0
Monday 18 July 2011 - 16:31

Ərəbistanda uzunmüddətli islahatlar ABŞ-ın xeyrinə deyil

Story Code : 85782
Ərəbistanda uzunmüddətli islahatlar ABŞ-ın xeyrinə deyil
Ərəbistanda uzunmüddətli islahatlar ABŞ-ın xeyrinə deyil
Saban mərkəzinin təşkilatçılığı ilə keçirilən telekonfransda əsas mövzulardan biri Ərəbistanda islahatlar olub. Telekonfransda mərkəzin rəisi, aparıcı üzvləri və qonaqlar iştirak edib. Konfrans Ərəbistanda demokratiyanın inkişafı naminə yeni yolları müzakirə edib. Cari il iyun ayının 28-də Saban mərkəzi adı çəkilən müəssisədə siyasi toplantıya rəhbərlik edib. Bu toplantıda mərkəzin analitiki Li Nolan, idarə heyətindən Mişel Duran və Rocer Hertuq iştirak ediblər. İclasın əvvəlində mərkəzin rəisi Ken Pulak qısa çıxış edib. Vaşinqton və Duhə şəhərlərini əhatə edən telekonfransda müzakirələr aparılıb.

Ərəbistanda islahatlara nəzarət olunur. Amma hələ də görüləsi işlər var

Konfrans iştirakçılarının əsas müzakirə mövzularından biri Səudiyyə Ərəbistanını inqilab dalğasından qorumaq olub. Hansı ki, bu inqilab bütün Yaxın Şərqi əhatə edib. Natiqlərdən biri sözünün əvvəlində bildirib ki, Ərəbistan hazırkı vaxtadək islahatların öhdəsindən gəlib və onu çərçivədə saxlaya bilib. Bunun əsas səbəbi hökumətin legitimliyinin möhkəm əsaslara malik olmasıdır. Natiq bildirib ki, Ərəbistanın hələ də görüləsi işləri çoxdur. Problemlərdən biri gənclərin gözlənilməz say artımı və işsizliyin yuxarı göstəricisidir.

Ölkədəki islahatlarda alimlər və ziyalılar təsirlidir

Natiq söhbətinin davamında qeyd edib ki, ölkədə islahatlara təsirli bir neçə müxalif qrup da var. Onlardan biri din alimləri və tələbələrdir. Bu sinifdə birlik o qədər də nəzərə çarpmır. Onların ifratçı qanadı Səhva adlı hərəkata başlamaq tərəfdarıdırlar. Onlar bu yolla hökumətə təzyiq göstərib şəriət qanunlarını işə salmaq istəyirlər. Cəmiyyətdə kiçik bir ziyalı qrupu da var. Bu qrupun siyasi fəallığı olmasa da, hökumətdən islahatlar tələb edib.

Problemlərin
həll yolu: Pul və məqam


Uzun illərdir ki, Səudiyyənin saray xadimləri böhranları yatırmaq üçün iki yoldan faydalanırlar: Xalqı maddi yardımlarla aldatmaq, alimlərə vəzifə verməklə onları susdurmaq. 1979-cu ildən başlayaraq Məscidül-Həramda böhrandan sonra təhsil sistemində bir dönüş həyata keçdi. Təhsildə dini mövzular dünyəvi elmləri önəmlədi. Nəticədə təhsilli gənclərin istəkləri ilə yaranmış şərait arasında uyğunsuzluq gündəmə gəldi.

Ərəbistan xarici amillərdən çox ölkə daxilinə diqqət yetirməlidir

Səud rejiminin ərəb hərəkatına reaksiyası sabiqlərin yolundan fərqlənmədi. Bir tərəfdən alimlərə iş verildi, digər tərəfdən xalqa pul paylandı. Bəhreynə ordu yeritməklə xaricdə qüvvə nümayiş etdirən rejim ölkə daxilində müvəffəq görünmür. Ölkədə demək olar ki, fövqəladə vəziyyətdir. Ölkənin şərqində şiə məntəqələrində məhdud da olsa etiraz aksiyaları deyilənləri təsdiqləyir.

Amerika ilə Ərəbistan arasındakı neft əvəzində təhlükəsizlik razılaşması qüvvədədirmi?

Toplantıda ikinci mövzu iki mühüm sualla yadda qaldı: Ali-Səud rejimi ərəb inqilablarından nəticə çıxarıbmı? Neft əvəzində təhlükəsizlik müqaviləsinin ömrü sona yetibmi? Belə görünür ki, hər iki sualın cavabı mənfidir.

Ərəbistan parçalama siyasətindən istifadə etdi

Bu günə qədər Ali-Səud rejimi ən çox “parçala, hökm sür” siyasətindən faydalanmışdır. Əlbəttə ki, öncə qeyd etdiyimiz üsullar da öz qüvvəsində qalır. Həmin üsullarla paralel olaraq islahat tələb edən qüvvələr arasında parçalanma yaradılmış, hər qrup üçün fərqli hədəflər təlqin edilmişdir. Rejim bu prosesi belə aparır: Şiə ittihamı ilə etirazçıları ləkələmək. Ərəbistan dövləti İrandan təhlükə
hiss etdiyi üçün şiə casusları adı altında müxalifəti susdurmağa çalışır.

ABŞ rejimə, yoxsa inqilaba dəstək verməlidir?

ABŞ-la Səudiyyə Ərəbistanının münasibətlərini nəzərə aldıqda görürük ki, hazırkı vəziyyətdə iki ölkə arasında gərginlik yaşanır. Ali-Səud rejimi ABŞ-dan tələb edir ki, mövcud rejimin tərəfdarı olaraq məntəqədə dəstək versin. Amma rejim hiss edir ki, Amerika bu rolu ifa edə bilmir. Ərəbistan dövləti bu əqidədədir ki, 2003-cü ildə Buş dövləti tərəfindən İraqın işğalı Ağ Evin iqtidar yox, inqilab tərəfdarı olduğunu göstərir. Beləcə, Obama dövlətinin ərəb inqilblarını dəstəkləməsi Ali-Səud rejimini çaşdırdı və Vaşinqtonla Riyaz arasında rabitələr zəiflədi.

Amerikanın siyasətləri ilə fəaliyyətləri eynidirmi?

Toplantıda çıxış edən natiqin sözlərinə görə Ali-Səud rejiminin səhvi budur ki, Ağ Evin siyasətini düzgün dəyərləndirmir. Əslində ABŞ mövcud vəziyyətə müxalif qüvvə olmaq istəmir. Zahirdə demokratiyadan danışan Ağ Ev təcrübədə fərqli rəftar edir. Bəhreyn, Yəmən, Suriyadakı fəaliyyətlər Misir və Liviyadakı fəaliyyətlərdən fərqlənir.

ABŞ və Ərəbistanın müştərək hədəfləri var

Natiq sonda bildirdi ki, iki dövlət arasında ziddiyyət yaransa da, mövcud vəziyyətdə müştərək mənafelər var. Məsələn, Əl-Qaidə ilə bağlı baxışlar iki dövləti yaxınlaşdırır. İranın məntəqə dövlətlərinə təsiri də hər iki tərəfi narahat edir. Natiq söhbətini belə başa vurdu: “Böyük təbəddülatların qarşısını almaqla keçmiş rabitələr yenidən bərpa olunur.”

Ərəbistanın məntəqədə rolunu yalnız pul gücləndirə bilər

Toplantıda çıxış edən iki natiq iştirakçıların suallarını cavablandırarkən Ərəbistanın məntəqədəki rolu ilə bağlı açıqlamalar verdilər. Natiqlərdən biri
bildirdi ki, həmişə ehtiyatla davranan Ali-Səudun məntəqədəki inqilaba zidd qüvvələri himayə etməsi bizim nigarançılığımızı artırır. Hər iki natiq bu mövzuda yekdil rəy bildirdi. Natiqlərdən biri qeyd etdi ki, Səudiyyənin məntəqədə rolunu artıra biləcək yeganə amil pul ola bilər.

Ali-Səud ailəsini nə gözləyir?

Natiqlərdən biri qeyd etdi ki, Ərəbistanın siyasi quruluşunda dönüş nöqtəsi yaranma ehtimalı var. Dini bir qrumun hadisələrdə önə çıxması həmin dönüş nöqtəsi ola bilər. Digər natiq belə bir fərziyyə irəli sürdü: Ali-Səud səltənətində ailənin hər üzvü cəmiyyətdə xüsusi bir qrupa arxalanır. O biri natiq bildirdi: “Məlik Abdullahdan sonra hakimiyyətə gələcək kral islahat yolunu bağlasa, ölkədəki gənclik ayağa qalxacaq.

Səudiyyə Ərəbistanının uzunmüddətli demokratik islahatlar yolunu tutması ABŞ-ın xeyrinədirmi?

Natiqlərə belə bir sual ünvanlandı ki, Amerika Ali-Səud rejimini hansı yolla demokratik islahatlara sövq edə bilər? Natiq bu mövzunun özünü sual altına alaraq dedi: “Ərəbistan rejimini demokratiyaya sövq etmək ABŞ-ın xeyrinədirmi? Sonra qeyd etdi ki, əgər məntəqədə sabitlik ABŞ-ın xeyrinədirsə, demək demokratiya Ağ Evin tərəfindən arzulana bilməz. Demokratik dəyişikliklər əvəzinə azad bazar iqtisadiyyatına keçid ABŞ üçün daha faydalıdır. Natiq bildirdi ki, Amerika həqiqi siyasi islahatlar əvəzinə siyasi jestə üstünlük verə bilər. O biri natiq qeyd etdi ki, Ərəbistanın kralının bəzi islahatlara meyli ABŞ-ın xeyrinədir. Amerika dərk etməlidir ki, iqtisadi islahatlar və təhsil islahatları siyasi islahatlar qədər həssas mövzudur. Natiq bildirdi ki, Ali-Səud rejimi iş yerləri açmaq və sabitlik yaratmaq məqsədi ilə təhsil islahatları yönündə addım atmaqdadır. 

"IslamTimes" - Tərcümə şöbəsi
Source : Fars İnformasiya Agentliyi
Comment