımdır. Allaha and olsun ki, sabah “Maşın şou”da iştirak edən əxlaqsız deyil, bu cür insanlarla Qarabağı qaytara biləcəyik.
Source : Nur-az.com
Comment