0
Monday 24 August 2009 - 22:21

YƏMƏN HÖKÜMƏTININ YAYDIĞI XƏBƏRLƏRIN ƏKSƏRIYYƏTI DEZINFORMASIYADIR

Story Code : 10433
YƏMƏN HÖKÜMƏTININ YAYDIĞI XƏBƏRLƏRIN ƏKSƏRIYYƏTI DEZINFORMASIYADIR
Əl Cəzirə telekanalına məlumat verən Əl Husi inqilabçılarının rəsmilərindən biri Yəməndə hökümətin Hərbəl Sufyani bölgəsini ələ keçirməsi və 100 inqilabçının öldürülməsi xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib.

Əbdülməlik Əl Husi dəstəsinin rəsmisi hələ ki, heç bir ələ keçirilmiş nöqtəni Yəmən və Səudiyyə ordusuna təslim etmədiklərini bildirib.

Əl Husi dəstəsinin rəsmisi Yəmən hökümətinin "İranın inqilabçılara yardım etmə" ittihamlarını da yalanlayaraq əslində Səudiyyə ordusunun Yəmən rejiminə kömək etdiyini önə çəkib.

Nəzərinizə çatdıraq ki, 2004-cü ildə şiə qiyamçılar hökümətin şiələrə qarşı siyasətinə etiraz edərək qiyama başlamış, qiyamın lideri Huseyn Əl-Husi hökümət tərəfindən öldürülmüşdür. Daha sonra şiə dəstəsinə öldürülən liderin qardaşı Əbdülməlik Əl Husi rəhbərlik etmiş,ara-sıra döyüşlər də qeydə alınmışdı.

Lakin 2007-nin may aylarında hökümət şiələrin kəndlərinə hücum etməsindən sonra böyük gücə malik şiələr 2 hərbi hissəni ələ keçirmiş, qırıcılar və vertolyotları toplar vasitəsilə zərərsizləşdirmişlər.

Hökümət tez bir zamanda atəşkəs təklifi üçün İran İslam Respublikasının rəhbəri Seyyid Əli Xameneiyə xahiş məktubu yazmışdır. İranın vasitəçiliyi ilə 2007-ci ilin iyun ayında Qatarda atəşkəs razılaşması bağlanmasına baxmayaraq atəşkəs adətən dövlət qoşunları tərəfindən pozulur.
Source : İslam-Azeri.az
Comment