0
Saturday 8 October 2011 - 22:06

Guardian: Britaniya hərbi cinayətkarların rahat yuxusuna yardımçı oldu

Story Code : 104769
Britaniya
Britaniya
Britaniya qəzetlərindən biri sionist hərbi cinayətkarların təqibini nəzərdə tutan qanun barədə yazıb. London artıq bu qanunun fəaliyyətini dayandırıb. Qəzet yazır ki, Britaniya hökuməti bu addımı ilə hərbi cinayətkarların rahat yuxusuna yardımçı oldu.

Sionist rejim başçıları

"FarsNews" informasiya agentliyi İngiltərənin “Guardian” qəzetinə istinadən bildirir ki, sionist rejim bu vaxtadək BMT-nin qətnamələrinə məhəl qoymadan cinayətlərini davam etdirib. Məqalənin müəllifi Maykl Menzfilddir. Müəllif yazır ki, sinonist rejim hətta işğal olunmuş ərazilərdə sədd çəkilməsini qadağan edən beynəlxalq qanuna məhəl qoymayıb.

İsrail özünü qanundan yuxarı görür

“Guardian”
yazır: Əgər siz Fələstin torpaqlarının işğalını, işğal olmuş torpaqlarda yəhudi yaşayış məskənlərinin salınmasını, fələstinlilərin evlərinin dağıdılmasını, su mənbələrinin müsadirəsini, Qəzzənin mühasirəsini İsraildən kənarda yəhudilərin törətdiyi terrorları yada salsanız, əmin olarsınız ki, Tel-Əviv özünü qanunlardan yuxarıda görür.

Hərbi canilərin təqibi qanunu məxfi sığınacaqların qapısını qapadı

Uzun-uzadı müzakirələrdən sonra hərbi canilərə sığınacaq verilməsini yasaqlayan qanun gündəmə gəldi. Cinayətin harada baş verməsindən asılı olmayaraq canilər təqib olunur və beynəlxalq qanunlar əsasında cəzalandırılır.

Beynəlxalq Cenevrə konvensiyasını
imzalayan ölkələr hərbi cinayətlərlə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilərlər. Konvensiyaya qoşulmuş ölkələrin ərazisində cinayətkarlar təqib olunur.

ISJ beynəlxalq məhkəməsi Fələstində işğal olunmuş torpaqların sədlə bölünməsini müzakirə edib qərar çıxardı. Bu qərarı yerinə yetirmək bütün ölkələrin vəzifəsidir. Problem budur ki, heç bir ölkə İsrailə qarşı addım atmaq istəmir.

2009-cu ildə Londonun West Minister məhkəməsi Beynəlxalq İnsan Haqqları Vəkillər Kollegiyasının tələbi ilə İsrailin xarici işlər naziri Tsipi Livninin cinayətə cəlb olunması ilə bağlı qərar verdi. Livni Qəzzədə “Ərimiş Qurğuşun” əməliyyatı
və 1400 nəfərin qətliamında günahkar sayılırdı.

Bu hadisədən sonra İsrail Britaniya dövlətinə təzyiq göstərməklə qərarı dəyişməyə çalışdı. Hərbi cinayətkarların təqibini nəzərdə tutan qanun ləğv olunana qədər bu cinayət işi qüvvədə qalmışdı. Amma artıq qanun qüvvədən düşüb və bir şəxsin hərbi cinayətkar kimi təqibi mümkünsüz olub.

Sentyabr ayında Britaniya dövləti hərbi cinayətkarların təqibinə veto qoymaq qərarına gəldi. Bununla da beynəlxalq bir qanun pozulmuş oldu. Demək beynəlxalq məhkəmələrin çıxardığı qanunlar Britaniyada icra olunmayacaq.

Hazırda Britaniya hökumətində əsas rıçaqlara sahib olan mühafizəkarlar
partiyası hələ ötən il parlament seçkilərindən öncə qanunun ləğvi ilə bağlı sionistlərə vəd vermişdi. Nəhayət vəd yerinə yetirildi. Bu addım hərbi cinayətkarların təqibini problemə çevirdi.

Britaniya bu addımı ilə sionist cinayətkarlar üçün etibarlı sığınacağa çevrildi. Az öncə Tsipi Livni heç bir problemsiz Londonda səfərdə olub və İngiltərənin xarici işlər naziri Uilyam Heyqlə görüşüb.

“Guardian” İngiltərə hökumətinin bu addımı ilə bağlı yazır: Bundan sonra cinayətkarlar istənilən bir cinayətdən sonra rahat yata bilərlər.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment