0
Monday 27 July 2009 - 11:08

SIONISTLƏRIN AZƏRBAYCANDA YENI PLANI

Orxan Ələmdar
Story Code : 8769
SIONISTLƏRIN AZƏRBAYCANDA YENI PLANI
Yəqin ki, hamı məqalənin başlığını oxuyan kimi tez fikirləşəcək ki, görən bu sionistlər yenə İslam dünyası və ümməti üçün nə fikirləşib. Amma haqqında bəhs edəcəyimiz bu yeni planı Azərbaycanda, xüsusən də Bakıda yaşayan insaların əksəriyyəti müşahidə edib. Lakin çoxları müşahidə etdikləri hadisənin sionistlərin yeni planı olduğunu bəlkə də bilmir və bunun heç fərqinə də varmır. Sionistlərin dünya üzrə planlarının davam etməsi heç kim üçün qaranlıq olan məsələ deyil. Müxtəlif ölkələrdə müxtəlif vasitələrə əl ataraq İslami gözdən salmaq niyyətində olan sionizm ideologiyası, bu dəfə daha iyrənc, daha primitiv üsula əl atıb. Bundan əvvəl paytaxtda fəaliyyət göstərən gecə klublarında işləyən və əxlaqsızlıqla məşğul olan insanlara maliyyə vəsaiti təklif edərək onları öz qurbanlarına çevirmişdilər. Qadınlara rəddolunmaz məbləğ təklif edərək onlara çadra və İslami geyimlər verir və Bakının mərkəzi küçələrində yerləşən parklarda əxlaqsızlıqla məşğul olmağı tapşırırdılar. Bunun nəticəsidir ki, ölkə ictimaiyyətində müəyyən qədər hicablı şəxslər gözdən düşmüş və təzyiqlərə məruz qalmışıar. Misal üçün əhali içində geniş yayılan "Əşi başıbağlılar o qədər oyundan çıxırlar ki?" sözləri bunu təsdiq edir. Avam camaat başıbağlı qadının hardasa əyləşib əxlaqsız hərəkətlər etməsini bunun sionist ideyasının bir planı olduğunu heç vaxt düşünə bilmir. Bax elə bu cür cəmiyyətdə İslam müxtəlif insanların təzyiqinə məruz qalır.

Haqqında bəhs edəcəyimiz yeni mövzu isə yenə xanımlar, yenə hicab barəsindədir. Yəqin ki, Bakı şəhərinə qonaq gələn İran vətəndaşlarına paytaxtın müxtəlif
yerlərində rast gəlmisiniz. Rast gəldiyiniz iranlılar arasında yəqin ki, ilk baxışdan yaxşıları da olub, pisləri də. Bəhs edəcəyimiz mövzu məhz geyimi, davranışı və rəftarı ilə biz azərbaycanlılarda pis fikir yaradan iranlılar barəsindədir. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, paytaxt Bakının gur yerlərində geyimi, çadrası ilə bizlərdə nifrət yaradan iranlılar yenə sionist ideyasının muzdla ölkəmizdə iş yerinə yetirən qurbanlarıdır. Aldığımız xəbərə görə, İranda yaşayan və əxlaqsızlıqla məşğul olan qadınlar sionist qurum və orqanlar tərəfindən Azərbaycana müəyyən vasitələrlə gətizdirilərək ölkə əhalisində İran xalqına və İslam dəyərlərinə nifrət yaratmaq istəyir. Bakının mərkəzi küçələrində çadrası, geyimi, rəftarı, danışığı ilə əxlaqsız qadın təəssüratı oyadan bu insanlar iranlılar olsa da, Azərbaycanda vəzifə yerinə yetirən sionist İsrailin qurbanlarıdır. Bu insanlara baxdıqda sadə İran vətəndaşı ilə əxlaqsız arasında fərq qoymaq bizim üçün önəmlidir. Bilməliyik ki, burada təkcə İslam ölkəsinin gözdənsalma planı deyil, eyni zamanda İslama və onun dəyərlərinə qarşı iyrənc bir üslubda kampaniya aparılmaqdadır. Bizim isə həmişə mənəvi dəyərlərə önəm verən Azərbaycan xalqından istəyimiz budur ki, bütün bu sadaladıqlarımıza ayıq başla yanaşıb, yaxşını pisdən ayırmaqda çətinlik çəkməsinlər. Bu cür əxlaqsızla məşğul olan insanları İslamın bir parçası kimi qəbul etməyib, əslində sionzimin tərkib hissəsi olduğunu başa düşsünlər. Bu cür insanlar daim İslama ləkə salmağa çalışıblar, amma zaman hər şeyi həll edərək onları elə öz çamurlarında batırıb. Allah bu cür insanlarla mübarizədə bizlərə səbr versin. Amin!
Source : Faktxeber.com
Comment